Azərbaycan dilinin frazeologiya lügəti

  • ÜRƏYİ DİLİNDƏ

    səmimi, sadədil, ürəyiaçıq adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • ÜRƏYİ DURMAMAQ (DÖZMƏMƏK)

    darıxmaq, istəmək, dözə bilməmək.

    Tam oxu »
  • ÜRƏYİ DÜŞMƏK

    qəfil, gözlənilməz xəbər və ya davranışdan bərk qorxmaq; ~ həyəcan keçirmək, ürək-göbəyi düşmək, ürəyi qırılıb ayağının altına düşmək, ürəyi yerindən

    Tam oxu »
  • ÜRƏYİ ƏRİMƏK

    acımaq; ~ yazığı gəlmək; kədərdən üzülmək.

    Tam oxu »
  • ÜRƏYİ ƏSMƏK

    1. Həyəcanlanmaq, qorxmaq. 2. Həddən çox istəmək.

    Tam oxu »
  • ÜRƏYİ GETMƏK

    1. Bayılmaq; ~ huşunu itirmək.  2. Həddən çox istəmək.

    Tam oxu »
  • ÜRƏYİ GƏLMƏMƏK

    1. Qıymamaq; ~ əli gəlməmək, heyfi gəlmək.  2. Qorxmaq, ehtiyat etmək, çəkinmək.

    Tam oxu »
  • ÜRƏYİ GÖTÜRMƏMƏK

    istəməmək, təbiəti qəbul etməmək, özünü pis hiss etmək, narahat olmaq; ~ məzacı çəkməmək (götürməmək), ürəyi xarab olmaq

    Tam oxu »
  • ÜRƏYİ XARAB OLMAQ

    bərk kədərlənmək, təsirlənmək, özünü pis hiss etmək; ~ ürəyi ağrımaq, ürəyi götürməmək.

    Tam oxu »
  • ÜRƏYİ İSTƏMƏK

    arzulamaq; ~ könlü istəmək, havası gəlmək, kefi istəmək, könlündən keçmək, könlünə düşmək, qəlbindən keçmək

    Tam oxu »
  • ÜRƏYİ KÖKSÜNƏ SIĞMAMAQ

    hədsiz dərəcədə fərəhlənmək, qürurlanmaq, qəlbi şadlanmaq, çox sevinmək.

    Tam oxu »
  • ÜRƏYİ QALMAQ

    bax: gözü arxasınca (dalınca) qalmaq.

    Tam oxu »
  • ÜRƏYİ QAN AĞLAMAQ

    son dərəcə kədərlənmək, çox mütəəssir olmaq; ~ ürəyi qana dönmək, ürəyi od tutub yanmaq, iztirab çəkmək (keçirmək)

    Tam oxu »
  • ÜRƏYİ QANA DÖNMƏK

    bax: ürəyi qan ağlamaq.

    Tam oxu »
  • ÜRƏYİ QIRILIB AYAĞININ ALTINA DÜŞMƏK

    bax: ürəyi düşmək.

    Tam oxu »
  • ÜRƏYİ QIZMAQ

    bax: ürək qızdırmaq.

    Tam oxu »
  • ÜRƏYİ QOPMAQ (QIRILMAQ)

    bərk qorxmaq, həyəcan keçirmək; ~ ürəyi qırılıb ayağının altına düşmək, ürəyi düşmək, ürəyi ağzına gəlmək

    Tam oxu »
  • ÜRƏYİ QUBAR ELƏMƏK (BAĞLAMAQ)

    qüssələnmək; ~ iztirab çəkmək (keçirmək), xiffət çəkmək.

    Tam oxu »
  • ÜRƏYİ OD TUTUB YANMAQ (ALIŞMAQ)

    bax: ürəyi qan ağlamaq. 

    Tam oxu »
  • ÜRƏYİ PARÇA-PARÇA OLMAQ

    hansısa xəbərdən təsirlənmək, qəmlənmək, kədərlənmək; ~ iztirab çəkmək (keçirmək).

    Tam oxu »
  • ÜRƏYİ PARTLAMAQ

    bərk həyəcanlanmaq, dözməmək, sarsıntı və əsəb gərginliyi keçirmək; ölmək; ~ bağrı çatlamaq, ürəyi çatlamaq

    Tam oxu »
  • ÜRƏYİ SIXILMAQ (QISILMAQ)

    kədərdən, qəmdən, yorğunluqdan, yaxud acınacaqlı bir işdən üzülmək; qüssələnmək, darıxmaq; ~ xiffət çəkmək, qulağı çəkilmək, qəlbi sıxılmaq, qursağı d

    Tam oxu »
  • ÜRƏYİ SINMAQ

    incimək, narazı qalmaq; ~ qəlbi qırılmaq (sınmaq), könlü qırılmaq.

    Tam oxu »
  • ÜRƏYİ SİNƏSİNƏ SIĞMAMAQ

    çox sevinmək, fərəhlənmək; ~ ürəyi tel-tel olmaq.

    Tam oxu »
  • ÜRƏYİ SOYUMAMAQ

    sakitləşməmək, rahat olmamaq, hirsi yatmamaq.

