Azərbaycan dilinin dialektoloji lüğəti.

  • PÜSƏNGİLƏMƏK

    (Kürdəmir) narın yağmaq (yağışa aiddir). – Gənə yağış püsəngiləyir, hava çətin açılar

    Tam oxu »
  • PÜSG

    (Zəngilan) bax piskə. – Də:rmanın püsgünə; Çaxçaqqına, püsgünə, Sən köşdün getdün, oğul; Məni qoydun pis günə

    Tam oxu »
  • PÜSGÜNTÜ

    (Biləsuvar) narın yağış

    Tam oxu »
  • PÜSİNGİ

    (Cəlilabad) çətinlik. – Əli püsinginən gedey

    Tam oxu »
  • PÜSÜK

    (Cəbrayıl) yan-yörəsi qopmuş aşıq. – Püsük yüngüldü deyin, ona saqqa deyəndə ilim-ilim itir

    Tam oxu »
  • PÜSÜNGÜ

    (Qazax) bax püsgüntü Püsüngü tökmək (Meğri) – narın yağış yağmaq. – Bəyəxdən püsüngü tökey

    Tam oxu »
  • PÜSÜNGÜLƏMƏK

    (Cəbrayıl) narın yağmaq (yağışa aiddir). – Yağış yavaş-yavaş püsüngülüyür

    Tam oxu »
  • PÜSÜNTÜ

    (Balakən) zir-zibil

    Tam oxu »
  • PÜSÜR

    (Qazax) zibil

    Tam oxu »
  • PÜSÜRÜNTÜ

    (Qazax) bax püsüntü. – Püsürüntüynən zibil bir sözdü

    Tam oxu »
  • PÜSÜRÜNTÜGÖTÜRƏN

    (Qazax) xəkəndaz. – Püsürüntügötürənnən zibil atallar

    Tam oxu »
  • PÜSÜS

    (Culfa) bax pusus

    Tam oxu »
  • PÜSYƏR

    püsyər olmax: (Gəncə, Qazax) səpələnmək. – Taxıl püsyər oluf (Qazax); – Bayramda arvad-uşax hamısı düzdərə püsyər olur (Gəncə)

    Tam oxu »
  • PÜŞ

    I (Oğuz) yabanı bitki adı. – Püşün diş ağrısına xeyri var II (Bolnisi, Borçalı, Gədəbəy, Gəncə, Qax, Qazax, Meğri, Şəmkir, Tovuz) bax puş

    Tam oxu »
  • PÜŞDƏ

    (Ağdam, Ağdaş, Balakən, Mingəçevir, Oğuz, Tovuz) şlüz (çayda, arxda, dəyirman novunun başında və s. lazım olduqca su buraxmaq üçün qapı)

    Tam oxu »
  • PÜŞDƏX’LƏMƏX’

    (Hamamlı) qoyunu qayçı ilə qırxarkən zolaq əmələ gətirmək. – İsa qoynu yaxşı püşdəx’le:f

    Tam oxu »
  • PÜŞDƏX’Lİ

    (Hamamlı) zolaqlı qırxılmış (qoyun). – Ə, püşdəx’li qoyun gözümə dəymir axı, görən, harya gedif!

    Tam oxu »
  • PÜŞDƏLƏ

    (Qazax) qoyun qırxılarkən belində düzəldilən yun zolağı

    Tam oxu »
  • PÜŞDƏMƏ

    (Qazax) xörək adı. – Püşdəmə mal ətinnən pişir

    Tam oxu »
  • PÜŞDƏMƏX’

    (Şəmkir, Tovuz) peyinləmək. – Yeri əkerix’, sonra da püşderix’ (Tovuz); – Bi:l yeri püşdədim, qartof yaxşı yəldi (Şəmkir)

    Tam oxu »
  • PÜŞGÜ

    püşgü tutmax: (Basarkeçər) güləşmək. – No:rıznan İsa püşgü tutuflar, No:ruz basıv onu

    Tam oxu »
  • PÜŞQƏX’

    (Başkeçid, Qazax) bax pusqax II

    Tam oxu »
  • PÜŞÜ

    (Ağbaba, Hamamlı) 1. ipək parça növü adı. – Püşü bəzəx’li parça olurdu: yaşıl, qırmızı, göy irəngdə olurdu 2

