Azərbaycan dilinin frazeologiya lügəti

  • MƏŞƏQQƏT ÇƏKMƏK

    əzab-əziyyət çəkmək, sıxıntı keçirmək.

    Tam oxu »
  • MƏTLƏB ÜSTƏ GƏLMƏK

    bax: mətləbə keçmək.

    Tam oxu »
  • MƏTLƏBƏ KEÇMƏK

    əsas məsələdən danışmaq; ~ mətləb üstə gəlmək.

    Tam oxu »
  • MƏTLƏBİ UZATMAQ

    uzun-uzadı danışmaq, əsas məsələnin üzərinə gec gəlmək; ~ dastan açmaq.

    Tam oxu »
  • MƏZACI ÇƏKMƏMƏK (GÖTÜRMƏMƏK)

    ürəyi, könlü istəməmək, xoşuna gəlməmək; ~ ürəyi götürməmək.

    Tam oxu »
  • MƏZARINI QAZMAQ

    kimisə pis vəziyyətə salmaq üçün var gücü ilə çalışmaq; ~ ayağının altını eşmək (qazımaq).

    Tam oxu »
  • MƏZƏ VERMƏK (ÇIXARTMAQ)

    1. Naz eləmək, ürəyini, qəlbini oxşamaq.  2. Şənlənmək, əylənmək; ~ həzz almaq (vermək).

    Tam oxu »
  • MƏZƏNNƏ QOYMAQ

    qiyməti, kursu müəyyənləşdirmək.

    Tam oxu »
  • MƏZHƏKƏYƏ QOYMAQ

    ələ salıb gülmək, dolamaq, lağ etmək; ~ lağa qoymaq.

    Tam oxu »
  • MƏZUR TUTMAQ

    üzrlü hesab etmək, səbəbli saymaq, üzrlü saymaq.

    Tam oxu »
  • MIX OLUB YERƏ BATMAQ

    iz buraxmadan qeyb olmaq.

    Tam oxu »
  • MIXDA QALANI DÖYMƏK

    bax: mıxdakı dananı döymək.

    Tam oxu »
  • MIXDAKI DANANI DÖYMƏK

    günah, qəbahət işlədəni deyil, əlinə keçəni cəzalandırmaq; ~ mıxda qalanı döymək.

    Tam oxu »
  • MIRT VURMAQ

    dan. boş-boş deyib-gülmək, söhbət etmək, lağlağı etmək.

    Tam oxu »
  • MISMIRIĞINI SALLAMAQ

    qaşqabaqlı olmaq, qanıqara olmaq; ~ qaşqabağını sallamaq (tökmək), qaşqabağı yer süpürmək, burnunu sallamaq, sümsüyünü sallamaq

    Tam oxu »
  • MIZ QOYMAQ

    bəyənməmək, nöqsan axtarmağa çalışmaq, bəhanə tapmaq; ~ irad tutmaq, nöqsan tutmaq, qəmiş qoymaq.

    Tam oxu »
  • MİKROSKOPLA BAXMAQ

    bir şeyə çox diqqətlə yanaşmaq, yoxlamaq, səhv və nöqsan tapmağa çalışmaq; ~ lupa ilə baxmaq.

    Tam oxu »
  • MİL DURMAQ (DAYANMAQ)

    əmrinə tabe olmaq, əmrə hazır olmaq, qorxudan hərəkət edə bilməmək; ~ bir sözünü iki eləməmək.

    Tam oxu »
  • MİLÇƏK QOVMAQ

    avaralanmaq, heç bir işlə məşğul olmamaq.

    Tam oxu »
  • MİLÇƏK TUTMAQ

    işsiz, avara və bikar olmaq.

    Tam oxu »
  • MİLÇƏK UÇSA, SƏSİ EŞİDİLƏR

    tam səssizliyə, sükuta qərq olmuş yer, mühit haqqında işlədilən ifadə.

    Tam oxu »
  • MİLÇƏKDƏN FİL DÜZƏLTMƏK

    kiçik bir işi böyütmək, şişirtmək (mübaliğə mənasında).

    Tam oxu »
  • MİLÇƏYİN DƏ BURNUNU QANATMAYIB

    çox mülayim, sakit, mərhəmətli insan haqqında işlədilən ifadə; ~ qarışqanı da ayaqlamaz (tapdalamaz)

    Tam oxu »
  • MİLÇƏYİNİ QORUMAQ

    1. Çox kasıb yaşamaq, başını birtəhər dolandırmaq; ~ baş girləmək.  2. Heç kimlə işi olmamaq, heç nəyə qarışmamaq

    Tam oxu »
  • MİN BİR DONA GİRMƏK

    bax: dona girmək.

    Tam oxu »
  • MİN DƏRƏDƏN SU GÖTÜRMƏK

    çox yerlərə baş vurmaq, çox şeydən danışmaq.

