Azərbaycan dilinin frazeologiya lügəti

  • CİLOV GƏMİRMƏK

    birinin əlindən çox bərk hirslənmək, ona qarşı kin bəsləmək, onu cəzalandırmaq üçün fürsət axtarmaq.

    Tam oxu »
  • CİLOVDA SAXLAMAQ

    tabeliyində, öz ixtiyarında saxlamaq, sahib olduğu şeyi möhkəm qorumaq; ~ əlində saxlamaq, cilovu əlində olmaq

    Tam oxu »
  • CİLOVU BAŞQASININ ƏLİNDƏ OLMAQ

    tamamilə asılı qalmaq, itaətində olmaq; ~ dediyi ilə oturub-durmaq.

    Tam oxu »
  • CİLOVUNU BƏRK SAXLAMAQ

    birisini daim nəzarətdə saxlamaq, əl-qol açmasına imkan verməmək; ~ gözdən qoymamaq, cilovunu buraxmamaq

    Tam oxu »
  • CİLOVUNU BURAXMAMAQ

    bax: cilovunu bərk saxlamaq.

    Tam oxu »
  • CİLOVUNU ÇƏKMƏK

    təsir etmək, çəkindirmək.

    Tam oxu »
  • CİLOVUNU ƏLDƏN BURAXMAQ

    nəzarəti itirmək, tam sərbəstlik vermək.

    Tam oxu »
  • CİN ATINA MİNMƏK

    həddindən artıq əsəbiləşmək, bərk hirslənmək; ~ qan beyninə vurmaq (sıçramaq), acığı tutmaq, hirsi tutmaq, beyninin qurdu tərpənmək, hirsi başına (təp

    Tam oxu »
  • CİN AYRI, ŞEYTAN AYRI

    “müxtəlif məsələləri bir-birinə qarışdırmaq olmaz”, “hər şeyin öz yeri var” mənasında işlədilən ifadə; ~ sazan ayrı, fazan ayrı

    Tam oxu »
  • CİN BAŞINA VURMAQ

    bax: cin atına minmək.

    Tam oxu »
  • CİN DALAMAQ (VURMAQ)

    hədsiz əsəbi olmaq, hər şeydən qıcıqlanmaq.

    Tam oxu »
  • CİN DÜYÜNÜ

    çox çətin, olduqca mürəkkəb, hədsiz dolaşıq.

    Tam oxu »
  • CİN OYUNUNA DÜŞMƏK

    günah işlətmək; ~ günaha batmaq.

    Tam oxu »
  • CİNAYƏT İŞLƏTMƏK

    günah etmək, qanunun tələblərinə riayət etməmək, qanunlara zidd hərəkət etmək.

    Tam oxu »
  • CİNƏ DƏMİR GÖSTƏRMƏK

    kimisə qorxduğu bir şeylə hədələmək.

    Tam oxu »
  • CİNİ TUTMAQ

    gözlənilmədən əsəbiləşmək, heç nədən hirslənmək; ~ keçiləri gəlmək.

    Tam oxu »
  • CİNİ YATMAQ

    sakitləşmək, rahatlanmaq, əsəbi soyumaq; ~ keçiləri dağılmaq.

    Tam oxu »
  • CİYƏRİ DAĞLANMAQ

    kədərlənmək, dərdli-qüssəli olmaq, üzülmək.

    Tam oxu »
  • CİYƏRİ QANA DÖNMƏK

    bərk mütəəssir olmaq, ürəyi qan olmaq; ~ ürəyi dağlanmaq, ciyərinin başı sökülmək.

    Tam oxu »
  • CİYƏRİ ODLANMAQ

    bax: ciyəri yanmaq.

    Tam oxu »
  • CİYƏRİ YANMAQ

    bərk susamaq; ~ içi yanmaq.

    Tam oxu »
  • CİYƏRİNİ ÇIXARTMAQ

    cəzalandırmaq, tənbeh etmək; ~ payını vermək.

    Tam oxu »
  • CİYƏRİNİN BAŞI SÖKÜLMƏK

    bax: ciyəri qana dönmək.

    Tam oxu »
  • CİYƏRLİ OLMAQ

    qorxmamaq, cəsur olmaq, qorxu-hürkü bilməmək.

    Tam oxu »
  • CÖKƏ PAZI

    hədsiz dərəcədə bərk, möhkəm, əyilməyən; ~ kənək qoz.

    Tam oxu »
  • CÖVHƏRİNİ ÇIXARMAQ

    əsas hissəsini əldə etmək.

