Azərbaycan dilinin frazeologiya lügəti

  • QAŞ DÜZƏLTDİYİ YERDƏ VURUB GÖZ ÇIXARMAQ

    xeyirxahlıq niyyəti ilə qoşulduğu işi düzəltmək əvəzinə korlamaq, zərər vermək; ~ saqqal dalınca gedib bığı da qoyub gəlmək

    Tam oxu »
  • QAŞ-GÖZ ATMAQ

    bax: qaş-göz oynatmaq.

    Tam oxu »
  • QAŞ-GÖZ OYNATMAQ

    qaş-göz hərəkətləri ilə işarə etmək; naz-qəmzə etmək.

    Tam oxu »
  • QAŞ-GÖZLƏ DANIŞMAQ

    nəyisə anlatmaq üçün qaşı ilə işarə etmək.

    Tam oxu »
  • QAŞ QARALMAQ

    axşam olmaq, qaranlıq düşmək; ~ hava qaralmaq.

    Tam oxu »
  • QAŞ OYNATMAQ

    bax: qaş-göz oynatmaq.

    Tam oxu »
  • QAŞIQ İÇİ ÇIXARMAQ

    heç bir faydalı iş görməmək, əhəmiyyətsiz, mәnasız işlәrlә mәşğul olmaq.

    Tam oxu »
  • QAŞIQLA VERİR, ÇÖMÇƏ İLƏ BAŞINDAN VURUR

    etdiyi hansısa kiçik bir yaxşılığın müqabilində minnət qoyan, yaxşılığı burnundan gətirən şəxs haqqında kinayə ilə işlədilən ifadə

    Tam oxu »
  • QAŞIN ALTINDA GÖZÜN VAR

    heç kim hədə-qorxu gələ bilməz, kimsə güldən ağır söz deyə bilməz.

    Tam oxu »
  • QAŞINMAYAN YERDƏN QAN ÇIXARMAQ

    heç bir səbəb olmadan problem yaratmaq; ~ qurdalayıb qurdunu çıxarmaq.

    Tam oxu »
  • QAŞQABAĞI AÇILMAQ

    üzündə sevinc əlaməti görünmək, əhvalı yaxşılaşmaq, sevinmək; ~ aynası açılmaq, üzü gülmək.

    Tam oxu »
  • QAŞQABAĞI YER SÜPÜRMƏK

    nədənsə hədsiz narazı olmaq; hirsli, acıqlı, bikef olmaq; ~ qaşqabağı yerlə getmək, qaşqabağından zəhər tökülmək, qaşqabağını sallamaq (tökmək), mısmı

    Tam oxu »
  • QAŞQABAĞI YERLƏ GETMƏK

    bax: qaşqabağı yer süpürmək.

    Tam oxu »
  • QAŞQABAĞINDAN ZƏHƏR TÖKÜLMƏK

    həddən artıq hirsli, acıqlı, bikef olmaq; ~ qaşqabağını sallamaq (tökmək), qaşqabağı yer süpürmək, qaşqabağı yerlə getmək

    Tam oxu »
  • QAŞQABAĞINI SALLAMAQ (TÖKMƏK)

    öz sifətinə acıqlı, yaxud narazı bir ifadə vermək; ~ mısmırığını sallamaq, dodaq sallamaq, sımsırığını sallamaq, qaşqabağı yerlə getmək, qaşqabağından

    Tam oxu »
  • QAŞQABAĞINI TURŞUTMAQ

    öz sifətinə acıqlı, yaxud narazı bir ifadə vermək; ~ sımsırığını sallamaq.

    Tam oxu »
  • QAŞQABAQ GÖSTƏRMƏK

    pis, acıqlı qarşılamaq.

    Tam oxu »
  • QAŞLA GÖZ ARASINDA

    bir anda, gözlənilmədən; hər zaman mümkün olan bir şey haqqında işlədilən ifadə (daha çox ölüm haqqında deyilir); ~ iki daşın arasında

    Tam oxu »
  • QAŞLARINI ÇATMAQ

    dərin fikrə dalaraq, yaxud hiddətlənərək qaşlarını yığmaq.

    Tam oxu »
  • QATARDAN İNDİ DÜŞMƏK

    heç nə görməmək, dünyagörüşü, mədəni səviyyəsi aşağı olmaq.

    Tam oxu »
  • QATIĞA QARA DEMƏK

    həqiqəti danmaq, düzü inkar etmək, əksini söyləmək.

    Tam oxu »
  • QATIRÇININ QATIRINI ÜRKÜTMƏK

    kiməsə sataşmaq, dinc durmamaq.

    Tam oxu »
  • QATLAYIB DİZİNİN ALTINA QOYMAQ

    üstün olmaq, güclü olmaq, qalib gəlmək.

