Azərbaycan dilinin izahlı lüğəti

  • KOLXOZÇU

    is. tar. Kolxoz üzvü olan kəndli, kolxoz üzvü. Arabanı sürən qısaboy, yoğun bir kolxozçu idi. M.Hüseyn

    Tam oxu »
  • KOLXOZLAŞDIRMA

    “Kolxozlaşdırmaq”dan f.is

    Tam oxu »
  • KOLXOZLAŞDIRMAQ

    f. dan. Kollektivləşdirmək, ellikləşdirmək (kənd təsərrüfatının istehsal vasitələrini)

    Tam oxu »
  • KOLXOZLAŞMA

    dan. “Kolxozlaşmaq”dan f.is. [Bayram:] Murad, bilirsən ki, kolxozlaşma vaxtı mən çox əziyyət çəkmişəm

    Tam oxu »
  • KOLXOZLAŞMAQ

    f. dan. Kollektiv təsərrüfatda birləşmək; kollektivləşmək, ellikləşmək (kənd təsərrüfatının istehsal vasitələri haqqında)

    Tam oxu »
  • KOLİ́T

    [yun. colon – yoğun bağırsaq] tib. Yoğun bağırsağın iltihabı

    Tam oxu »
  • KOLİTLİ

    sif. Koliti olan

    Tam oxu »
  • KOLQIRAN

    is. xüs. Kolları çıxaran və doğrayan maşın

    Tam oxu »
  • KOLQOTQA

    is. [rus.] Tuman və corabdan ibarət uşaq və ya qadın geyimi

    Tam oxu »
  • KOLLAMA

    “Kollamaq”dan f.is

    Tam oxu »
  • KOLLAMAQ

    f. Kolla örtmək, koldan çəpər çəkmək. Tayanın ətrafını kollamaq

    Tam oxu »
  • KOLLANMA

    “Kollanmaq”dan f.is

    Tam oxu »
  • KOLLANMAQ

    f. 1. Kolla örtülmək, kol basmaq. 2. Kol şəklini almaq, kol kimi olmaq. Nar ağacı kollanıb

    Tam oxu »
  • KOLLAŞMA

    “Kollaşmaq”dan f.is

    Tam oxu »
  • KOLLAŞMAQ

    bax kollanmaq

    Tam oxu »
  • KOLLEGİAL

    sif. [lat. collegium-dan] Kollegiya (bir qrup şəxs) tərəfindən həyata keçirilən. Kollegial rəhbərlik

    Tam oxu »
  • KOLLEGİALLIQ

    is. İşi təkbaşına deyil, kollegial surətdə (birgə) idarə və həlletmə prinsipi

    Tam oxu »
  • KOLLÉGİYA

    [lat. collegium-dan] 1. İnzibati, məşvərətçi və ya sərəncamçı orqanı təşkil edən vəzifəli şəxslərdən ibarət heyət

    Tam oxu »
  • KOLLÉJ

    [ing. college] Bir sıra xarici ölkələrdə orta və ya ali məktəb

    Tam oxu »
  • KOLLEKSİONER

    [lat.] bax kolleksiyaçı

    Tam oxu »
  • KOLLEKSİONERLİK

    bax kolleksiyaçılıq

    Tam oxu »
  • KOLLEKSİYA

    [lat.] Elmi, bədii və tarixi əhəmiyyəti olan şeylərin müəyyən sistem üzrə düzülmüş toplusu. Qədim pullar kolleksiyası

    Tam oxu »
  • KOLLEKSİYAÇI

    is. Kolleksiya toplayan, kolleksiyaçılıqla məşğul olan. Marka kolleksiyaçısı

    Tam oxu »
  • KOLLEKSİYAÇILIQ

    is. Bir məşğələ kimi kolleksiya toplama məşğuliyyəti

    Tam oxu »
  • KOLLEKTİ́V

    [lat.] Ümumi məqsəd, yaxud birgə işləmək üçün birləşmiş adamlar toplusu. Elmi kollektiv. Bədii özfəaliyyət kollektivi

    Tam oxu »
  • KOLLEKTİVÇİ

    is. Kollektivizmin ardıcıl tərəfdarı

    Tam oxu »
  • KOLLEKTİVÇİLİK

    is. Kollektivi sevmə, həmişə kollektiv içərisində olma. Kollektivçilik hissi. Kollektivçilik psixologiyası

