Azərbaycan dilinin frazeologiya lügəti

  • QUYRUĞU QAPI ARASINDA QALMAQ

    çətin, çıxılmaz vəziyyətə düşmək, nə edəcəyini bilməmək.

    Tam oxu »
  • QUYRUĞU TƏLƏDƏN ÇIXMAQ

    üzləşdiyi çətinlikdən qurtulmaq, problemi həll olunmaq, işləri yaxşılaşmaq.

    Tam oxu »
  • QUYRUĞUNA DÜŞMƏK

    ardına düşmək, arxasınca hərlənmək.

    Tam oxu »
  • QUYRUĞUNDA QOYMAQ

    bir işi tam yerinə yetirməmək, işi axıra çatdırmamaq.

    Tam oxu »
  • QUYRUĞUNU BASMAQ (TAPDALAMAQ)

    birinin marağına, mənafeyinə toxunmaq.

    Tam oxu »
  • QUYRUĞUNU BELİNƏ QOYMAQ

    lovğalanmaq, etina etməmək, saymamaq.

    Tam oxu »
  • QUYRUĞUNU DÜYÜNLƏMƏK (DÜYMƏK)

    1. Möhkəm durmaq, hər bir ehtimala qarşı hazır olmaq, hazır durmaq.  2. İşini çətinləşdirmək; ~ çətinliyə salmaq

    Tam oxu »
  • QUYRUĞUNU EŞMƏK

    qaçmağa hazırlaşmaq.

    Tam oxu »
  • QUYRUĞUNU QALDIRMAQ

    etiraz etmək, dirçəlmək; ~ baş qaldırmaq.

    Tam oxu »
  • QUYRUĞUNU QISMAQ

    qorxmaq, çəkinmək.

    Tam oxu »
  • QUYRUĞUNUN ALTINA TİKAN QOYMAQ

    hirsləndirmək, qıcıqlandırmaq, təhrik etmək.

    Tam oxu »
  • QUYRUQ BULAMAQ

    yaltaqlıq və ikiüzlülük etmək; ~ lələlik etmək, qazan dibi yalamaq, qab dibi yalamaq, boşqab dibi yalamaq, qabağında dördqat (ikiqat) olmaq

    Tam oxu »
  • QUYRUQ DOĞAN AY

    yay fəslindən payıza keçid dövründə havaların tədricən sərinləşdiyi dövr.

    Tam oxu »
  • QUYRUQ ƏLƏ VERMƏMƏK

    ələ keçməmək, tapılmamaq; ~ ətəyi ələ verməmək, yaxasını ələ verməmək.

    Tam oxu »
  • QUYRUQDA BIÇAĞI SINDIRMAQ

    bax: soyub-soyub quyruğunda bıçağı sındırmaq.

    Tam oxu »
  • QUYRUQDA SÜRÜNMƏK

    geridə qalmaq, zəif və bacarıqsız olmaq.

    Tam oxu »
  • QUYU QAZMAQ

    birinin yamanlığına, bədbəxtliyinə çalışmaq, əleyhinə iş görmək; ~ ayağının altını eşmək (qazımaq), qəbir qazmaq, tələ qurmaq

    Tam oxu »
  • QUZU BALASI

    sakit, dinməz, mülayim, heç kimlə işi olmayan adam.

    Tam oxu »
  • QUZUNU QURDA TAPŞIRMAQ

    bax: qoyunu qurda tapşırmaq.

    Tam oxu »
  • QUZUYA DÖNMƏK

    sakitləşmək, yumşalmaq; ~ yola gəlmək.

    Tam oxu »
  • QÜRURUNA TOXUNMAQ

    aşağılamaq; özünü alçaldılmış hiss etmək; ~ şəninə toxunmaq, mənliyinə toxunmaq, qeyrətinə toxunmaq.  

    Tam oxu »
  • QÜRURUNU QIRMAQ (SINDIRMAQ)

    aşağılamaq, alçaltmaq; ~ mənliyinə toxunmaq, şaxını qırmaq (sındırmaq).

    Tam oxu »
  • QÜVVƏDƏ QALMAQ

    gücünü, qüvvəsini, təsirini itirməmək; səlahiyyətini saxlamaq.

    Tam oxu »
  • QÜVVƏDƏN DÜŞMƏK

    öz hüquqi gücünü itirmək, məcburi olmamaq; ~ qərardan düşmək, etibardan düşmək.

    Tam oxu »
  • QÜVVƏYƏ MİNMƏK

    hüquqi cəhətdən hamı üçün məcburi sayılmaq; tətbiqə başlamaq (qanun, fərman, sərəncam və s. haqqında)

    Tam oxu »
  • LAF VURMAQ

    uzun-uzadı danışmaq, çərənləmək, boşboğazlıq etmək; ~ laqqırtı vurmaq, ağzı qızışmaq.

