Azərbaycan dilinin izahlı lüğəti

  • NALLAMAQ

    f. Nal vurmaq. Atı nallamaq

    Tam oxu »
  • NALLANMA

    “Nallanmaq”dan f.is

    Tam oxu »
  • NALLANMAQ

    məch. Nal vurulmaq. Dağlarda qar səsi var; Yox deyil, var səsi var; Kəhər atlar nallanır; Yenə səfər səsi var

    Tam oxu »
  • NALLANMIŞ

    f.sif. Nal vurulmuş; nallı. Nallanmış at

    Tam oxu »
  • NALLATMA

    “Nallatmaq”dan f.is

    Tam oxu »
  • NALLATMAQ

    icb. Nal vurdurmaq. [Koroğlu:] Yay olanda dağa yollat; Yaz olanda ipçin nallat! “Koroğlu”. [Niyaz] sabahı günü nalbənd çağırdı

    Tam oxu »
  • NALLI

    sif. Nal vurulmuş; nallanmış. Nallı at. – Əyilmiş çəkmənin nallı dabanı; Siyrilib papağın o yan-bu yanı

    Tam oxu »
  • NALŞƏKİLLİ

    sif. Nala oxşayan, nal kimi olan; yarımdairəvi

    Tam oxu »
  • NALTÖKƏN

    bax nalqıran. Naltökən yamac. – Naltökən dağları yel kimi keçər; Hər zümrüd yamacdan bir çiçək seçər

    Tam oxu »
  • NAM

    is. [fars.] 1. Ad. Koroğlu namın götürən; Yurdunda son olan yoxdu. “Koroğlu”. Qəm yemə, təxfif ver amalına; Az çəkər, heykəl yaparlar namına

    Tam oxu »
  • NAM-NİŞAN

    is. [fars.] Ad, yer-yurd, əsilnəsəb mənasında. Nam-nişanını bilmək (öyrənmək). – [Hakim] arvadın nam-nişanını bilib, çıxıb gedir

    Tam oxu »
  • NAMAZ

    is. [fars.] din. Müsəlmanların gündə beş dəfə müəyyən vaxtlarda müəyyən qaydalar üzrə icra etməli olduqları ibadət

    Tam oxu »
  • NAMAZGAH

    is. [fars.] köhn. din. Namaz qılmaq üçün yer. [Birinci məmur] arqadaşına imamzadə ilə namazgahı göstərir

    Tam oxu »
  • NAMAZLIQ

    sif. dan. Üzərində namaz qılmaq üçün xalça, örtü və s. Namazlıq xalça

    Tam oxu »
  • NAMDAR

    sif. [fars.] klas. Ad qazanmış, adlı-sanlı, məşhur, şöhrətli, tanınmış. [Qərib:] Haq səni dünyada namdar eyləsin; Ağlaram, sızlaram, kimsəm yox mənim

    Tam oxu »
  • NAMEHRİBAN

    sif. və zərf [fars. na… və ər. mehriban] Mehriban olmayan, soyuq olan; sərt, şəfqətsiz. Əzəl gün mehr edərdin ta könül oldu giriftarın; Dönüb, ey səng

    Tam oxu »
  • NAMEHRİBANLIQ

    is. Qeyri-mehribanlıq, şəfqətsizlik, münasibətdə soyuqluq, sərtlik

    Tam oxu »
  • NAMEYİ-ƏMAL

    is. [fars. namə və ər. əmal] Dini etiqada görə, hər bir şəxsin bu dünyada gördüyü bütün savab və günahları yazılmış kitabça

    Tam oxu »
  • ...NAMƏ

    [fars.] İsimlərə qoşularaq, onlardan göstərdiyi şeyə dair kitab, risalə, vərəqə, sənəd və s. mənası bildirən sözlər düzəldilir; məs

    Tam oxu »
  • NAMƏ

    is. [fars.] Məktub, kağız. Bir namə yazım, badi-səba yarə yetirsin. Heyran xanım. Vaqifin Vidadiyə və Vidadinin Vaqifə yazdıqları namələri möhtərəm ox

    Tam oxu »
  • NAMƏHRƏM

    [fars. na… və ər. məhrəm] 1. is. İslam dininə görə, qadının yaşınmalı olduğu kişi, yaxud kişinin görməyə ixtiyarı olmadığı qadın (qız)

