Azərbaycan dilinin dialektoloji lüğəti.

  • BƏRİYAH

    (Salyan) gəmilərin duracaq yeri. – İsa kişi bəriyahda işdiyirdi; – Bırda daşdı bəriyah vardı

    Tam oxu »
  • BƏRK

    (Ağdam, Bakı, Qazax, Ordubad) xəsis. – Xalam bir bərkdi ki, gəl görəsən (Ağdam); – Muradxan bərk adamdı (Qazax)

    Tam oxu »
  • BƏRKƏTDƏMƏX’

    (Çənbərək) qurtarmaq. – Qalxoz qoynu qırtdı bərkətdədi, boylum bağa köçüdü

    Tam oxu »
  • BƏRKİX’

    (Cənubi Azərbaycan, Şəmkir) quraqlıq nəticəsində bərkimiş torpaq ◊ Bərkiy olmax (Şəmkir) – quraqlıq və ya tapdalanmaq nəticəsində bərkimək

    Tam oxu »
  • BƏRKİMƏX’

    (Tovuz) tez-tez yerimək, sürətlə yerimək. – Mən bərkiyiv öyə çatdım

    Tam oxu »
  • BƏ:RMAX

    (Zəngilan) yetişmək. – Meyvə yeməli olanda də:rıx ki, bə:rif

    Tam oxu »
  • BƏRRAX

    bərrax tüşməx’: (Oğuz) didərgin düşmək

    Tam oxu »
  • BƏRRƏDAY

    (Karvansaray) tənbəl. – Ə, Qulam kişinin oğlu laf bərrədayın biridi

    Tam oxu »
  • BƏRT

    (Ordubad) on dərzdən ibarət taya. – On dərzə bir bərt deyırıx

    Tam oxu »
  • BƏRTİX’

    (Çənbərək) yara. – Oycumun içi bərtix’di deyin heş şey tutəmmirəm

    Tam oxu »
  • BƏRZAN

    (Başkeçid, Borçalı, Gədəbəy, Qazax) yunan. – Bir bərzan gəlseydi, bağımızı bellərdi (Borçalı); – O vaxt bura bir bərzan gəlmişdi, pəhdivanıdı o (Gədəb

    Tam oxu »
  • BƏRZƏBƏND

    (Ordubad) igid. – Ağasəf bərzəbənd adamdı

    Tam oxu »
  • BƏSDƏMƏ

    (Qazax) bəslənmiş heyvan

    Tam oxu »
  • BƏSDƏN

    (Salyan) meyit yuyulan yer. – Söynün meyitini bəsdənə apardılar

    Tam oxu »
  • BƏSDƏŞMƏX’

    (Ağdam, Şəki, Şəmkir) 1. çəkişmək, höcətləşmək (Şəmkir). – Birbiriηizinən bəsdəşməx’dən əl çəkin, xeyir götürməzsiηiz 2

    Tam oxu »
  • BƏSDİ

    (Lənkəran) kiçik gil qab. – Bazardan bir bəsdi yağ aldım

    Tam oxu »
  • BƏSRƏT

    (Cəbrayıl) biabır, abırsız ◊ Bəsrət eləməx’ (Cəbrayıl) – biabır etmək, hörmətsiz etmək. – Səni bəsrət elərəm

    Tam oxu »
  • BƏSSİ

    (Şamaxı) bax bəsdi

    Tam oxu »
  • BƏSSÜLKƏT

    (Salyan) səbirsiz. – Nə bəssülkət uşağsan?!

    Tam oxu »
  • BƏŞİ

    (Oğuz) tez, cəld

    Tam oxu »
  • BƏŞİR

    bəşir eləməx’: (Meğri) istehsal etmək, emal etmək, becərmək. – Qulxızın südin bu kətdə bicə Pirim qızı Şapi yəxşi bəşir elər, u səlqalıdı

    Tam oxu »
  • BƏT

    (Gədəbəy, Şəmkir) bax bənd I. – Dilimin üsdən bət çıxer de:inə, içəmmərəm isdi-isdi çayı (Şəmkir) ◊ Bət tüşməx’ (Gədəbəy) – dilin üstünə kiçik sızaq ç

    Tam oxu »
  • BƏTDAX

    (Qax) bax batdax. – Bətdağı yayməyin hara olsa!