    Tam oxu »
  • LAĞA QOYMAQ

    istehza etmək, dolamaq; ~ araya qoymaq, ələ salmaq, məsxərəyə qoymaq, hoydu-hoyduya götürmək, məzhəkəyə qoymaq, süpürgə bağlamaq, vedrə bağlamaq, söz

    Tam oxu »
  • LAX ÇIXMAQ

    baş tutmamaq, düzəlməmək, nəticəsi olmamaq, zay olmaq; etibarı doğrultmamaq; ~ fıs çıxmaq.

    Tam oxu »
  • LAQQIRTI VURMAQ

    boş, mənasız danışmaq; ~ laf vurmaq.

    Tam oxu »
  • LAL AXMAQ

    səssiz, səs-küy çıxarmadan, sakit axıb getmək.

    Tam oxu »
  • LAL-KAR OTURMAQ

    susmaq, ağzını açmamaq, danışmamaq.

    Tam oxu »
  • LAS QALMAQ

    halsız olmaq, zəifləmək, yorulmaq; hərəkətsiz olmaq, yerə yatmaq, yatıb qalmaq; ~ yorğun düşmək.

    Tam oxu »
  • LAT-LÜT QALMAQ

    hər şeyi əlindən çıxmaq, tamam yoxsullaşmaq, kasıblaşmaq.

    Tam oxu »
  • LAVAŞ QIRAĞI SULAMAQ

    yaltaqlanmaq, müzakirə edilən bir mövzu haqqında məlumatı olmadan birinin tərəfini tutmaq.

    Tam oxu »
  • LAY BAĞLAMAQ

    bir-birinin üstünə yığılmaq, üst-üstə gəlmək.

    Tam oxu »
  • LAYLA DEMƏK

    arxayınlaşdırmaq, qəflətdə saxlamaq; ~ arxayın salmaq.

    Tam oxu »
  • LAYLASI AĞIYA DÖNMƏK

    uşağını itirmək, övlad acısı yaşamaq, gözüyaşlı qalmaq.

    Tam oxu »
  • LEŞİNİ YERƏ SƏRMƏK

    vurub yıxmaq, məğlub etmək; öldürmək.

    Tam oxu »
  • LƏBBEYK DEMƏK

    fərqinə varmadan hər deyiləni təsdiqləmək, yarınmaq, əmrə müntəzir olmaq.

    Tam oxu »
  • LƏC DÜŞMƏK

    bir məsələ üzərində kiminləsə barışmaz vəziyyətə gəlmək, düşmən olmaq, rəqib olmaq; ~ arası dəymək.

    Tam oxu »
  • LƏC SALMAQ

    ixtilaf, konflikt yaratmaq; vuruşdurmaq; ~ ara vurmaq, ara qatmaq, ara qarışdırmaq.

    Tam oxu »
  • LƏÇƏK ÖRTMƏK (BAĞLAMAQ)

    öz namusuna, şərəfinə, mənliyinə toxunacaq hərəkət etmək, qorxaqlıq göstərmək, şərəfsizliyi boynuna almaq

    Tam oxu »
  • LƏKƏ DÜŞMƏK

    adına, şöhrətinə, nüfuzuna xələl gəlmək.

    Tam oxu »
  • LƏKƏ GƏTİRMƏK

    hörmətinə, nüfuzuna zərbə dəymək; ~ ləkə salmaq.

    Tam oxu »
  • LƏKƏ SALMAQ

    hörmətinə, nüfuzuna xələl gətirmək; ~ ləkə gətirmək.

    Tam oxu »
  • LƏKƏ VURMAQ (YAXMAQ, ATMAQ)

    iftira demək, şər-böhtan söyləmək, şərləmək, haqqında mənfi rəy yaratmaq; ~ böhtan atmaq.

    Tam oxu »
  • LƏKƏNİ SİLMƏK

    bax: ləkəni yumaq.

    Tam oxu »
  • LƏKƏNİ YUMAQ

    səhv hərəkət, şər, böhtan və s. nəticəsində itirilmiş adını, nüfuzunu bərpa etmək, mənəvi bəraət almaq üçün çalışmaq

    Tam oxu »
  • LƏLƏLİK ETMƏK

    özünü canıyanan göstərmək, yaltaqlanmaq; ~ quyruq bulamaq.

    Tam oxu »
  • LƏLÖYÜN DÖYMƏK

    yalvarmaq, yalvarıb-yaxarmaq.

    Tam oxu »