KOMİK – QARAQABAQ ...Dəhşətli faciədə komik rol oynayan istedadsız bir aktyor qədər miskindir (M.Hüseyn); Evində və kənarda bəzən əsəbi, qaraqabaq, qa
KONKRETLƏŞMƏK – ABSTRAKTLAŞMAQ Fikri abstraktlaşdırmaq yox, konkretləşdir ki, dinləyici özü üçün bir nəticə çıxartsın (“Ulduz”)
KONKRETLİK – ABSTRAKTLIQ Cavab konkretlikdən çox uzaqdı, buna görə də Bəşirli onun sözünü kəsdi (Ə.Vəliyev); Gəl sən abstraktlıqdan uzaqlaş, bu heç kə
KORAFƏHM – FƏRASƏTLİ O, korafəhm deyil, Bilal (G.Hüseynoğlu); Fərasətlidir, Allah başacan eləsin (G.Hüseynoğlu)
KORAZEHİN – FƏRASƏTLİ Korazehin uşaqdır, məsələni çətin anlayır (“Azərbaycan”); Belə halda cürətli, cəld, güclü, fərasətli adam qalib gəlir (S
KORŞALMAQ – KƏSƏRLƏŞMƏK Bıçağı bülövə çəkdim, indi kəsərləşib. Bu qılınc isə çox korşalmışdı (M.İbrahimov)
KORTƏBİİ – ŞÜURLU İşə kortəbii yox, şüurlu yanaşmaq fayda verə bilər
KOSMOPOLİT – NİHİLİST Nə nihilist deyən var, nə də ki, kosmopolit (R.Rza)
KOŞ – İTİ Bircə koş bıçaq da dəyməsin gözə (C.Novruz); Onların dişi neştərdən də itidir (A.Məmmədrza)
KÖHNƏ – TƏZƏ Təzə qoltuqlarda köhnə falçılar; Nə qədər baş-başa gəlməliyik biz (H.Hüseynzadə)
KÖHNƏLİK – TƏZƏLİK Atar köhnəliyi üstündən tamam... (M.S.Ordubadi); Gözüm də, ürəyim də təzəlik axtarır (S
KÖHNƏLMƏK – TƏZƏLƏNMƏK Düzdür, amma fikirləri də, özü də bir az köhnədir (M.İbrahimov); Ala gözlərini gördüm; Təzələndi köhnə dərdim (Aşıq Ələsgər)
KÖK – ARIQ Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam (S.S.Axundov); Saralmışın biridir, uzun, özü də arıq (C
KÖKƏLMƏK – ARIQLAMAQ Bəlkə heç kökəlməyəcəyəm (S.S.Axundov); O, Kiçik bəy kök, dolğun bir adamdı, arıqlamaq üçün çox səy edirdi (S
KÖKLÜ – ƏSASSIZ Sənin gətirdiyin dəlillər köklü deyil, əsassızdır
KÖKLÜK – ARIQLIQ Dayıdostum anamın köklüyünə işarə ilə söhbətə qarışdı (S.Qədirzadə); At arıqlıqda, igid qəriblikdə (Ata
KÖLƏ – AZAD Köksündə kölə qəlbi döyünür (C.Cabbarlı); Ağlama, qardaşımsan, yaşa, yarat! Yaxındır gözlənilən azad bir həyat (S
KÖLƏLİK – AZADLIQ Gör nə kökə saldı sənin həyatını köləlik (S.Rüstəm); Azadlıq gözəl yaşamaq üçündür (C
KÖNÜLLÜ – ZORLA O, hərbi çağırışı gözləmədən cəbhəyə könüllü gəlmişdi (Ə.Vəliyev); Heç kəsi dərnəyə zorla yazmırlar (Mir Cəlal)
KÖNÜLSÜZ – ÜRƏKLİ Qaşığı əlinə alıb boşqabdakı dovğanı könülsüz, həvəssiz içməyə başladı (İ.Məlikzadə); Bizim suallara ürəkli cavab verirdi (“Azərbayc
KÖRPƏ – BÖYÜK Yüzlərcə körpə və rəngsiz əllər ətrafa səpələnmişdi (Çəmənzəminli); Uca olduğundan ananın özü; Ucadır, böyükdür hədiyyəsi də (B
KÖRPƏLİK – BÖYÜKLÜK Körpəlik gülüşüm qanadlarında; Bir gün geriyə dönə, qaranquş! (M.Araz); Sən haqdan dönmədin həyat naminə; Bundadır böyüklük, bunda
KÖVRƏK – BƏRK Könlümdə həsrətin kövrək sazı var (“Ulduz”); Bizim canımız bərkdir (Ə.Haqverdiyev)
KÖVRƏKLİK – BƏRKLİK Mən bir qranitəm ki, hər parçamda duyulur; bərkliyim; döyüşlərdə bərkliyim; ülfətdə kövrəkliyim (R
KÖVRƏLMƏK – BƏRKİMƏK Səfər tez-tez kövrəlirdi (İ.Tapdıq); Biz mübarizədə böyüyüb bərkimişik (Ə.Vəliyev)
