Azərbaycan dilinin frazeologiya lügəti

  • NƏHS GƏTİRMƏK

    nəzərdə tutulan bir işin nəticəsi ilə bağlı bədbin danışmaq; ~ bəd gətirmək, ağzını bədə açmaq;  işi düz gətirməmək; ~ tilsimə düşmək, qabağından qara

    Tam oxu »
  • NƏM ÇƏKMƏK

    rütubətdən islaq hala gəlmək; xarab olmaq, korlanmaq.

    Tam oxu »
  • NƏNƏM DƏ BACARAR (ELƏYƏR)

    işin çox asan və yüngül olduğunu bildirmək üçün işlədilən ifadə.

    Tam oxu »
  • NƏRƏ ÇƏKMƏK

    qışqırmaq, var gücü ilə bağırmaq, səsləmək; ~ qıy çəkmək (vurmaq).

    Tam oxu »
  • NƏSLİ KƏSİLMƏK

    şəcərədən, nəsildən heç kim qalmamaq; ~ evi dağılmaq; tamam məhv edilmək, yox olmaq (hər hansı heyvan və ya bitki növü haqqında da işlədilir)

    Tam oxu »
  • NƏSLİNİ KƏSMƏK

    bir nəsli tamamilə məhv etmək, yerli-dibli yox etmək; ~ axırına çıxmaq, kökünü kəsmək (qazımaq), kötüyünün üstündə od yandırmaq

    Tam oxu »
  • NƏSLİNİ YER ÜZÜNDƏN SİLMƏK

    bax: nəslini kəsmək.

    Tam oxu »
  • NƏŞƏSİ DURULMAQ

    şadlanmaq, sevinmək; ~ kefi açılmaq.

    Tam oxu »
  • NƏŞƏSİ QAÇMAQ

    əhvalı birdən pozulmaq, pərt olmaq, məyus olmaq; ~ əhvalı pozulmaq, kefi korlanmaq (pozulmaq).

    Tam oxu »
  • NƏŞƏSİNİ POZMAQ

    pərt etmək, məyus etmək; ~ kefini pozmaq, əhvalını korlamaq.

    Tam oxu »
  • NƏTİCƏYƏ GƏLMƏK

    hərtərəfli araşdırdıqdan sonra müəyyən bir qərara gəlmək.

    Tam oxu »
  • NƏYƏ DESƏN, DƏYƏR

    çox əla bir şey haqqında işlədilən ifadə.

    Tam oxu »
  • NƏYİ QOYUB NƏ AXTARIRSAN

    “məsələ fikirləşdiyin, dediyin, təsəvvür etdiyin kimi sadə deyil” mənasında işlədilən ifadə.

    Tam oxu »
  • NƏZARƏT ALTINA ALMAQ

    təqib etmək, izləmək; ~ nəzarətdə saxlamaq.

    Tam oxu »
  • NƏZARƏT ALTINDA SAXLAMAQ

    bax: nəzarətdə saxlamaq.

    Tam oxu »
  • NƏZARƏTDƏ SAXLAMAQ

    hərəkətlərinə fikir vermək, təqib etmək, izləmək; ~ nəzarət altına almaq, nəzarət altında saxlamaq, gözdə-qulaqda olmaq

    Tam oxu »
  • NƏZƏR DƏYMƏK

    bax: göz dəymək.

    Tam oxu »
  • NƏZƏR NÖQTƏSİ

    bax: baxış bucağı.

    Tam oxu »
  • NƏZƏR SALMAQ

    baxmaq, nəzərdən keçirmək, yoxlamaq; ~ göz gəzdirmək (dolandırmaq), göz yetirmək, gözdən keçirmək.

    Tam oxu »
  • NƏZƏRDƏ SAXLAMAQ

    unutmamaq, fikrindən çıxarmamaq; ~ yadda saxlamaq, diqqət mərkəzində saxlamaq, nəzərə almaq.

    Tam oxu »
  • NƏZƏRDƏ TUTMAQ

    danışarkən haqqında düşündüyü bir şeyi unutmamaq, onu çatdırmağa çalışmaq; ~ fikrində tutmaq.

    Tam oxu »
  • NƏZƏRDƏN DÜŞMƏK

    bax: gözdən düşmək.

    Tam oxu »
  • NƏZƏRDƏN QAÇIRMAQ

    bax: gözdən qaçırmaq.

    Tam oxu »
  • NƏZƏRDƏN QAÇMAQ (YAYINMAQ)

    bax: gözdən qaçmaq. 

    Tam oxu »
  • NƏZƏRDƏN SALMAQ

    bax: gözdən salmaq.

