Azərbaycan dilinin frazeologiya lügəti

  • CANININ HAYINA QALMAQ

    təhlükəli vəziyyətdən xilas olmağa, canını qurtarmağa çalışmaq.

    Tam oxu »
  • CANININ QEYDİNƏ QALMAQ

    özünə fikir vermək, sağlamlığını qorumaq.

    Tam oxu »
  • CANISULU OLMAQ

    yaşlansa da, hələ enerjisi, gücü qalmaq, tam qocalmamaq.

    Tam oxu »
  • CANIYANANLIQ GÖSTƏRMƏK

    dərdinə şərik olmaq, qayğı göstərmək.

    Tam oxu »
  • CANLAR ALAN

    çox gözəl (qadın, qız haqqında).

    Tam oxu »
  • CANLARA DƏYƏN

    yüksək insani keyfiyyətlərə malik olan insan haqqında işlədilən ifadə.

    Tam oxu »
  • CANLI QÜVVƏ

    adamlar, heyvanlar və ağır texnika mənasında işlədilən ifadə.

    Tam oxu »
  • CANLI MEYİT

    heç bir şeyə yaramayan, çox zəif, səlahiyyətini, ağlını, şüurunu itirmiş adam haqqında deyilən ifadə

    Tam oxu »
  • CAR ÇƏKMƏK

    xəbər yaymaq, qışqırmaq, bağırmaq; ~ hay basmaq (salmaq, vurmaq), zibili komadan çıxarmaq.

    Tam oxu »
  • CAVAB QAYTARMAQ

    kobud danışmaq, etiraz etmək, tabe olmamaq; ~ söz qaytarmaq, üzünə qabarmaq, üzünə qayıtmaq, üzünə ağ olmaq, üzünə bozarmaq

    Tam oxu »
  • CAVAB VERMƏK

    1. Cavablandırmaq, verilmiş suala aydınlıq gətirmək.  2. Hər hansı addıma görə cavabdeh olmaq, məsuliyyət daşımaq, cəzalandırılmaq

    Tam oxu »
  • CAVABINI VERMƏK

    hücuma, təpkiyə, tənqidə, təhqirə və s.-yə qarşı adekvat addım atmaq; ~ qabağına qoz qoymaq, yerində oturtmaq, yerini göstərmək, ağacının qabağına ağa

    Tam oxu »
  • CAVANLIĞIN DAŞINI ATMAQ

    yaşlanmaq, cavanlara xas olan bəzi vərdişlərdən əl çəkmək.

    Tam oxu »
  • CAYNAĞINDA SAXLAMAQ

    hakimiyyəti altında tutmaq, nəzarət etmək.

    Tam oxu »
  • CENTLMEN RAZILAŞMASI

    hər hansı yazılı sənədə deyil, yalnız şifahi danışığa, qarşılıqlı etimada, “kişi sözü”nə əsaslanan razılaşma

    Tam oxu »
  • CEYRAN BELİNƏ ÇIXMAQ

    1. Qiyməti qaldırmaq, bahalaşdırmaq, qıt olmaq.  2. Çox çətin tapılmaq.

    Tam oxu »
  • CEYRAN SÜDÜ

    araq.

    Tam oxu »
  • CƏFA ÇƏKMƏK

    əzab-əziyyət çəkmək, çətinliyə düşmək.

    Tam oxu »
  • CƏFA VERMƏK

    zülm etmək, əzab-əziyyət vermək; ~ ürəyinə dağ çəkmək (basmaq).

    Tam oxu »
  • CƏH-CƏH VURMAQ

    gözəl səslə nəğmə oxumaq; səlis və rəvan danışmaq.

    Tam oxu »
  • CƏHƏNNƏM ƏZABI

    ən ağır cəza, əzab-əziyyət, hədsiz işgəncə.

    Tam oxu »
  • CƏHƏNNƏM OLSUN

    kimisə görmək istəməmək, bir şeyi rədd etmək.

    Tam oxu »
  • CƏHƏNNƏMDƏN İPİ QIRIB QAÇMAQ

    çox kifir, eybəcər adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • CƏHƏNNƏMƏ GÖNDƏRMƏK

    öldürmək, qətlə yetirmək; ~ cəhənnəmə vasil etmək.

