[rus.] Su və ya başqa mayeləri, habelə qazı çəkmək və ya vurmaq üçün maşın, mexanizm. Suyu nasosla vurmaq
is. Nasosa xidmət edən fəhlə
is. [rus. насос və fars. …xanə] Nasosların yerləşdiyi bina, yer. [Mədənlərdə] havabölüşdürən budkaların və nasosxanaların təmirinə dair tapşırıq da ye
“Nasoslamaq”dan f.is
f. Nasosla çəkmək, nasosla vurmaq (suyu, başqa mayeləri və qazı)
sif. [fars.] klas. Qəmgin, kədərli, məhzun, sevinməyən. Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar
is. [ər.] Ağ kristallik maddə, ammonium-xlorid (texnikada və təbabətdə işlədilir). □ Naşatır spirti – kəskin iyli, şəffaf, rəngsiz sulu ammiak məhlulu
sif. [ər.] 1. Nabələd, xam, təcrübəsiz, bir işdən yaxşı xəbərdar olmayan. Naşı usta. Naşı adam. Naşı işçi
is. 1. Xamlıq, təcrübəsizlik. Cəmil dostunun naşılığını onun özünə hiss etdirmək istəməsə də, Tahir bunu dərhal anlayıb, lap pul kimi qızardı… M
is. [ər.] Kitab və s. nəşr edən adam. Qəzetin naşiri Məmmədağa Şaxtaxtlı maarifpərvər, xeyirxah və mütərəqqi bir adam olmuşdur
sif. [fars. na… və ər. şükür] Yaxşılığa qiymət verməyən, yaxşılıq bilməyən; qədirbilməz, nankor. Naşükür adam
is. Yaxşılıq, hörmət bilməmə, qədirbilməzlik, nankorluq. Amma bununla belə Zeynəb bir tikə naşükürlük eləmir
sif. [fars. na… və ər. təmam] 1. Bitməmiş, qurtarmamış, axıra çatdırılmamış, başa vurulmamış, yarımçıq qalmış
is. 1. Natamam şeyin hal və keyfiyyəti; yarımçıqlıq. Ümumiyyətlə, pyesdə kompozisiya etibarı ilə bir natamamlıq vardır
sif. [fars.] 1. Kobud(ca), yekə, biçimsiz. Nataraz adam. – Pəri xanım gözlərini açıb gördü ki, evin ortasında nataraz bir pəhləvan oturub
is. 1. Nataraz şeyin halı. 2. məc. Kobudluq, yöndəmsizlik
sif. və zərf [fars. na… və ər. təmyiz-dən] 1. Təmiz olmayan, çirkli, kirli. Natəmiz otaq. Natəmiz yer
is. 1. Çirklilik, kirlilik. [Xarrat:] Biçarə uşaq diqqətsizlik, natəmizlik nəticəsi olaraq öldü. T.Ş
sif. və zərf [fars.] klas. Zəif, taqətsiz, gücsüz, iqtidarsız; xəstə. Düşmüşəm bir halə sənsiz natəvanü zar olub; Kim, əcəl yanimdən ayrılmaz mənə qəm
sif. Burnunun ucu yastı olan. Natıqburun uşaq
is. [ər.] 1. Nitq deyən, nitq söyləyən; çıxış edən. Natiqlər coşaraq söylər azadlıq; Bir çoxu hayqırır: haqq verin bizə! A
is. Aydın və gözəl danışma bacarığı, nitq söyləmə qabiliyyəti. [Mehmanın] natiqlik məharəti isə hamını heyran etməyə başlayırdı
[lat.] Ağ rəngli yumşaq qələvi metal – kimyəvi element
[lat.] 1. inc. Üzündən şəkli çəkilən təbii, canlı nümunə, yaxud şəklini çəkmək üçün rəssamın qabağında duran adam
sif. [lat.] Natura (mal, məhsul və s.) ilə ödənilən, alınan və ya verilən (bax natura 2-ci mənada). Natural vergi