    Tam oxu »
  • NƏZƏRƏ ALMAQ

    bir işin hər hansı cəhətini (yaxşı və ya pis) yadda saxlamaq, unutmamaq; ~ nəzərdə saxlamaq.

    Tam oxu »
  • NƏZƏRƏ GƏLMƏK

    bax: göz dəymək.

    Tam oxu »
  • NƏZƏRİNƏ ÇATDIRMAQ

    bildirmək, xəbərdarlıq etmək, məlumatlandırmaq.

    Tam oxu »
  • NƏZƏRİNİ ÜSTÜNDƏN ÇƏKMƏMƏK

    bir şeyə dayanmadan diqqətlə baxmaq; muğayat olmaq, qayğı göstərmək; ~ gözü üstündə olmaq.

    Tam oxu »
  • NƏZMƏ ÇƏKMƏK

    bir hadisəni, hiss və duyğunu şeirlə təsvir etmək.

    Tam oxu »
  • NIRX KƏSMƏK (QOYMAQ)

    qiymət müəyyən etmək; ~ qiymət qoymaq.

    Tam oxu »
  • NİFAQ ALMASI

    mübahisəyə, dava-dalaşa səbəb olan bir şey.

    Tam oxu »
  • NİFAQ SALMAQ

    çəkişmə, münaqişə, ikitirəlik yaratmaq, münasibətləri korlamaq; ~ ara qarışdırmaq, ədavət toxumu səpmək, dedi-qodu salmaq

    Tam oxu »
  • NİKOLAYDAN QALMA

    nimdaş, köhnə, qədim; ~ Nuh əyyamından qalma.

    Tam oxu »
  • NİŞAN VERMƏK

    göstərmək, yönəltmək, istiqamətləndirmək.

    Tam oxu »
  • NİŞANA GƏLMƏK

    vurulmaq, üstünə hücum etmək, sıradan çıxarmaq üçün əlverişli şərait yaranmaq.

    Tam oxu »
  • NİTQİ QURUMAQ

    təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili bağlanmaq, dili qurumaq, nitqi tutulmaq, dili-ağzı tutulmaq, dil-dodağı kilidlənmək

    Tam oxu »
  • NİTQİ TUTULMAQ

    1. Danışıq qabiliyyətini itirmək.  2. Təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili bağlanmaq, dili tutulmaq, dili qurumaq, nitqi qurumaq, dili

    Tam oxu »
  • NİYYƏT ELƏMƏK (TUTMAQ)

    ürəyində tutduğu arzunun, istəyin gerçəkləşəcəyi təqdirdə müəyyən əməlləri (nəzir vermək, oruc tutmaq, qurban kəsmək və s

    Tam oxu »
  • NİZƏ SINDIRMAQ

    niyyətini, amalını açıq şəkildə ortaya qoymaq, bu amal uğrunda davamlı mübarizə aparmaq.

    Tam oxu »
  • NOXTANI ƏLƏ VERMƏK

    başqasının əlində oyuncaq olmaq, başqasının iradəsinə tabe olmaq, başqasının dediyi ilə oturub-durmaq

    Tam oxu »
  • NOXTASINI BOYNUNA DOLAMAQ

    özbaşına, sərbəst buraxmaq; boşamaq.

    Tam oxu »
  • NOXTASINI ÇƏKMƏK

    pis yoldan, pis əməldən qaytarmaq; ~ ipini çəkmək (yığmaq), həddini bildirmək (göstərmək), qarşısını almaq (kəsmək)

    Tam oxu »
  • NÖQSAN TUTMAQ

    eybini, qüsurlarını demək; ~ irad tutmaq, mız qoymaq.

    Tam oxu »
  • NÖQTƏ QOYMAQ

    bitirmək, qurtarmaq, tamamlamaq; ~ son qoymaq.

    Tam oxu »
  • NÖQTƏ-VERGÜLÜNƏ KİMİ

    xırda detallarına qədər, yerli-yataqlı, ətraflı.

    Tam oxu »
  • NÖMRƏ GƏLMƏK

    yalan deyərək aldatmaq, müxtəlif əyri yollardan istifadə etmək; ~ hiylə gəlmək (işlətmək), doqquzluq gəlmək, kələk gəlmək

    Tam oxu »
  • NUH DEYİR, PEYĞƏMBƏR DEMİR

    tərs, inadkar adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • NUH ƏYYAMINDAN QALMA

    bax: Nikolaydan qalma.

    Tam oxu »
  • NÜFUZDAN DÜŞMƏK

    bax: hörmətdən düşmək.

    Tam oxu »