Azərbaycan dilinin frazeologiya lügəti

  • ÜRƏYİNƏ GƏLMƏK

    güman etmək, zənn etmək; ~ fikrinə gəlmək.

    Tam oxu »
  • ÜRƏYİNƏ GƏTİRMƏK

    bir şey haqqında düşünmək.

    Tam oxu »
  • ÜRƏYİNƏ GİRMƏK

    məhəbbətini, rəğbətini qazanmaq, özünü sevdirmək; ~ ürəyini ələ almaq, ürəyinə yol tapmaq.

    Tam oxu »
  • ÜRƏYİNƏ XAL DÜŞMƏK

    şübhələnmək, bədbin olmaq; ~ ürəyinə qara fikirlər gəlmək, ürəyinə qara-qura gəlmək.

    Tam oxu »
  • ÜRƏYİNƏ XAL SALMAQ

    şübhələndirmək.

    Tam oxu »
  • ÜRƏYİNƏ QARA FİKİRLƏR GƏLMƏK

    şübhələnmək, birinin hərəkətlərini pis yerə yozmaq; ~ ürəyinə xal düşmək, ürəyinə qara-qura gəlmək.

    Tam oxu »
  • ÜRƏYİNƏ QARA-QORXU DOLMAQ

    vahimələnmək; ~ təşvişə düşmək, canını qorxu almaq, canına qorxu düşmək.

    Tam oxu »
  • ÜRƏYİNƏ QARA-QURA GƏLMƏK

    bax: ürəyinə qara fikirlər gəlmək.

    Tam oxu »
  • ÜRƏYİNƏ RƏHM SALMAQ

    sözü, hərəkəti, yalvarışı ilə rəhmə gətirmək, qəlbində mərhəmət hissi oyatmaq; ~ ürəyini yumşaltmaq.

    Tam oxu »
  • ÜRƏYİNƏ SALMAQ

    dərdlənmək; ~ fikir çəkmək (eləmək), içəri vermək, içini yemək.

    Tam oxu »
  • ÜRƏYİNƏ SU SƏPMƏK

    sakitləşdirmək.

    Tam oxu »
  • ÜRƏYİNƏ TƏPƏR GƏLMƏK

    güc yığmaq, qüvvətlənmək, dirçəlmək, canlanmaq; ~ gözünə işıq gəlmək.

    Tam oxu »
  • ÜRƏYİNƏ YAĞ KİMİ YAYILMAQ

    çox xoşuna gəlmək, hədsiz ləzzət vermək, ürəyincə olmaq; ~ ürəyinə yatmaq.

    Tam oxu »
  • ÜRƏYİNƏ YATMAQ

    xoşlamaq, sevmək, bəyənmək; ~ xoşuna gəlmək, qanı qaynamaq, ləzzət vermək, ürəyi tutmaq, ürəyi qızmaq, quşu qonmaq, döşünə yatmaq,  könlü tutmaq, qəlb

    Tam oxu »
  • ÜRƏYİNƏ YOL TAPMAQ

    bax: ürəyinə girmək.

    Tam oxu »
  • ÜRƏYİNİ AÇMAQ

    1. Sirrini demək, içindən keçənləri söyləmək, etiraf etmək.  2. Sevindirmək, şadlandırmaq, qəmini, qüssəsini unutdurmaq

    Tam oxu »
  • ÜRƏYİNİ ALMAQ

    bax: könlünü almaq.

    Tam oxu »
  • ÜRƏYİNİ BOŞALTMAQ

    narahat edən problemləri açıb söyləmək, kədərini, həyəcanını söyləyib yüngülləşmək, ağlayıb rahatlanmaq, sakitləşmək; ~ içini boşaltmaq

    Tam oxu »
  • ÜRƏYİNİ BULANDIRMAQ

    bax: könlünü bulandırmaq.

    Tam oxu »
  • ÜRƏYİNİ BUZ KİMİ SAXLAMAQ

    narahat olmamaq, arxayın olmaq, xatircəm olmaq.

    Tam oxu »
  • ÜRƏYİNİ ÇƏKMƏK (ÜZMƏK)

    bir şeyi (söhbəti, prosesi və s.) uzadaraq bezdirmək, yormaq; çox gözlətmək, intizarda qoymaq; ~ əldən salmaq, boğaza yığmaq, canını üzmək, canını sıx

    Tam oxu »
  • ÜRƏYİNİ DAŞ ELƏMƏK

    bax: ürəyinə daş bağlamaq.

    Tam oxu »
  • ÜRƏYİNİ DƏLMƏK

    ruhi əzab vermək, üzmək, incitmək, əziyyət və zülm vermək.