[lat.] Naturalizm tərəfdarı
[lat.] XIX əsrin 60-cı illərin ədəbiyyat və incəsənətində meydana çıxmış burjua cərəyanı (bu cərəyan ictimai qanunları təbiət qanunları ilə eyniləşdir
[fr.] Təsviri sənətdə (əsasən boyakarlıqda) janr; qrup halında və ya ayrılıqda çəkilmiş cansız şeylərin şəkli, rəsmi
sif. və zərf [fars.] Ümidsiz, ümidini itirmiş (halda). Candan qəmin içrə naümidəm; Şəmşiri-cəfa ilə şəhidəm
zərf Ümidsizcəsinə, ümidsiz halda, ümidini itirmiş halda, ruhdan düşmüş halda. Naümidcəsinə cavab verdi
is. 1. Ümidsizlik. Naümidlik atəşinə yandım; Billah, bu vücuddan usandım. Füzuli. 2. Naümidliklə şəklində zərf – bax naümidcəsinə
is. köhn. Qazamat, həbsxana. [Polis yasavulu:] Xan, pristav buyurur ki, gələsiniz, … kəndlinizə zamin olasınız, yoxsa zamini olmasa pristav göndərəcək
is. Undan, kəpəkdən hazırlanan mal-qara yemi. Ağa gətirər navala, xanım tökər çuvala. (Məsəl). [Xəlil:] Qovurmanın ləzzəti elə ondadır ki, tikəni böyü
is. Yağış, qar suyunun axması üçün damların kənarına qoyulan boru. Eşik divardan asılı duran navalça, ən naşı adamın çaldığı dəf kimi, qeyri-müntəzəm
is. Toxunma şeylərin kənarına tikilən parça. Navarı olan cecim. Navar tikilmiş kilim
is. Heyvanı yüklədikdə belinə qoyulan içi küləşlə doldurulmuş torba; yəhəraltı
sif. Belinə navar qoyulmuş (bax navar2). Navarlı at
sif. Navar tikilmiş (bax navar1). Navarlı cecim
[lat.] 1. Gəmiçilik, dənizçilik. 2. İlin, yerli iqlim şəraitinə görə gəmilərin hərəkət etdiyi dövrü. Naviqasiya qurtardı
[lat.] Naviqasiya (3-cü mənada) mütəxəssisi
bax ney. Çalınmaqda şeypurlar, naylar; Ucalmaqda ləşkərdən urraylar. M.Ə.Sabir. Oynatdı məni həm dəfə, həm nayə bizim qız! Baxmaz nə o dünyayə, nə bu
is. [fars.] 1. Özünü bəyəndirmək, istətmək məqsədi ilə edilən saxta, süni hərəkət; şivə, işvə, qəmzə
is. [fars. naz və ər. qəmzə] İşvə, süzgün baxış, cilvə. Atdı müjgan oxun, keçdi sinəmdən; Naz-qəmzələri canıma düşdü
is. [fars. naz və ər. nemət] Tam firavanlıq, maddi rifah, səadət. [Alı kişi:] Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür
bax nəvaziş. [Nadir] ağır və məsul çalışdıqdan sonra gəlib, evdə kimsənin naz-nəvazişini, mehriban rəftarını görmədiyini xatırladı
is. İçində təmizlənmiş, yumşaq quş tükü olan balış (yastıq). [Ata] irəli gəlib süfrə başında salınmış döşəkcə üstə oturaraq, arxasına qoyulmuş nazbalı
is. mus. Ağır-ağır oynanılan Azərbaycan oyun havalarından birinin adı. Nazbarı deyil ki, yeniyetmələr süzsün, Pərzad xala bacarmasın! Mir Cəlal
bax nazənin. Nazəndə dilbər. Nazəndə yar. Nazəndə gözəl. // Şairanə təşbehlərdə. Bu sualı verir mənə nazəndə bahar