Azərbaycan dilinin frazeologiya lügəti

  • LƏLÖYÜN GETMƏK

    bir şeyin həsrətində olmaq, həddindən artıq istəmək; ~ əldən getmək, əldən-ayaqdan getmək, həsrət çəkmək

    Tam oxu »
  • LƏNƏT OXUMAQ

    qarğımaq, qarğış etmək; ~ lənət yağdırmaq.

    Tam oxu »
  • LƏNƏT YAĞDIRMAQ

    bax: lənət oxumaq.

    Tam oxu »
  • LƏNGƏR VURMAQ

    səndələmək, ayağı bir-birinə dolaşmaq; ~ müvazinətini itirmək, müvazinətdən çıxmaq, səkkiz yazmaq, ayaqları dolaşmaq

    Tam oxu »
  • LƏRZƏYƏ DÜŞMƏK

    qorxmaq, əsmək, titrəmək; ~ təşvişə düşmək.

    Tam oxu »
  • LƏRZƏYƏ SALMAQ

    qorxutmaq, sarsıtmaq.

    Tam oxu »
  • LƏYAQƏTİNƏ SIĞIŞDIRMAMAQ

    şəxsiyyətinə, qüruruna  sığışdıra bilməmək, qəbul etməmək, özünə yaraşdırmamaq.

    Tam oxu »
  • LƏYAQƏTİNƏ TOXUNMAQ

    heysiyyətinə, qüruruna, mənliyinə toxunmaq, aşağılamaq; ~ mənliyinə toxunmaq, ləyaqətini tapdamaq.

    Tam oxu »
  • LƏYAQƏTİNİ SAXLAMAQ

    öz mənliyini, qürurunu qorumaq.

    Tam oxu »
  • LƏYAQƏTİNİ TAPDAMAQ

    təhqir etmək, alçaltmaq; ~ ləyaqətinə toxunmaq.

    Tam oxu »
  • LƏZGİHƏNGİ GƏLMƏK

    cəzalandırmaq, qorxutmaq; ~ dərs vermək.

    Tam oxu »
  • LƏZZƏT ALMAQ

    xoşlanmaq, hədsiz dərəcədə xoşuna gəlmək, bəyənmək, ürəyincə olmaq; ~ zövq almaq, həzz almaq.

    Tam oxu »
  • LƏZZƏT VERMƏK

    xoşhal, feyzyab olmaq; ~ zövqünü oxşamaq, ürəyinə yatmaq, ürəyini oxşamaq, könül oxşamaq.

    Tam oxu »
  • LƏZZƏTDƏN DÜŞMƏK

    əvvəlki dad və təravətini itirmək.

    Tam oxu »
  • LƏZZƏTİ GETMƏK (QAÇMAQ)

    əvvəlki ləzzəti, zövqü verməmək; ~ dadı qaçmaq.

    Tam oxu »
  • LƏZZƏTİNİ GÖRMƏK

    bir şeyin zövqünü, nəşəsini, dadını hiss etmək, duymaq.

    Tam oxu »
  • LIĞ VERMƏK

    son dərəcə çox olmaq; ~ zığ vermək (vurmaq).

    Tam oxu »
  • LIRT DÜŞMƏK

    çox yorulmaq; ~ heyi kəsilmək, taqətdən düşmək.

    Tam oxu »
  • LİCİMİ AXMAQ

    səliqəsiz, yaraşıqsız geyinmək; ~ üst-başı tökülmək.

    Tam oxu »
  • LOĞMA KƏSMƏK

    duz-çörək kəsmək, bir süfrədə çörək yemək.

    Tam oxu »
  • LOM UDMAQ

    dübbədüz və hərəkətsiz dayanmaq, tərpənməmək; ~ arşın udmaq.

    Tam oxu »
  • LORNAN ŞORA FƏRQ QOYMAMAQ

    bax: yağla şora fərq qoymamaq.

    Tam oxu »
  • LOV DÜŞMƏK

    1. Çaxnaşma, həyəcan düşmək, bir-birinə dəymək.  2. Cəncələ, bəlaya düşmək, problemlə qarşılaşmaq; ~ başına iş gəlmək

    Tam oxu »
  • LOV SALMAQ

    qarışıqlıq salmaq, aranı qarışdırmaq; ~ çaxnaşma salmaq.

    Tam oxu »
  • LÖVBƏR SALMAQ

    bir yerdə qərarlaşıb qalmaq, məskən salmaq; ~ qərar tutmaq (tapmaq).