    Tam oxu »
  • ÜRƏYİ TAB GƏTİRMƏMƏK

    dözməmək, özünü saxlaya bilməmək.

    Tam oxu »
  • ÜRƏYİ TEL-TEL OLMAQ

    qürurlanmaq, sevinmək; ~ ürəyi sinəsinə sığmamaq.

    Tam oxu »
  • ÜRƏYİ TUTMAQ

    1. Xoşlamaq, bəyənmək, sevmək; ~ xoşuna gəlmək, ürəyinə yatmaq, ürəyi qızmaq, qanı qaynamaq. 2. Ürəyi sancmaq

    Tam oxu »
  • ÜRƏYİ ÜSTÜNDƏ DURMAMAQ

    dərin həyəcan keçirmək, narahat olmaq.

    Tam oxu »
  • ÜRƏYİ ÜZÜLMƏK

    bax: ürəyi çəkilmək.

    Tam oxu »
  • ÜRƏYİ YANIQLI

    birindən acıqlı, qəzəbli olan, kiməsə qarşı kinli.

    Tam oxu »
  • ÜRƏYİ YANINDA OLMAQ

    uzaqda olan birisi üçün çox narahat olmaq; ~ canı yanında qalmaq.

    Tam oxu »
  • ÜRƏYİ YANMAQ

    1. İstəmək, acımaq; ~ canı yanmaq, rəhmi gəlmək, qəlbi yanmaq, ürəyi ağrımaq, yazığı gəlmək. 2. Bərk susamaq; ~ ciyəri yanmaq

    Tam oxu »
  • ÜRƏYİ YERİNDƏN QOPMAQ

    bax: ürəyi qopmaq.  

    Tam oxu »
  • ÜRƏYİ YERİNDƏN OYNAMAQ

    bərk həyəcanlanmaq; ~ həyəcan keçirmək.

    Tam oxu »
  • ÜRƏYİ YERİNƏ GƏLMƏK

    bərk həyəcandan, qorxudan sonra sakitləşmək, rahat olmaq, asudə nəfəs almağa başlamaq.

    Tam oxu »
  • ÜRƏYİ YUMŞALMAQ

    mülayimləşmək, razı olmaq; ~ rəhmə gəlmək, insafa gəlmək.

    Tam oxu »
  • ÜRƏYİ YÜNGÜLLƏŞMƏK

    narahatlıq yaradan bir məsələni danışmaq və ya yazmaqla nisbətən rahatlanmaq.

    Tam oxu »
  • ÜRƏYİNDƏ KÖK SALMAQ

    unudulmamaq, möhkəmlənmək.

    Tam oxu »
  • ÜRƏYİNDƏ QALMAQ

    həyata keçməmək, yerinə yetməmək; ~ gözündə qalmaq, boğazında qalmaq.

    Tam oxu »
  • ÜRƏYİNDƏ QOYMAQ

    reallaşmağa, həyata keçməyə imkan verməmək, ~ gözündə qoymaq.

    Tam oxu »
  • ÜRƏYİNDƏ TUTMAQ

    hər hansı bir şey barədə fikirləşib dilə gətirməmək.

    Tam oxu »
  • ÜRƏYİNDƏN ÇIXARIB ATMAQ

    birdəfəlik unutmaq, heç vaxt xatırlamaq istəməmək.

    Tam oxu »
  • ÜRƏYİNDƏN DAŞ ASILMAQ

    dərin nigaranlıq hissi keçirmək, intizarda qalmaq, narahatlıq içində olmaq; ~ iztirab çəkmək (keçirmək)

    Tam oxu »
  • ÜRƏYİNDƏN XƏBƏR VERMƏK

    birinin ürəyindən keçən fikirləri hiss edərək söyləmək; ürəyincə olmaq, məmnun etmək; ~ ürəyini oxumaq, qəlbini oxumaq

    Tam oxu »
  • ÜRƏYİNDƏN KEÇƏNİ ÜZ-GÖZÜNDƏN OXUMAQ

    həssas olmaq, niyyətini, nə fikirləşdiyini qırımından duymaq, mimikasından hiss etmək.

    Tam oxu »
  • ÜRƏYİNDƏN KEÇMƏK

    ummaq, arzu etmək, istəmək; ~ fikrindən keçmək, könlündən keçmək, qəlbindən keçmək, xəyalından keçmək, beyninə düşmək

    Tam oxu »
  • ÜRƏYİNDƏN QARA QANLAR AXMAQ

    acı, xoşagəlməz, yaxud qorxulu bir hadisəni, işi təsəvvürünə gətirmək, dərin həyəcan və iztirab keçirmək

    Tam oxu »
  • ÜRƏYİNDƏN TİKAN ÇIXARMAQ

    birinin hərəkətindən tam razı qalmaq, ürəyincə olmaq, məmnun olmaq.

    Tam oxu »
  • ÜRƏYİNDƏN VURMAQ

    hər hansı bir hərəkətlə, sözlə kimisə sarsıtmaq, mənəvi zərbə vurmaq; ~ ürəyinə dağ çəkmək (basmaq).

    Tam oxu »