Azərbaycan dilinin frazeologiya lügəti

  • QARA GÜNÜNÜ QABLAMAQ

    pis günlərə hazırlaşmaq, bir fəlakəti və ya bəlanı qarşılamağa hazır olmaq.

    Tam oxu »
  • QARA İLANA RAST GƏLMƏK (OLMAQ)

    pis, əzazil, qəddar insanla qarşılaşmaq, ona işi düşmək, tabeliyində çalışmaq.

    Tam oxu »
  • QARA KAĞIZ

    ölüm xəbəri yazılmış məktub.

    Tam oxu »
  • QARA QAŞ-GÖZÜNƏ AŞİQ OLMAMIŞAM

    kimisə şəxsi münasibətlərə, subyektiv amillərə görə deyil, yüksək qabiliyyətinə, bacarığına görə irəli çəkərkən və ya tərifləyərkən işlədilən ifadə

    Tam oxu »
  • QARA QƏPİYƏ GÜLLƏ ATMAQ

    pulu olmamaq; ~ on şahıya güllə atmaq.

    Tam oxu »
  • QARA QIZIL

    neft.

    Tam oxu »
  • QARA-QORXU GƏLMƏK

    qorxutmaq, hədələmək, şantaj etmək.

    Tam oxu »
  • QARA MƏNİ BASINCA MƏN QARANI BASIM

    qabaqdangəlmişlik etmək, danlanacağını ehtimal edib birini qabaqlamaq.

    Tam oxu »
  • QARA SƏHİFƏ

    tarixin faciəli mərhələsi.

    Tam oxu »
  • QARA SİYAHIYA DÜŞMƏK

    arzuolunmayan şəxsə çevrilmək, təqib edilmək.

    Tam oxu »
  • QARA SUDAN QAYMAQ TUTMAQ

    xəsis olmaq, simiclik etmək; ~ yumurtadan yun qırxmaq, əli cibinə getməmək.

    Tam oxu »
  • QARA YAXMAQ

    kimisə yanlış olaraq günahlandırmaq, ünvanına yalanlar söyləmək,  ləkələmək; ~ böhtan atmaq, şər atmaq, çamır atmaq

    Tam oxu »
  • QARA YELLƏR ƏSMƏK

    bax: ruzigarı bəd əsmək.

    Tam oxu »
  • QARA YER

    qəbir, məzar.

    Tam oxu »
  • QARAGÜNLÜYÜNÜ QABLAŞDIRMAQ

    hәr cür çәtinliyә, әziyyәtә hazır olmaq; mәhrumiyyәti, tәhlükәni göz önündә tutmaq.

    Tam oxu »
  • QARANLIĞA DAŞ ATMAQ

    mənasız, sonu, nəticəsi bəlli olmayan işlə məşğul olmaq.

    Tam oxu »
  • QARANLIĞA GÖMÜLMƏK

    zülmətə qərq olmaq, hər tərəf qaranlıq olmaq.

    Tam oxu »
  • QARANLIQ QALMAQ

    hər hansı məsələ ilə bağlı aydınlıq olmamaq; qeyri-müəyyən, müəmmalı olmaq.

    Tam oxu »
  • QARANLIQ QUYUYA DAŞ ATMAQ

    düşünüb qərar vermədən iş görmək, ölçüb-biçmədən bir şeyi etmək.

    Tam oxu »
  • QARANLIQ OTAQDA QARA PİŞİK AXTARMAQ

    mənası və nəticəsi olmayan işlə məşğul olmaq.

    Tam oxu »
  • QARANLIQDA İYNƏ AXTARMAQ

    çox ağır, üzücü, dolaşıq işə girişmək; ~ saman tayasında iynə axtarmaq.

    Tam oxu »
  • QARASINCA ASIB-KƏSMƏK

    ünvanına hədələyici tonda danışmaq.

    Tam oxu »
  • QARATİKAN KOLUNA DÖNMƏK

    iki sevən insanı ayırmaq, aralarında maneəyə çevrilmək, bədxah olmaq.

    Tam oxu »
  • QARAYA AĞ, AĞA QARA DEMƏK

    bax: ağa qara, qaraya ağ demək.

    Tam oxu »
  • QARĞA BEYNİ YEDİRTMƏK

    təsir etmək, fikrini öz xeyrinə dəyişmək, azdırmaq; ~ başdan çıxarmaq, yoldan çıxarmaq.