    Tam oxu »
  • LÖVBƏRİNİ QALDIRMAQ

    oturduğu yerdən çətinliklə qalxmaq.

    Tam oxu »
  • LUPA İLƏ BAXMAQ

    bax: mikroskopla baxmaq.

    Tam oxu »
  • LÜL VURUB MİL DURMAQ

    çox içmək, sərxoş olmaq.

    Tam oxu »
  • LÜT QOYMAQ

    var-yoxunu əlindən almaq, yoxsullaşdırmaq; ~ ayaqyalın qoymaq.

    Tam oxu »
  • LÜT-ÜRYAN QALMAQ

    varı-yoxu əlindən çıxmaq, kasıblamaq, müflis olmaq.

    Tam oxu »
  • MAAŞ KƏSMƏK

    aylıq məvacib təyin etmək.

    Tam oxu »
  • MAAŞA BAXMAQ

    yalnız əməkhaqqı ilə dolanmaq, əlavə gəlir mənbəyi olmamaq.

    Tam oxu »
  • MACƏRA AXTARMAQ

    qeyri-standart, düşünülməmiş hərəkətlərə yol vermək; ağılla deyil, hislərlə hərəkət etmək, nəticəsini fikirləşməmək

    Tam oxu »
  • MAL YİYƏSİNƏ OXŞAYAR

    “səliqəsiz adamın malı da yöndəmsiz olar”, yaxud “səliqəli adamın malı da təzə, təmiz olar” mənasında işlədilən ifadə

    Tam oxu »
  • MALI MALA QATMAQ

    bəzi şeyləri yanlış olaraq eyniləşdirmək; fərqli problemləri eyni zamanda həll etməyə çalışmaq; məsələni dolaşdırmaq, işi qarışdırmaq

    Tam oxu »
  • MALIM YOX, DİVAN APARA, İMANIM YOX, ŞEYTAN APARA

    heç nədən qorxusu, itirəcək bir şeyi olmayan adamın işlətdiyi ifadə.

    Tam oxu »
  • MALLARI ŞƏRİKLİ DÜŞMƏK

    yersiz, lazımsız mübahisə etmək, münaqişəyə girmək.

    Tam oxu »
  • MARAQ GÖTÜRMƏK

    diqqəti bir şeyə cəlb olunmaq, təəccüb, heyrət içində olmaq; nəyisə öyrənməyə həvəslənmək.

    Tam oxu »
  • MARAQ GÜDMƏK

    öz mənfəətini, mənafeyini düşünmək; ~ xeyir güdmək.

    Tam oxu »
  • MARIĞA DURMAQ (YATMAQ)

    pusmaq, güdmək, gözləmək; bir işi görmək üçün fürsət axtarmaq.

    Tam oxu »
  • MARS VERMƏK

    nərd oyununda iki xal qazanmaqla rəqibə qalib gəlmək.

    Tam oxu »
  • MASKA GEYMƏK (TAXMAQ)

    həqiqi simasını, mahiyyətini, iç üzünü gizlətmək.

    Tam oxu »
  • MASKASINI YIRTMAQ (ÇIXARMAQ)

    ifşa etmək, gizli niyyətlərini aşkara çıxarmaq, iç üzünü açıb göstərmək.

    Tam oxu »
  • MAT QALMAQ

    1. Təəccüblənmək, heyrət etmək; ~ yerində quruyub qalmaq, barmağı ağzında qalmaq.  2. Şahmatda məğlub olmaq, uduzmaq

    Tam oxu »
  • MAT QOYMAQ

    hədsiz təəccübləndirmək, heyrətləndirmək.

    Tam oxu »
  • MAT VERMƏK

    şahmat oyununda qalib gəlmək.

    Tam oxu »
  • MATƏMƏ BATMAQ

    bax: yasa batmaq.

    Tam oxu »
  • MATI-QUTU QURUMAQ

    təəccüblənmək, heyrətdən donub-qalmaq, heyrət içində olmaq; ~ tüpürcəyi qurumaq.

    Tam oxu »
  • MAYA BURAXMAQ (QOYMAQ)

    pul sərf etmək, sərmayə qoymaq; ~ pul tökmək.

    Tam oxu »
  • MAYADAN YEMƏK

    ticarətdə qazanc əldə edə bilməmək, qoyduğu pulu çıxara bilməmək; ~ ziyana düşmək.

    Tam oxu »