    Tam oxu »
  • ÜRƏYİNİ ƏLƏ ALMAQ

    xoş sözlərlə dilə tutmaq, şirin sözlərlə razı salmağa, etimadını, məhəbbətini qazanmağa çalışmaq; ~ ürəyinə yol tapmaq, ürəyinə girmək, qılığına girmə

    Tam oxu »
  • ÜRƏYİNİ QANA DÖNDƏRMƏK

    əzab, zülm vermək, incitmək, qəmləndirmək.

    Tam oxu »
  • ÜRƏYİNİ QIRMAQ (SINDIRMAQ)

    bax: qəlbinə dəymək (toxunmaq).

    Tam oxu »
  • ÜRƏYİNİ QOPARTMAQ

    bərk qorxutmaq, həyəcanlandırmaq; ~ ürəyini salmaq.

    Tam oxu »
  • ÜRƏYİNİ QOYMAQ

    bir işə ürəkdən girişmək, əlindən gələni əsirgəməmək, işi can-dildən görmək; ~ can qoymaq.

    Tam oxu »
  • ÜRƏYİNİ OXŞAMAQ

    bax: ruhunu oxşamaq.

    Tam oxu »
  • ÜRƏYİNİ OXUMAQ

    ürəyindən keçənləri duymaq, məqsədini, niyyətini hiss etmək; ~ ürəyindən xəbər vermək.

    Tam oxu »
  • ÜRƏYİNİ OVLAMAQ

    bax: ürəyini ələ almaq.

    Tam oxu »
  • ÜRƏYİNİ PARTLATMAQ

    bezdirmək; ~ boğaza yığmaq; çərlətmək, məhv etmək, öldürmək; ~ bağrını yarmaq, zəhrini yarmaq.

    Tam oxu »
  • ÜRƏYİNİ SALMAQ

    bax: ürəyini qopartmaq.

    Tam oxu »
  • ÜRƏYİNİ SIXMAQ

    darıxmaq, qüssələnmək, dərdli görünmək; ~ fikir çəkmək (eləmək).

    Tam oxu »
  • ÜRƏYİNİ VERMƏK

    bütün varlığı ilə bağlanmaq, ürəkdən, qəlbən sevmək.

    Tam oxu »
  • ÜRƏYİNİ VURMAQ

    doymaq, istəməmək, bir şeydən və ya bir kəsdən bezmək, usanmaq; gözünə pis görünmək.

    Tam oxu »
  • ÜRƏYİNİ YANDIRMAQ

    çox güclü təsir etmək; ~ dərinə işləmək.

    Tam oxu »
  • ÜRƏYİNİ YEMƏK

    qorxu hissi keçirmək, həyəcanlanmaq; ~ ürəyinin içini yemək.

    Tam oxu »
  • ÜRƏYİNİ YUMŞALTMAQ

    ürəyində mərhəmət hissi oyatmaq, acığını, hirsini, qəzəbini soyutmaq; ~ rəhmə gətirmək, yola gətirmək, ürəyinə rəhm salmaq

    Tam oxu »
  • ÜRƏYİNİN BAŞI GÖYNƏMƏK (YANMAQ)

    əzab çəkmək, çox həyəcanlanmaq, sarsılmaq, təsirlənmək, narahat olmaq.

    Tam oxu »
  • ÜRƏYİNİN İÇİNİ YEMƏK

    bax: ürəyini yemək.

    Tam oxu »
  • ÜRƏYİNİN SAPI QIRILMAQ

    sarsılmaq.

    Tam oxu »
  • ÜRƏYİNİN YAĞI ƏRİMƏK

    çox qəmlənmək, xiffət eləmək, üzülmək.

    Tam oxu »
  • ÜRƏYİNİN YAĞINI YEDİRTMƏK

    həddən artıq əzizləmək, qayğısını çəkmək.

    Tam oxu »
  • ÜST-BAŞI TÖKÜLMƏK

    səliqəsiz, pinti, yaraşıqsız geyinmək; ~ licimi axmaq.

    Tam oxu »
  • ÜST-BAŞINDAN CİN ÜRKMƏK

    çox pinti, səliqəsiz geyinmək, cır-cındır geyinmək; ~ cındırından cin ürkmək.

    Tam oxu »
  • ÜST DODAĞI GÖY SÜPÜRÜR, ALT DODAĞI YER

    çox qaşqabaqlı, acıqlı, qaraqabaq, üzügülməz adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • ÜSTÜ AÇILMAQ

    bilinmək, aşkarlanmaq; ~ üzə çıxmaq, zibili çıxmaq, səsi çıxmaq.

    Tam oxu »
  • ÜSTÜ BƏZƏK, ALTI TƏZƏK

    görünüşcə gözəl, keyfiyyətcə pis bir şey haqqında işlədilən ifadə; ~ üzü şeyx, astarı kafir.

    Tam oxu »
  • ÜSTÜN GƏLMƏK

    qarşıya çıxan qüvvəni dəf etmək, məğlub etmək.

    Tam oxu »