Azərbaycan dilinin izahlı lüğəti

  • KƏMƏRBƏND

    is. [fars.] Belbağı, kəmər, qurşaq. Oğlan gəlir enişdən; Kəmər-bəndi gümüşdən. (Bayatı)

    Tam oxu »
  • KƏMƏRBƏSTƏ

    sif. və zərf [fars.] köhn. Əmrə müntəzir, xidmətə hazır; amadə. [Əzim bəy:] Olar həmin xidmət üçün kəmərbəstədirlər

    Tam oxu »
  • KƏMƏRÇİN

    is. [fars.] Beli çinli (belinə rezin və ya bağ keçirilib çinlənmiş) qadın tumanı. Kəmərçin geymək. Kəmərçin tikmək

    Tam oxu »
  • KƏMƏRLƏMƏ

    “Kəmərləmək”dən f.is

    Tam oxu »
  • KƏMƏRLƏMƏK

    f. 1. Kəmərindən yapışmaq, belindən yapışmaq, yerə yıxmaq, kəmərindən (belindən) yapışıb yerə yıxmaq (vurmaq)

    Tam oxu »
  • KƏMƏRLƏNMƏ

    “Kəmərlənmək”dən f.is

    Tam oxu »
  • KƏMƏRLƏNMƏK

    məch. 1. Belindən tutulmaq, tutulub yerə vurulmaq. 2. Dövrəyə alınmaq, əhatə olunmaq; dövrələnmək. Kənd yarğanla kəmərlənmişdir

    Tam oxu »
  • KƏMƏRLİ₃

    sif. Üzərində kəmər kimi çıxıntısı olan; tağlı. Kəmərli pəncərə

    Tam oxu »
  • KƏMƏRLİ₂

    sif. zool. Kəməri olan (bax kəmər2 2-ci mənada). Soxulcanların arasında qırmızımtıl kəmərli olanlarını tapıb, kəmərin 32-ci halqa ilə 37-ci halqa aras

    Tam oxu »
  • KƏMƏRLİ₁

    sif. 1. Belinə kəmər, qayış, belbağı və s. bağlamış; qurşaqlı. Ağ çuxalı və ağ arxalıqlı, ikiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gü

    Tam oxu »
  • KƏMFÜRSƏT

    sif. [fars. kəm və ər. fürsət] Tündxasiyyət, tündməcaz, tez özündən çıxan, kəmhövsələ. Kəmfürsət adam

    Tam oxu »
  • KƏMFÜRSƏTLİK

    is. Tündxasiyyətlik, tündməcazlıq, tez özündən çıxma; hövsələsizlik. Həbibə xala dilləndi: – Almaq istəyir, çox kəmfürsətlik eləyir, ay oğul

    Tam oxu »
  • KƏMHÖVSƏLƏ

    sif. [fars. kəm və ər. hövsələ] Hövsələsi olmayan, hövsələsiz, səbirsiz, tez əsəbiləşən. [Məşədi İbad:] O cürə evdə böyüyən qız bir az kəmhövsələ olar

    Tam oxu »
  • KƏMHÖVSƏLƏLİK

    is. Hövsələsizlik, səbirsizlik. □ Kəmhövsələlik etmək – bax kəmhövsələ olmaq (“kəmhövsələ”də). [Səkinə xanım:] Niyə belə kəmhövsələlik edirsən? M

    Tam oxu »
  • KƏMXÖRƏK

    sif. [fars.] köhn. Az yeyən, azca yeməklə doyan. Kəmxörək adam. – Hüseyn Kürd on beş yaşına təzəcə çatmışdı

    Tam oxu »
  • KƏMXÖRƏKLİK

    is. Az yeyən adamın hal və keyfiyyəti

    Tam oxu »
  • KƏMİLTİFAT

    [fars. kəm və ər. iltifat] bax iltifatsız. Kəmiltifat olmaq

    Tam oxu »
  • KƏMİLTİFATLIQ

    bax iltifatsızlıq

    Tam oxu »
  • KƏMİNƏ

    sif. [fars.] klas. Həqir, miskin, aciz, zavallı, yazıq. Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm; Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm

    Tam oxu »
  • KƏMİŞTAHA

    sif. [fars. kəm və ər. iştəha] İştahası az olan; iştahasız; Kəmiştaha uşaq

    Tam oxu »
  • KƏMİYYƏT

    is. [ər.] 1. Miqdar, qədər, say, ədəd. Hər yerdə kəmiyyət, keyfiyyət barəsində danışıq gedirdi. S.Hüseyn