    Tam oxu »
  • CƏHƏNNƏMƏ VASİL ETMƏK

    bax: cəhənnəmə göndərmək.

    Tam oxu »
  • CƏHƏNNƏMƏ VASİL OLMAQ

    ölmək (pis tanınan insanlar haqqında).

    Tam oxu »
  • CƏHƏNNƏMİN DİBİNDƏ YAŞAMAQ

    çox ucqar və şəraitsiz yerdə yaşamaq; ~ cəhənnəmin o başında yaşamaq.

    Tam oxu »
  • CƏHƏNNƏMİN İSTİ BUCAĞI

    həddindən artıq isti yer barədə deyilən ifadə.

    Tam oxu »
  • CƏHƏNNƏMİN O BAŞINDA YAŞAMAQ

    çox uzaqlarda yaşamaq; ~ cəhənnəmin dibində yaşamaq.

    Tam oxu »
  • CƏLƏ QURMAQ

    fırıldaqçılıq etmək, birinə qarşı hiylə qurmaq; ~ tor qurmaq, tələ qurmaq.

    Tam oxu »
  • CƏMDƏYİ ÇƏTƏN ÜSTƏ QALMAQ

    cəsədini götürəcək kimsə olmamaq.

    Tam oxu »
  • CƏMDƏYİNƏ DÖŞƏMƏK

    1. Ağır sözlər demək, şiddətli tənqid etmək.  2. Döymək, vurmaq.

    Tam oxu »
  • CƏNCƏL ÇIXARTMAQ

    səbəbsiz yerə dava, qalmaqal yaratmaq.

    Tam oxu »
  • CƏNCƏLDƏN QURTARMAQ

    çətinlikdən, xata-baladan qurtarmaq.

    Tam oxu »
  • CƏNCƏLƏ DÜŞMƏK

    problemlə qarşılaşmaq.

    Tam oxu »
  • CƏNCƏLƏ SALMAQ

    dolaşıq, mübahisəli işə ürcah etmək; ~ qana salmaq.

    Tam oxu »
  • CƏNNƏTƏ DÖNDƏRMƏK

    abadlaşdırmaq, ideal səliqə-sahman, rahatlıq yaratmaq.

    Tam oxu »
  • CƏNNƏTİ SATIN ALMAQ

    bax: cənnətini qazanmaq.

    Tam oxu »
  • CƏNNƏTİNİ QAZANMAQ

    savab işlər görmək, əlsiz-ayaqsız, imkansız adamlara təmənnasız yaxşılıqlar etmək; ~ cənnəti satın almaq

    Tam oxu »
  • CƏRCƏNƏYİNİ AYIRMAQ

    əzişdirmək, kötəkləmək, cəzalandırmaq.

    Tam oxu »
  • CIĞIR AÇMAQ

    yenilik etmək, yeni istiqamətin əsasını qoymaq.

    Tam oxu »
  • CIĞIRINDAN ÇIXMAQ

    bax: cızığından çıxmaq.

    Tam oxu »
  • CINDIRI ÇIXMAQ

    tamam köhnəlmək, tökülmək, tökülüb-itmək; ~ mitili çıxmaq.

    Tam oxu »
  • CINDIRINDAN CİN ÜRKMƏK

    üst-başı, görünüşü pis halda olmaq.

    Tam oxu »
  • CINQIRI ÇIXMAMAQ

    səsi çıxmamaq, danışmamaq, susmaq.

    Tam oxu »
  • CIZDAĞI ÇIXMAQ

    hədsiz pis təsir etmək, güclü mənfi təsirə məruz qalmaq, yanıb-tökülmək.

    Tam oxu »
  • CIZIĞINDAN ÇIXMAQ

    qudurmaq; ~ yolunu azmaq, yolundan çıxmaq, həddini aşmaq, cığırından çıxmaq, sərhədi keçmək, əndazədən çıxmaq, cızığını aşmaq

    Tam oxu »
  • CIZIĞINI AŞMAQ

    bax: cızığından çıxmaq.

    Tam oxu »
  • CİBƏ GİRMƏK

    oğurluq etmək, soymaq, talamaq; ~ xalqın cibinə girmək.

    Tam oxu »
  • CİBİ BOŞALMAQ

    bütün pullarını xərcləyib qurtarmaq.

    Tam oxu »