    Tam oxu »
  • BƏTDƏMƏX’

    (Ağdam, Bərdə, Gəncə, Laçın) 1. rədd etmək (Ağdam, Gəncə) 2. aldadıb satmaq (Ağdam, Gəncə, Laçın). – Amma qoyunu Əsgərin oğluna nə bətdədix’

    Tam oxu »
  • BƏTİ-BURIT

    (Meğri) qamət, görkəm, boy-buxun. – Temir bəti-burıtda hanı indi Eırnəzirdə adam?

    Tam oxu »
  • BƏTKEŞ

    (Lənkəran) qan almaq üçün həcəmət. – Başın ağrıyırsa, bətkeşnən sovrum

    Tam oxu »
  • BƏYAĞINNAN

    (Göyçay) əvvəllər, keçmişdə. – Bəyağınnan Qəməralı dəftərdə üç yüz öydi, hindi bilmirəm nə qədir qalıpdı

    Tam oxu »
  • BƏYBAŞI

    (Salyan) kampaniya şəkilli kişi toyu. – Bəybaşına az adam çağırıllar, özi də seçmə adamları

    Tam oxu »
  • BƏYƏVAR

    (Salyan) bəlkə. – Axşam bəyəvar süzə gəldim

    Tam oxu »
  • BƏYİSMAT

    (Ordubad) kömbə şəklində bişirilmiş çörək. – Bəyismat qalibdə pişir

    Tam oxu »
  • BƏYMƏGİZİL

    (Salyan) uşaq oyunu adı. – Ay uşaxlar, gəlün bəyməgizil oynıyağ

    Tam oxu »
  • BƏYNİŞAN

    (Qazax) boylu-buxunlu, gözəl. – Əli bəynişan oğlandı

    Tam oxu »
  • BƏYSƏNƏ

    (Gəncə) lobya və qovurulmuş soğandan hazırlanan xörək

    Tam oxu »
  • BƏYSUMAT

    (Naxçıvan) bax bəyismat. – Biz bəysumat allux

    Tam oxu »
  • BƏYYALLISI

    (Ordubad) toyun sonunda bəyin iştirakı ilə oynanılan yallı

    Tam oxu »
  • BƏZ

    (Çənbərək, Gəncə, Qazax) vəzi. – Uşağın boğazında bəz var (Çənbərək); – Boğazımın vəzdəri ağrıyır (Gəncə)

    Tam oxu »
  • BƏZDƏNMƏX’

    (Çənbərək) vəziləri şişmək. – Uşağın boğazı bəzdənif, gərəx’ doxdura aparam

    Tam oxu »
  • BƏZƏLLİ

    (Füzuli) nəsil, tayfa. – Eyvazdılar bəzəllidi, Məmmədi bəzəllidi, qahım də:illər

    Tam oxu »
  • BƏZƏR

    (Şəmkir) kətan toxumu

    Tam oxu »
  • BƏZƏRƏX’

    (Şəmkir) kətan toxumu. – Atam xeyli bəzərəx’ əx’mişdi

    Tam oxu »
  • BƏZİR

    (Başkeçid, Borçalı) kətan yağı. – Bəzir gəti, haraveyi yağla (Borçalı)

    Tam oxu »
  • BƏZİRGAN

    (Zaqatala) dəvə karvanının başçısı

    Tam oxu »
  • BƏZMƏT

    (Zəngilan) bilərzik, qolbaq. – Dədəsi uşağı qolundakı bəzmətdən tanıyır

    Tam oxu »
  • BIBIŞ

    (Salyan) şanapipik. – Bıbış gəlib

    Tam oxu »
  • BIÇQI

    (Biləsuvar, Qazax) mişar. – Bıçqının dişdəri köhnəldi (Biləsuvar)

    Tam oxu »
  • BIDAMA

    I (Salyan) yandırmaq üçün kəsilmiş ağac budaqları. – Bıdamadan yarmaca yaxşı yanır II (Cəbrayıl) iri, böyük

    Tam oxu »
  • BIDAMA-BIDAMA

    (Cəbrayıl) iri-iri, böyük-böyük. – Elə qarğıdalı bitdi ki, bıdama- bıdama

    Tam oxu »
  • BIDAMAX

    (Cəbrayıl, Füzuli) məc. döymək, vurmaq əzişdirmək. – Ə, bı kəli az bıda, yazıxdı (Füzuli)

    Tam oxu »
  • BIDAMƏY

    (Cəlilabad) bax bıdamax. – Əvə gələndə səni bıdıyəcəm

    Tam oxu »
  • BIDARRAMAX

    (Yardımlı) sındırmaq. – Mallar şivləri bıdarreyıb

    Tam oxu »