    Tam oxu »
  • QATLAYIB DÖŞƏYİN ALTINA QOYMAQ

    bir şeyi təkrar dilə gətirməmək, o haqda danışmamaq.

    Tam oxu »
  • QAYDAYA SALMAQ

    nizamlamaq, sistemləşdirmək, qayda-qanun yaratmaq; ~ yoluna qoymaq, sahmana salmaq.

    Tam oxu »
  • QAYĞISINA QALMAQ

    bax: qayğısını çəkmək.

    Tam oxu »
  • QAYĞISINI ÇƏKMƏK

    himayə etmək, yardım göstərmək; ~ başına dolanmaq, qayğısına qalmaq, dərdini çəkmək, əldə gəzdirmək, fikrini çəkmək

    Tam oxu »
  • QAYTAĞI OYNAMAQ

    ağrıdan qıvrılmaq, çox əziyyət çəkmək.

    Tam oxu »
  • QAZ UÇDU, QARĞA QONDU

    baş verən hər hansı dəyişikliyin, yerdəyişmənin mənasız, əhəmiyyətsiz olduğunu bildirən ifadə.

    Tam oxu »
  • QAZ VURUB QAZAN DOLDURMAQ

    gəliri, qazancı çox olmaq.

    Tam oxu »
  • QAZ YERİŞİ YERİMƏK

    qaz kimi yan basa-basa yerimək; təkəbbürlə yerimək.

    Tam oxu »
  • QAZA ATDIM, QOZA DƏYDİ

    bir şey üçün çalışırdım, tamam başqa şey alındı.

    Tam oxu »
  • QAZAN ASMAQ

    xörək bişirmək.

    Tam oxu »
  • QAZAN DİBİ YALAMAQ

    bax: qab dibi yalamaq.

    Tam oxu »
  • QAZAN QAYNATMAQ

    altdan-altdan iş görmək, nəyəsə təşəbbüs etmək, hazırlıq görmək; ~ iş çevirmək (fırlatmaq).

    Tam oxu »
  • QAZAN ÖRTÜLÜ QAYNAMAQ

    gizli baş vermək.

    Tam oxu »
  • QAZANC QUDURUB MAYANI YEYİB

    alverdə zərərə düşmək, əli gətirməmək mənasında işlədilən ifadə.

    Tam oxu »
  • QAZANC ÜZÜ GÖRMƏMƏK

    qazanc əldə edə bilməmək, gördüyü bütün işlərdə zərər çəkmək, zərərə işləmək.

    Tam oxu »
  • QAZANCI BAŞINI YEMƏK

    qazandığı pul ucbatından həyatını itirmək.

    Tam oxu »
  • QAZANCI QANA DÖNMƏK

    qazancı zəhər olmaq.

    Tam oxu »
  • QAZANCINI KƏSMƏK

    çörəkpulu qazanmasına mane olmaq; ~ ruzisini kəsmək.

    Tam oxu »
  • QAZDAN AYIQ

    hər şeyi hiss edən, çevik.

    Tam oxu »
  • QAZDIĞI QUYUYA ÖZÜ DÜŞMƏK

    əməlinə görə cəzalanmaq, pis niyyətinin, qurduğu tələnin qurbanı olmaq.

    Tam oxu »
  • QEYBƏT QIRMAQ

    başqasının əleyhinə danışmaq, başqasının dalınca deyinmək, başqa bir adamın sözünü, hərəkətlərini mənfi yöndə müzakirə etmək

    Tam oxu »
  • QEYDİNƏ QALMAQ

    vəziyyəti ilə maraqlanmaq, qayğı, diqqət göstərmək; ~ dərdinə qalmaq, hayına qalmaq.

    Tam oxu »
  • QEYRƏTİ YAVANLIQ ETMƏK

    heysiyyətini, şərəfini maddi qazanca, pula, mənfəətə satmaq, biqeyrət olmaq.

    Tam oxu »
  • QEYRƏTİNƏ SIĞIŞDIRMAMAQ

    qəbul etməmək; ~ özünə sığışdırmamaq.

    Tam oxu »
  • QEYRƏTİNƏ TOXUNMAQ

    bax: qüruruna toxunmaq.

    Tam oxu »
  • QEYRƏTİNİ ÇƏKMƏK

    şərəfini, heysiyyətini, namus və ləyaqətini qorumaq, təəssübünü çəkmək.

    Tam oxu »
  • QEYRƏTİNİ İTİRMƏK

    özünü rüsvay etmək, abırsız olmaq; ~ namusunu satmaq, namusu yeyib, arı belinə bağlayıb (şəlləyib).

    Tam oxu »