    Tam oxu »
  • KOLLEKTİVİST

    bax kollektivçi

    Tam oxu »
  • KOLLEKTİVİZM

    [lat.] Şüurlu surətdə şəxsi mənafeyi ictimai mənafeyə tabe etmək əsasında ümumilik və yoldaşcasına əməkdaşlıq prinsipi; kollektivçilik

    Tam oxu »
  • KOLLEKTİVLƏŞDİRİLMƏ

    “Kollektivləşdirilmək” dən f.is. Kənd təsərrüfatının kollektivləşdirilməsi

    Tam oxu »
  • KOLLEKTİVLƏŞDİRİLMƏK

    məch. Kollektivləşdirmə həyata keçirilmək, kollektivin malı edilmək

    Tam oxu »
  • KOLLEKTİVLƏŞDİRMƏ

    “Kollektivləşdirmək” dən f.is. Kənddə kollektivləşdirmə. Kollektivləşdirmə uğrunda mübarizə

    Tam oxu »
  • KOLLEKTİVLƏŞDİRMƏK

    f. Kollektivləşməni həyata keçirmək, kollektivin malı etmək, kolxozlarda birləşdirmək. Kənd təsərrüfatını kollektivləşdirmək

    Tam oxu »
  • KOLLEKTİVLƏŞMƏ

    “Kollektivləşmək”dən f.is. tar. Kolxozlarda birləşmə, sosializm prinsipləri əsasında ümumiləşmə. Kənddə kollektivləşmə

    Tam oxu »
  • KOLLEKTİVLƏŞMƏK

    f. Kollektivləşmə həyata keçmək, kollektivin malı olmaq; kolxozda birləşmək

    Tam oxu »
  • KOLLEKTİVLİK

    bax kollektivizm

    Tam oxu »
  • KOLLÉKTOR

    [lat.] 1. xüs. Bir şeyi öz tabeliyində olan təşkilatlardan toplamaq, habelə onların arasında paylaşdırılmaqla məşğul olan idarə

    Tam oxu »
  • KOLLEKTORLU

    sif. tex. Kollektoru olan (bax kollektor 2 və 3-cü mənalarda)

    Tam oxu »
  • KOLLÓİD

    [yun. kolla – yapışqan və eidos – bənzər] kim. Məhlulu üzvi pərdələrdən keçməyən, kristallaşmayan maddə (zülal, nişasta, yapışqan və s

    Tam oxu »
  • KOLLOİDAL

    sif. [yun. kolla və eidos-dan] kim. Kolloidə xas olan, kolloid xassələrinə malik olan. Kolloidal məhlul

    Tam oxu »
  • KÓLLOKVİUM

    is. [lat.] 1. Tələbələrin bilik səviyyəsini yoxlamaq üsullarından biri (semestr ortası). 2. Məruzələrin müzakirə məclisi

    Tam oxu »
  • KOLLU

    sif. Kol basmış, kol çox olan. Kollu yer. Kollu yamac

    Tam oxu »
  • KOLLU-KOSLU

    bax kol-koslu. Kəndarası kollu-koslu və dərəli-təpəli boşluqdan kolxoz həyətinə uzanan cığırın başında bəstəboylu bir qız göründü

    Tam oxu »
  • KOLLUQ

    is. Kollardan ibarət sahə; kolu çox olan, kol basmış yer. Kolluğu qırmaq. Kolluqda gizlənmək. [Tarverdi:] Mənim kolluq içində iki yüz yoldaşım yatır

    Tam oxu »
  • KOLODKA

    is. [rus.] Fəxri nişanları paltara sancmaq üçün lövhəcik

    Tam oxu »
  • KOLONİALİZM

    [lat.] bax müstəmləkəçilik

    Tam oxu »
  • KOLONİST

    [lat.] Koloniyada yaşayan adam (bax koloniya 2-ci mənada)

    Tam oxu »
  • KOLONİYA

    [lat.] 1. bax müstəmləkə. 2. Bir dövlətin ərazisində əcnəbilərin və ya bir ölkədə başqa yerdən köçüb gələnlərin yaşadığı yer, məhəllə, qəsəbə

    Tam oxu »
  • KOLONKA

    [rus.] xüs. Vanna otağında suyu qızdırmaq üçün silindrşəkilli qazan

    Tam oxu »
  • KOLONNA

    [fr.] Müəyyən qayda ilə düzülüb bir-birinin ardınca hərəkət edən insan, maşın və s. dəstəsi, cərgəsi; qol, səf, sıra

    Tam oxu »