KÜKRƏK – SAKİT Bu adamlar kükrək bir dəniz, daşqın bir çay misalında idilər (Ə.Vəliyev); Həsən adəti üzrə sakit idi (M
KÜKRƏMƏK – SAKİTLƏŞMƏK Gizlənmiş, boğulmuş qəzəb yeni qüvvə ilə kükrəməkdə idi (M.İbrahimov); Uşaq bir xeyli ağladıqdan sonra sakitləşdi (“Azərbaycan”
KÜLƏKLİ – SAKİT Gündə milyon dəfə dəyişir halın; Bakının küləkli günlərin kimi (O.Sarıvəlli); Hava sakit və aydın idi (M
KÜR – RAHAT Sonra ağzı göyçəklər deyəcəklər ki, Əlyarov kürdür, heç kəslə yola gedən deyil (M.Hüseyn); O çox rahat uşaqdır, heç kəsə toxunmur
KÜRLƏŞMƏK – RAHATLAŞMAQ Uşaq hey ağlayır, kürləşir, sakitləşmir. Əvvəl aşıb-coşdu, sonra rahatlaşdı (A
KÜRLÜK – RAHATLIQ Uşağın heç rahatlığı yoxdur, kürlük eləyir (“Ulduz”)
KÜSKÜN – RAZI Arıq, zərif, gözləri küskün qadının da təəccübdən gözləri açıla qaldı (M.Eynullayeva); Onlar bu görüşdən çox razıdırlar (Mir Cəlal)
KÜSKÜNLÜK – BARIŞIQLIQ Əkbəri bir uşaq küskünlüyü bürüdü (Mir Cəlal); Ailələr arasında barışıqlıq oldu (“Azərbaycan”)
KÜSMƏK – BARIŞMAQ Küsmək barışmağa yoldur (Ata. sözü)
KÜSÜLÜ – BARIŞIQLI Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü (Ata. sözü); Barışıqlı məsələsinin üstündən keçdilər (“Azərbaycan”)
KÜT – BACARIQLI Elə çıxırdı ki, Ramiz çox küt uşaqdır (M.İbrahimov); Əslində isə çox bacarıqlı və istiqanlı oğlandır (C
KÜTBAŞ – DÜŞÜNCƏLİ Müstəbiddir, cəlladdır, qaniçəndir, kütbaşdır (M.İbrahimov); Çox düşüncəli idi Lacivərd (S
KÜTBEYİN – ZEHİNLİ Sona kütbeyin yox, zehinli bir qız idi
KÜTLƏŞMƏK – KƏSƏRLƏŞMƏK Ayın arxasınca fikirləşərək; Nəhayət yorulur, kütlənir başı (S.Vurğun); Böyüdükcə onda dərsə həvəs artır, başı kəsərləşir
KÜTLƏVİ – FƏRDİ Tamaşalara fərdi və ya kütləvi şəkildə getmək olar
KÜYLÜ – SƏSSİZ Məclisimiz küylü keçdi. Gülarə çarpayının üstünə sərilib səssiz ağlamağa başladı (C.Məmmədov)
KÜYLÜLÜK – SƏSSİZLİK Bizim həyət o biri həyətlərdən küylülüyü ilə fərqlənir. Səssizlik içində, yol ayrıcında; Atın qulaqları şəkləndi birdən (H
QABA – ZƏRİF Çox uzun lağlağı, həm də qaba bir adam idi (M.Hüseyn); Məktubu oxuyarkən əlindən çıxardığı zərif yun əlcəkləri paltosunun cibinə soxdu (Ə
QABAQ – SONRA Məsələn, hər kəs su içməmişdən qabaq su içmək ehtiyacı duyur (M.İbrahimov); Pələngin dərisini soyub evə qayıdandan sonra qonşular başına
QABAQCA – ARXACA Mən qabaqca gedirəm, o da arxamca gəlirdi (S.Hüseyn). QABAQCA – DALINCA Özü qabaqca, mən isə dalınca getdim (M
QABAQCIL – MÜHAFİZƏKAR Qabaqcıl ziyalılarda bir ruh yüksəkliyi, coşqunluq, ümid hiss edilirdi (A.Şaiq); Öz əqidəsinə görə çox mühafizəkar adamdır (Ə
QABAQKI – SONRAKI İki gün qabaqkı əzab və əziyyət yenə də yadına düşdü (Ə.Vəliyev); Mən sonrakı günümüzü fikir eləyirəm, sən də kef axtarırsan
QABALAŞMAQ – ZƏRİFLƏŞMƏK Şaiqin rəftarı yoldaşlarına qarşı qabalaşmışdı. Zərifə böyüdükcə həm xasiyyətcə, həm də zahiri cəhətdən zərifləmişdir
QABALIQ – ZƏRİFLİK Qabalığı üstündə onu Anateli bir dəfə vəzifəsindən qovmaq istəyirdi (S.Vəliyev); Taqqıltının zərifliyindən duyuram ki, qadın barmaq
QABARIQ – YATIQ Sinəsi qabarıqdır, canlıdır biləkləri (S.Rüstəm); Onun sifəti bir qədər yatıqdır (“Jurnalist”)