Azərbaycan dilinin frazeologiya lügəti

  • TƏMİZƏ ÇIXARMAQ

    özünün və ya kiminsə eybini, nöqsanını, günahını ört-basdır etməyə çalışmaq, hərəkətinə bəraət qazandırmaq

    Tam oxu »
  • TƏNBƏLLİK BASMAQ

    hərəkətsiz olmaq, işə, fəaliyyətə həvəsi gəlməmək.

    Tam oxu »
  • TƏNƏ VURMAQ

    kinayə, istehza etmək, rişxənd eləmək.

    Tam oxu »
  • TƏNGƏ GƏLMƏK

    bezmək, usanmaq; ~ canı boğazına yığılmaq (gəlmək), cana yığılmaq, cana gəlmək, cana doymaq, boğaza yığılmaq, zara gəlmək, zinhara gəlmək, canından be

    Tam oxu »
  • TƏNGƏ GƏTİRMƏK

    bezdirmək; ~ başağrısı vermək, cana gətirmək, cana yığmaq, boğaza yığmaq, canını boğazına yığmaq, gic eləmək, zəhlə aparmaq (tökmək)

    Tam oxu »
  • TƏNQİD ATƏŞİNƏ TUTMAQ

    sərt tənqid etmək, mənfi fikirlər səsləndirmək; ~ topa tutmaq, satira atəşinə tutmaq.

    Tam oxu »
  • TƏPƏSİ ÜSTƏ

    canla-başla, ürəkdən, dərhal, etiraz etmədən (gəlmək, yerinə yetirmək və s. sözlərlə).

    Tam oxu »
  • TƏPƏSİNDƏ QOZ SINDIRMAQ

    bax: başında qoz sındırmaq.

    Tam oxu »
  • TƏPƏSİNDƏN TÜSTÜ ÇIXMAQ

    bax: tüstüsü təpəsindən (başından) çıxmaq.

    Tam oxu »
  • TƏPƏSİNƏ DÖYƏ-DÖYƏ

    güclə, zorla, məcbur edərək.

    Tam oxu »
  • TƏPƏSİNƏ DÖYMƏK

    bax: başına döymək.

    Tam oxu »
  • TƏPİK DÖYMƏK

    bir yerə tez-tez gedib-gəlmək; ~ get-gələ düşmək, ayaq döymək, yol yormaq, yol ölçmək, yol ağartmaq.

    Tam oxu »
  • TƏR BASMAQ

    bir işdən, sözdən, hadisədən və s.-dən çox mütəəssir olmaq, həyəcanlanmaq.

    Tam oxu »
  • TƏR TÖKMƏK

    1. Bir şeyi əldə etmək üçün çox çalışmaq, çapalamaq, çox əlləşmək, çox zəhmət çəkmək.  2. Utanmaq; ~ xəcalət çəkmək

    Tam oxu »
  • TƏRƏF SAXLAMAQ (TUTMAQ)

    müdafiə etmək, qorumaq; ~ havadar çıxmaq, qahmar çıxmaq, tərəfdar çıxmaq.

    Tam oxu »
  • TƏRƏFDAR ÇIXMAQ

    müdafiə etmək, qorumaq, yanında olmaq; ~ havadar çıxmaq, tərəf saxlamaq (tutmaq).

    Tam oxu »
  • TƏRƏZİNİN GÖZÜNÜ ƏYMƏK

    haqsızlığa, ədalətsizliyə yol vermək, tərəfkeşlik etmək; ~ pərsəng yerindən oynamaq.

    Tam oxu »
  • TƏRƏZİYƏ GİRMƏK

    layiq olmadığı halda özünü daha yüksək biri ilə müqayisə etmək; ~ özünü tay tutmaq.

    Tam oxu »
  • TƏRƏZİYƏ QOYMAQ

    götür-qoy etmək, müqayisə etmək, qiymətləndirmək.

    Tam oxu »
  • TƏRƏZİYƏ VURMAQ

    tərəzidə çəkmək, ağırlığı ölçmək; ~ mizana vurmaq.

    Tam oxu »
  • TƏRS DAMARI TUTMAQ

    inad etmək, tərslik etmək, qəti razılaşmamaq; ~ damarı tutmaq, tutması tutmaq, tərs damarına düşmək, iki ayağını bir başmağa dirəmək

    Tam oxu »
  • TƏRS DAMARINA DÜŞMƏK

    bax: tərs damarı tutmaq.

    Tam oxu »
  • TƏRS GƏTİRMƏK

    işi avand olmamaq, uğursuzluq baş vermək; ~ bəd gəlmək, pis nəfəsə gəlmək, bəxti yatmaq.

    Tam oxu »
  • TƏSBEHİNİ SUYA ÇƏKMƏK

    dan. birinin tərəfini tutmaq, müdafiə etmək, dəstəkləmək; yaltaqlanmaq.

    Tam oxu »
  • TƏSƏLLİ TAPMAQ

    sakitləşmək, daxilən rahatlıq hiss etmək, hər şeyin yaxşı olacağına ümid etmək, inanmaq.