    Tam oxu »
  • MİN HOQQADAN ÇIXMAQ

    fırıldaqçı, bic və hiyləgər olmaq; adı çox işlərdə hallanmaq; ~ oyunlardan çıxmaq, çox qazanlarda qaynamaq, min oyundan çıxmaq

    Tam oxu »
  • MİN OYUNDAN ÇIXMAQ

    bax: min hoqqadan çıxmaq.

    Tam oxu »
  • MİNNƏT GÖTÜRMƏMƏK

    təmənnalı, məqsədli yaxşılığı qəbul etməmək.

    Tam oxu »
  • MİNNƏT QOYMAQ

    etdiyi hörmət və yaxşılıq müqabilində kimisə özünə borclu saymaq; ~ başına qaxmaq, başına vurmaq, başa qaxınc etmək

    Tam oxu »
  • MİNNƏTÇİ DÜŞMƏK

    özgəsi üçün xahiş etmək, vasitəçi olmaq.

    Tam oxu »
  • MİSQALLA ÖLÇMƏK

    bir şeyin ölçü və vəznini çox diqqətlə, dəqiq təyin etmək; bir şeyi eyni, bərabər bölmək.

    Tam oxu »
  • MİTİLİ ÇIXMAQ

    1. Tamam köhnəlmək, tökülmək; ~ cındırı çıxmaq.  2. Yorulub əldən düşmək.

    Tam oxu »
  • MİTİLİNƏ DÖŞƏMƏK

    ağır sözlər demək, çox ciddi tənqid etmək; döymək.

    Tam oxu »
  • MİTİLİNİ BAYIRA ATMAQ

    işdən çıxarmaq, uzaqlaşdırmaq, kobudcasına qovmaq; ~ şələ-küləsini qoltuğuna vermək.

    Tam oxu »
  • MİZAN-TƏRƏZİ QURMAQ

    sorğu-suala tutmaq, məsələyə aydınlıq gətirmək; ~ haqq-hesab çəkmək, məhşər ayağına çəkmək.

    Tam oxu »
  • MİZANA VURMAQ

    tərəzidə çəkmək, kütləsini, ağırlığı bilmək; ölçüb-biçmək, mülahizə etmək; ~ tərəziyə vurmaq.

    Tam oxu »
  • MOLLA AŞI GÖRDÜ, QURAN YADDAN ÇIXDI

    maddi maraq mənəvi dəyərləri üstələyərkən işlədilən ifadə.

    Tam oxu »
  • MOLLA GƏLMİŞKƏN ÖLƏN ÖLSÜN

    dan. bir yerə mütəxəssis (həkim, usta və s.) gələrkən onun sahəsi ilə bağlı bütün (hətta olmayan)  problemləri həll etməyə çağırış mənasında işlədilən

    Tam oxu »
  • MOTAL ATMAQ

    yalançı bəraətlərlə özünü təmizə çıxarmağa çalışmaq.

    Tam oxu »
  • MÖHTAC QALMAQ

    nəyəsə ciddi ehtiyacı olmaq, nədənsə asılı olmaq, ehtiyacı olan nəyisə əldə edə bilməmək.

    Tam oxu »
  • MÖHÜRÜNÜ VURMAQ

    hər hansı bir sahədə peşəkarlıq baxımından nümunə olmaq, yüksək standartlar yaratmaq, öz izini qoymaq

    Tam oxu »
  • MUMA DÖNMƏK

    yumşalmaq, deyilənlərlə razılaşmaq.

    Tam oxu »
  • MURAD ALMAQ

    istəyinə, arzusuna nail olmaq; ~ kam almaq.

    Tam oxu »
  • MURADI GÖYƏRMƏK

    istəyi, niyyəti həyata keçmək, reallaşmaq.

    Tam oxu »
  • MURADI HASİL OLMAQ

    istəyi, niyyəti həyata keçmək, arzuları gerçəkləşmək.

    Tam oxu »
  • MURADINI VERMƏK

    arzusuna çatdırmaq, istəyini yerinə yetirmək.

    Tam oxu »
  • MUS-MUS DEYİNCƏ MUSTAFA DE

    açıq danışmayan, sözü uzadan, sözünün canını deməyə tələsməyən, əsas mətləbə gec gələn adama müraciətlə işlədilən ifadə; ~ su-su deyincə sumaq de

    Tam oxu »
  • MÜHAKİMƏ YÜRÜTMƏK

    bir məsələ haqqında fikir və mülahizələrini söyləmək.

    Tam oxu »
  • MÜRƏKKƏBİ QURUMAMIŞ

    tez-tələsik, isti-isti; ala-çiy, yenidən işlənməyə, üstündə əl gəzdirilməyə ehtiyacı olan.

    Tam oxu »