    Tam oxu »
  • QARĞA BEYNİ YEMƏK

    sarsaqlamaq, ağlını, başını itirmək.

    Tam oxu »
  • QARĞA DİLİ

    üstüörtülü, başqaları üçün anlaşıqlı olmayan danışıq.

    Tam oxu »
  • QARĞA, MƏNDƏ QOZ VAR

    danışığı və ya davranışı ilə sirrini büruzə verən adam haqqında işlədilən ifadə. 

    Tam oxu »
  • QARĞIŞI TUTMAQ

    qarğışın təsiri olmaq, ah-naləsindən ziyan görmək; ~ ahı tutmaq.

    Tam oxu »
  • QARIN AÇMAQ

    çox yemək, doymaq bilməmək, süfrədən əl çəkməmək.

    Tam oxu »
  • QARIN BAĞLAMAQ (BURAXMAQ)

    hədsiz kökəlmək; ~ qarın sallamaq, qarnı dama dönmək.

    Tam oxu »
  • QARIN OTARMAQ

    onun-bunun süfrəsində yeyib qarnını doyurmaq.

    Tam oxu »
  • QARIN SALLAMAQ

    1. Hədsiz kökəlmək; ~ qarın bağlamaq (buraxmaq).  2. Ortası aşağıya tərəf əyilmək; uçmaq üzrə olmaq; ~ qarın vermək

    Tam oxu »
  • QARIN VERMƏK

    ortadan əyilmək, ortası aşağıya sallanmaq; uçmaq, qopmaq və ya tökülmək üzrə olmaq; ~ qarın sallamaq

    Tam oxu »
  • QARINAĞRISINA DÜŞMƏK

    hər hansı xəbərdən əndişələnmək, həyəcanlanmaq, çox narahat olmaq; ~ qorxuya düşmək.

    Tam oxu »
  • QARINAĞRISINA SALMAQ

    qorxutmaq, hədələmək.

    Tam oxu »
  • QARIŞQADAN FİL DÜZƏLTMƏK

    bax: milçəkdən fil düzəltmək.

    Tam oxu »
  • QARIŞQANI DA AYAQLAMAZ (TAPDALAMAZ)

    ədalətli, rəhmdil, ürəyiyumşaq, insaflı adam haqqında işlədilən ifadə; ~ milçəyin də burnunu qanatmayıb

    Tam oxu »
  • QARMAĞA KEÇMƏK

    ilişmək, tutulmaq; ~ tələyə düşmək, tora düşmək.

    Tam oxu »
  • QARMAQ ATMAQ

    ələ almağa çalışmaq, tovlamaq; fikrini öyrənmək, təsir etməyə və öz tərəfinə çəkməyə çalışmaq.

    Tam oxu »
  • QARNI AÇILMAQ (İŞLƏMƏK, POZULMAQ)

    ishal olmaq, mədə-bağırsaq sistemində problem olmaq; ~ mədəsi pozulmaq, ayağa getmək.

    Tam oxu »
  • QARNI AĞRIMAQ

    işə ürəksiz yanaşmaq, işləmək istəməmək; təmənnası olmaq.

    Tam oxu »
  • QARNI BELİNƏ (DALINA) YAPIŞMAQ

    çox arıq olmaq.

    Tam oxu »
  • QARNI BURNUNA DƏYMƏK

    hamilə olmaq.

    Tam oxu »
  • QARNI DAMA DÖNMƏK

    bax: qarın bağlamaq (buraxmaq).

    Tam oxu »
  • QARNI FİT ÇALMAQ

    bərk acmaq, aclıq hiss etmək, acından qarnı quruldamaq.

    Tam oxu »
  • QARNINA QARIN BAĞLAYIB

    dan. çox yeyən, doymaq bilməyən, süfrədən əl çəkməyən adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • QARNINDA OLANI BİLMƏMƏK

    qapalı olmaq, ürəyinin sözünü heç kimə deməmək, istəyini, fikrini büruzə verməmək, nə düşündüyünü bilməmək

    Tam oxu »
  • QARŞISINI ALMAQ (KƏSMƏK)

    fəaliyyətinə, hərəkət etməsinə mane olmaq, dayandırmaq; ~ buynuzunu qırmaq, qırmızı işıq yandırmaq, əl-ayağını bağlamaq, göz açmağa qoymamaq, qapıları

    Tam oxu »
  • QARŞISINI SAXLAMAQ

    durdurmaq.

    Tam oxu »