    Tam oxu »
  • PÜŞÜL

    (Salyan) lobyanın göy qabığı. – A:z Lətifə, lobyanın püşülün tök inəgə

    Tam oxu »
  • PÜTƏ

    (Balakən) bax pitə (2-ci məna). – Şəhərdən qoca anam üçün isdədiyi pütəni aldım

    Tam oxu »
  • PÜTƏLİK

    (Balakən) bir baş yaylığı üçün lazım olan qədər material. – Şəhərdən qoca anam üçün bir pütəlik tənzif aldım

    Tam oxu »
  • PÜTRƏM

    (Qazax Şəmkir) bütünlüklə, bütöv. – Mən çörə:i pütrəm yedim; – Otu pütrəm yığdıx haravıya (Qazax); – Pütrəm gəti, üsdünnən alma! (Şəmkir)

    Tam oxu »
  • PÜTRÜM

    (Salyan) bax pütrəm. – Mənə bi dənə pütrüm kağaz verüz

    Tam oxu »
  • PÜTÜZ

    pütüz eləməx’: (Cəbrayıl) yormaq, əldən salmaq

    Tam oxu »
  • PÜVLƏMƏX’

    (Qazax) toplamaq

    Tam oxu »
  • PÜZƏ

    (Lənkəran, Masallı) zənbil toxumaq üçün istifadə edilən yabanı bitki adı. – Miri zəmbil püzəsi qırmağa gedib

    Tam oxu »
  • PÜZGƏ

    (Cəbrayıl, Kürdəmir) barama təmizlənərkən quru yarpaq qarışıqlı çıxan zibil. – Püzgə heş nəyə gərək döyül, barama zibilidi (Kürdəmir); – Bu püzgəni bı

    Tam oxu »
  • RAHATI

    (Meğri) qif. – Nəft tökəndə ləmpiyə rahatını qoyeylər ləmpənin ağzına

    Tam oxu »
  • RAXBƏRƏ

    (Meğri) üzərinə tənək budaqları atlanmaq üçün 2-3 metr hündürlükdə düzəldilən talvar

    Tam oxu »
  • RAQQI

    (Başkeçid, Bolnisi, Borçalı, Hamamlı, Qazax) bax iraqqı. – Gülnaz öydən raqqını gəti, əlimi yüəjəm (Qazax); – Raqqıyı ver, əlimi yu:m (Hamamlı)

    Tam oxu »
  • RAMRAMAY

    (Qax) şəlalə

    Tam oxu »
  • RANA

    (Meğri) xış və ya kotanın torpaqda açdığı şırım

    Tam oxu »
  • RASA

    (Quba) sapa düzülmüş qax

    Tam oxu »
  • RASGƏLƏ

    rasgələ olmax: (Meğri) qarşılaşmaq, rastlaşmaq. – Tərbiznən bazarda rasgələ oldum

    Tam oxu »
  • RASQU

    (Qax) nazik bağırsaq

    Tam oxu »
  • RAYBARAY

    (Bakı, Ordubad) hərdəmxəyal, sözünün üstündə durmayan, fikrini tez-tez dəyişən. – Bircə onu dindirmə, raybaray adamdı o; – Ada, sən nə raybaray adamsa

    Tam oxu »
  • RAZDAR

    (Lənkəran) qarağac. – Meşədə razdar ağacdarı doludu

    Tam oxu »
  • RƏCİ

    (Lənkəran) quru balıq

    Tam oxu »
  • RƏD

    (Kürdəmir, Qafan, Yardımlı, Tərtər) bax irəd. – Bu rəd ceyran rəddidi, bu rədnən gedək (Qafan)

    Tam oxu »
  • RƏDCİL

    (Qafan) itmiş heyvanı izi ilə axtarıb tapan adam, izçi. – Əhməd yaxşı rədcildi

    Tam oxu »
  • RƏDDƏMAX

    (Meğri) izləmək, izə düşmək, izlə getmək. – İnəx’ləri dərə boğazına kimin rəddədıx

    Tam oxu »
  • RƏDƏ VERMƏK

    (Yardımlı) soyuq münasibət bəsləmək, yan gəzmək. – Neşin mənnən rədə vereysən?

    Tam oxu »
  • RƏDİF

    (Lənkəran) sıra

    Tam oxu »
  • RƏDQOVAN

    (Meğri) itmiş heyvanı izi ilə axtarıb tapan adam, izçi. – Qabaxlar heyvan itəndə rədqovannar tapeydi

    Tam oxu »
  • RƏFCƏR

    (Barana) işgüzar. – Babam çox rəfcər adamıydı

    Tam oxu »