    Tam oxu »
  • TƏSƏLLİ VERMƏK

    sakitləşdirmək, hər şeyin yaxşı olacağına inandırmaq; ~ ürək-dirək vermək.

    Tam oxu »
  • TƏSƏVVÜRÜNDƏ CANLANDIRMAQ

    xatırlamaq; ~ gözünün qabağına gəlmək (gətirmək), göz önünə gətirmək, yada salmaq.

    Tam oxu »
  • TƏSƏVVÜRÜNƏ GƏTİRMƏK

    təsəvvür etmək, mümkün hesab etmək; ~ fikrinə gətirmək, xəyalına gəlmək (gətirmək), xəyalında canlanmaq

    Tam oxu »
  • TƏSİR ALTINA DÜŞMƏK

    kiminsə göstərişi ilə hərəkət etmək.

    Tam oxu »
  • TƏSİR ALTINDAN ÇIXMAQ

    təsirindən qurtulmaq, əvvəlki vəziyyətinə qayıtmaq.

    Tam oxu »
  • ... TƏSİR BAĞIŞLAMAQ

    pis və ya xoş təəssürat yaratmaq, müəyyən təsəvvür, qənaət formalaşdırmaq.

    Tam oxu »
  • TƏSİRİ ALTINA SALMAQ

    öz tərəfinə çəkmək; ~ girinə keçirmək, öz zurnası ilə oynatmaq, əlində oynatmaq, saqqızını oğurlamaq

    Tam oxu »
  • TƏSKİNLİK VERMƏK

    sakitləşdirmək, dərdinə şərik olmaq; ~ ürək-dirək vermək, yarasına məlhəm qoymaq, toxtaqlıq vermək.

    Tam oxu »
  • TƏŞƏBBÜSÜ ƏLƏ ALMAQ

    hər hansı bir işdə liderliyə nail olmaq, öndə olmaq.

    Tam oxu »
  • TƏŞRİF BUYURMAQ

    gəlmək.

    Tam oxu »
  • TƏŞVİŞƏ DÜŞMƏK

    narahat olmaq, həyəcanlanmaq; ~ təlaş keçirmək, həyəcan keçirmək, canına vəlvələ (vicvicə) düşmək, canını qorxu almaq, əl-ayağa düşmək, əndişəyə düşmə

    Tam oxu »
  • TƏŞVİŞƏ SALMAQ

    həyəcanlandırmaq, qorxutmaq; ~ canına qorxu (lərzə, od) salmaq, canına vəlvələ (vicvicə) salmaq, əndişəyə salmaq

    Tam oxu »
  • TƏZƏ DƏLLƏK ÇIXIB, KƏKİLİ YANDAN QOYUR

    dan. adət-ənənələrə, qanun və qaydalara zidd davranışlar nümayiş etdirən şəxsə münasibətdə istehza ilə işlədilən ifadə; ~ köhnə bazara təzə nırx qoyma

    Tam oxu »
  • TƏZƏ GƏLDİ BAZARDAN, KÖHNƏ DÜŞDÜ NƏZƏRDƏN

    yeni bir şey (geyim, mühit, dost və s.) əldə etdikdən sonra köhnəni bəyənməyən şəxsə münasibətdə işlədilən qınayıcı ifadə; ~ toyu gördü, tərəngə yadın

    Tam oxu »
  • TƏZƏRƏYİNİ QOPARMAQ

    dan. arxasınca düşüb qovmaq; ~ qoparağını götürmək.

    Tam oxu »
  • TIXSIZ BALIQ

    sakit, başqalarına zərrə qədər də ziyanı dəyməyən adam.

    Tam oxu »
  • TIR DEYİB GENDƏ DURMAQ

    dan. tərslik etmək, inadkar olmaq.

    Tam oxu »
  • TISBAĞA QININDAN ÇIXIB, QININI BƏYƏNMİR

    bax: qınından çıxıb qınını bəyənməmək.

    Tam oxu »
  • TİKAN OLUB GÖZÜNƏ BATMAQ

    bax: ox olub gözünə batmaq.

    Tam oxu »
  • TİKAN ÜSTÜNDƏ OTURMAQ

    bax: iynə üstündə oturmaq.

    Tam oxu »
  • TİKƏSİ AĞZINDA BÖYÜMƏK

    iyrənmək, diksinmək, hər hansı bir səbəbə görə loğmasını udmamaq.

    Tam oxu »
  • TİKƏSİ AĞZINDA QALMAQ

    bax: tikəsi boğazında qalmaq.

    Tam oxu »
  • TİKƏSİ BOĞAZINDA QALMAQ

    qəflətən nəhs, ağır bir xəbər eşidərək son dərəcə təəccüblənmək, sarsılmaq; ~ tikəsi ağzında qalmaq.

    Tam oxu »
  • TİLSİMƏ DÜŞMƏK

    dolaşıqlıq yaranmaq, həll edilə bilməmək; ~ nəhs gətirmək, it ağzına keçmək, düyünə düşmək.

    Tam oxu »
  • TİLSİMƏ SALMAQ

    öz təsiri altına salmaq, sehrləmək, ovsunlamaq; işi çətinə, düyünə salmaq.

    Tam oxu »