    Tam oxu »
  • CÖVLANA ÇIXMAQ

    gəzmək, dolanmaq.

    Tam oxu »
  • CÖVRÜNÜ ÇƏKMƏK

    hər əzabına dözmək, hər dərdinə, əziyyətinə qatlaşmaq.

    Tam oxu »
  • CUŞA GƏLMƏK

    coşmaq, hərəkətə gəlmək, həvəsə gəlmək; ~ vəcdə gəlmək,  eşqə gəlmək, ilhama gəlmək.

    Tam oxu »
  • CÜCƏNİ PAYIZDA SAYARLAR

    “işi nəticəsinə görə qiymətləndirərlər” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • CÜCƏYƏ DÖNMƏK

    əyin paltarları tamamilə islanmaq, yaş olmaq.

    Tam oxu »
  • ÇAĞIRILMIŞ BAYATI

    mahiyyəti hamıya bəlli olan, lakin ehtiyac duyulmadan dönə-dönə təkrarlanan fikir, söz; ~ köhnə bayatı

    Tam oxu »
  • ÇAX-ÇUX ELƏMƏK

    bax: çaq-çuq eləmək.

    Tam oxu »
  • ÇAXIR TULUĞU

    yekəqarın, yöndəmsiz, hədsiz kök, şişman.

    Tam oxu »
  • ÇAXNAŞMA SALMAQ

    qarışıqlıq salmaq, təşviş yaratmaq; ~ ara qarışdırmaq, ara qatmaq, dava salmaq, qovğa salmaq, vəlvələ salmaq, lov salmaq

    Tam oxu »
  • ÇAQ-ÇUQ ELƏMƏK

    kiçik bir işlə məşğul olub gündəlik cüzi pul qazanmaq.

    Tam oxu »
  • ÇAL DÜŞMƏK

    ağarmağa başlamaq; ~ dən düşmək.

    Tam oxu »
  • ÇALA-ÇUXUR SAYMAQ

    maşını pis sürmək, yolda tez-tez çala-çökəyə salmaq.

    Tam oxu »
  • ÇALDIĞINA OYNAMAQ

    kiminsə sözü ilə oturub-durmaq, öz mövqeyi olmamaq.     

    Tam oxu »
  • ÇALIN-ÇARPAZ DAĞ ÇƏKMƏK

    bax: dağ çəkmək (basmaq).

    Tam oxu »
  • ÇAMADANINI YIĞIŞDIRMAQ

    yola, səfərə hazırlaşmaq; ~ başmaqlarını cütləmək.

    Tam oxu »
  • ÇAMIR ATMAQ

    kimisə ləkələmək, şərləmək; ~ qara yaxmaq.

    Tam oxu »
  • ÇANAQ ... BAŞINDA ÇATLADI

    bir neçə şəxsin iştirak etdiyi günah işə görə haqlı və ya haqsız cəzalandırılan adam haqqında işlədilən ifadə; ~ tabaq

    Tam oxu »
  • ÇARƏSİ KƏSİLMƏK

    ümidsiz qalmaq, çıxış yolu tapa bilməmək; ~ əlacı kəsilmək.

    Tam oxu »
  • ÇARXI DÖNMƏK

    1. Dövranı keçmək; hakimiyyəti sona çatmaq.  2. İşləri düz gətirməmək.

    Tam oxu »
  • ÇARIĞIN DABANINI BƏRKİTMƏK

    yola çıxmağa hazırlaşmaq, hərəkətə başlamaq.

    Tam oxu »
  • ÇAT VERMƏK

    zədələnmək, uçmağa, dağılmağa, pozulmağa başlamaq.

    Tam oxu »
  • ÇAY GƏLMƏMİŞ ÇIRMANMAQ (SOYUNMAQ)

    bir işi vaxtından qabaq görməyə hazırlaşmaq, şərait yetişmədən hərəkət etmək, səbirsiz və hövsələsiz olmaq, tələsmək; ~ arxı tullanmamış “hop” demək

    Tam oxu »
  • ÇAYA SUSUZ APARIB SUSUZ GƏTİRMƏK

    çoxbilmiş, zirək və bacarıqlı olmaq; ~ dəyirmana susuz aparıb susuz gətirmək, bulaq başına susuz aparıb susuz gətirmək

    Tam oxu »
  • ÇAYAŞAĞI AXIDIB ÇAYYUXARI AXTARMAQ

    acığı gəldiyi adamın yox olmasını arzuladıqda işlədilən ifadə.

    Tam oxu »