    Tam oxu »
  • KƏMİYYƏTCƏ

    sif. və zərf Kəmiyyətə görə; sayca, miqdarca. Kəmiyyətcə artım

    Tam oxu »
  • KƏMLƏMƏ

    “Kəmləmək”dən f. is

    Tam oxu »
  • KƏMLƏMƏK

    f. Xəlbirləmək

    Tam oxu »
  • KƏMLƏNMƏ

    “Kəmlənmək”dən f.is

    Tam oxu »
  • KƏMLƏNMƏK

    məch. Xəlbirlənmək

    Tam oxu »
  • KƏMLİK

    is. Azlıq, yoxluq, əskiklik, çatışmazlıq

    Tam oxu »
  • KƏMMAYA

    sif. [fars. kəm və ər. mayə] 1. köhn. Mayası az, pulu az; kasıb, yoxsul. Kəmmaya tacir. 2. məc. Ağıldan kasıb, ağılsız, gic

    Tam oxu »
  • KƏMMAYALIQ

    is. Ağıldan kasıblıq, ağılsızlıq, giclik

    Tam oxu »
  • KƏMMƏHƏL

    sif. [fars. kəm və ər. məhəl] Adama məhəl qoymayan, diqqət yetirməyən, saymayan, etinasız. □ Kəmməhəl olmaq – saymamaq, etinasız olmaq, soyuqluq, etin

    Tam oxu »
  • KƏMMƏHƏLLİK

    is. Etinasızlıq, saymazlıq, soyuqluq

    Tam oxu »
  • KƏMRƏNG

    sif. [fars.] Rəngi az, açıq, rəngsiz. Böyükxanım şad və xürrəm, gümüş podnos içində iki stəkan kəmrəng çay gətirdi

    Tam oxu »
  • KƏMSAVAD

    sif. [fars. kəm və ər. səvad] Savadı az, azsavadlı, az oxumuş, savaddan kəm. [Mədəd:] Sən kəmsavad, haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim

    Tam oxu »
  • KƏMSAVADLIQ

    is. Azsavadlılıq, savadı az olma

    Tam oxu »
  • KƏMSƏR

    zərf [fars.] dan. köhn. Ağıldan kəm, kəmağıl, ağılsız

    Tam oxu »
  • KƏMSƏR-KƏMSƏR

    zərf dan. köhn. Axmaq-axmaq, gic-gic. [Gülxanım Alı kişiyə:] Ay üstünə od tökülsün, nə ilə oxutmaq istəyirsən, … kəmsər-kəmsər danışma

    Tam oxu »
  • KƏMSİK₂

    is. dan. Çatışmayan, əlavə edilməli olan hissə, parça. Kəmsiyi var

    Tam oxu »
  • KƏMSİK₁

    is. İtin boynuna bağlanan ip, xalta. [Güləli] …Ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı

    Tam oxu »
  • KƏMSİKLƏMƏ

    “Kəmsikləmək”dən f.is

    Tam oxu »
  • KƏMSİKLƏMƏK

    f. 1. Başına, boğazına kəmsik keçirmək, kəmsik salmaq, xaltalamaq; başı kəmsikli halda yanınca aparmaq

    Tam oxu »
  • KƏMSİKLİ

    sif. Kəmsiyi olan, boynuna kəmsik salınmış; xaltalı. Kəmsikli it

    Tam oxu »
  • KƏMŞİRİN

    sif. [fars.] Azacıq şirin, normadan az şirnisi olan. Kəmşirin nar. Kəmşirin şərab. – Çayımız kəmşirin, çörək yavan; Kağızlar qam-qam, top-top

    Tam oxu »
  • KƏMŞİRİNLİK

    is. Kəmşirin şeyin hal və keyfiyyəti

    Tam oxu »
  • KƏMŞÜUR

    sif. [fars. kəm və ər. şüur] Şüuru az, şüursuz, dərrakəsiz. Olmayıram mən qəyur dərdə nişan olmağa; Mən oluram kəmşüur, sahibi-şan olmağa

    Tam oxu »
  • KƏMŞÜURLUQ

    is. Şüur azlığı, şüurun çatışmazlığı; şüursuzluq, dərrakəsizlik

    Tam oxu »
  • KƏMŞÜURLULUQ

    is. Şüur azlığı, şüurun çatışmazlığı; şüursuzluq, dərrakəsizlik

    Tam oxu »
  • KƏMTALE

    sif. [fars. kəm və ər. tale] Talesiz, taleyi (bəxti) gətirməyən. Kəmtale adam

    Tam oxu »
  • KƏMTALELİK

    is. Talesizlik, bəxtsizlik

    Tam oxu »
  • KƏMTƏR

    sif. [fars.] klas. Alçaq, aşağı; aciz, yazıq, miskin. Leyli deməyin ki, nazənindir; Bir tirə kənizi-kəmtərindir

    Tam oxu »
  • KƏMTƏRİN

    sif. [fars.] klas. Alçaq, aşağı; aciz, yazıq, miskin. Leyli deməyin ki, nazənindir; Bir tirə kənizi-kəmtərindir

    Tam oxu »