    Tam oxu »
  • NAMƏQBUL

    sif. [fars. na… və ər. məqbul] Məqbul olmayan, qəbul oluna bilməyən, işə keçməyən. Naməqbul iş. // Münasib olmayan, namünasib

    Tam oxu »
  • NAMƏLUM

    sif. [fars. na … və ər. məlum] Məlum olmayan, tanınmayan, bilinməyən; məchul. Naməlum yer. – Naməlum adam çayı keçmək üçün körpüyə yanaşmadı

    Tam oxu »
  • NAMƏLUMLUQ

    is. 1. Məlum olmama, tanınmama, bilinməmə; məchulluq. 2. Qeyri-müəyyənlik. …Qarşıdakı naməlumluq … Tapdığı qorxutmuşdu

    Tam oxu »
  • NAMƏRBUT

    sif. [fars. na… və ər. mərbut] Nalayiq, namünasib. Namərbut söz. – [Fəxrəddin bəy:] Bilirsən nə var, ana, belə namərbut hərəkət ancaq bizim bu xaraba

    Tam oxu »
  • NAMƏRD

    sif. [fars.] Alçaq, müxənnəs, nakişi, əclaf. Namərd adam. // Vəfasız. [Serqo:] Gözəl eşqində könül yanar, sızlar; İnsaf, mərhəmət yox namərd fələkdə

    Tam oxu »
  • NAMƏRDLİK

    is. Alçaqlıq, nakişilik; xainlik, xəyanət, vəfasızlıq, əhdi pozma. [Süleyman:] [Qızı] elə gəlmişkən özüm üçün istəyim! Yox, bu, yoldaş haqqında namərd

    Tam oxu »
  • NAMXUDA

    [fars. name-xuda] “Maşallah”, “gözə gəlməsin”, “göz dəyməsin” mənalarında işlədilən tərif sözü. [Heydərəli:] Maşallah, namxuda, heç builki kimi sən ba

    Tam oxu »
  • NAMİZƏD

    is. [fars.] 1. Bir vəzifəyə, yerə seçilmək, irəli çəkilmək, təyin və ya qəbul olunmaq üçün adı göstərilən şəxs

    Tam oxu »
  • NAMİZƏDLİK

    is. 1. Namizəd (1-ci mənada) kimi çıxışetmə imkanı və ya hüququ. Namizədliyini irəli sürmək. 2. İlk, kiçik elmi dərəcə ilə əlaqədar olan

    Tam oxu »
  • NAMLU

    is. Lülə (topda, tüfəngdə və s.). …Topun namlusundan mərmi çıxdıqca yer dartınıb gücə düşmüş kimi silkələndi, sarsıldı

    Tam oxu »
  • NAMÖHKƏM

    sif. [fars. na… və ər. möhkəm] Möhkəm olmayan, davamsız. Bu da göstərir ki, mövqeyim olduqca namöhkəmdir

    Tam oxu »
  • NAMURAD

    sif. və is. [fars. na… və ər. murad] Muradına çatmamış; uğursuz, bəxtsiz, talesiz. Rəhm et məni-zarü namurada; Qoyma bu məşəqqətü bəlada

    Tam oxu »
  • NAMUS

    is. [ər.] 1. İnsanın öz şəxsi və ictimai davranışını təyin edən mənəvi və əxlaqi prinsiplərin məcmusu; şərəf, qeyrət, heysiyyət

    Tam oxu »
  • NAMUSLU

    sif. Abırlı, ismətli, əxlaqlı, qeyrətli, mənəviyyatca təmiz. [Anaxanım] namuslu və çalışqan bir qadın idi

    Tam oxu »
  • NAMUSSUZ

    sif. Namusdan məhrum, namusu olmayan, qeyrətsiz. Namussuz kişi. – [Sara:] Siz məni namussuz qızlaramı bənzədirsiniz! C

    Tam oxu »
  • NAMUSSUZLUQ

    is. Qeyrətsizlik, şərəfsizlik, namusdan məhrumluq. [Huri xanım:] Mən bu namussuzluğu götürə bilmərəm

    Tam oxu »
  • NAMÜƏYYƏN

    sif. [fars. na… və ər. müəyyən] Müəyyən olmayan, qeyri-müəyyən. Namüəyyən məlumat. – Cavablar da namüəyyən, qısa, kiçik olur, heç kəsi təmin etmirdi

    Tam oxu »
  • NAMÜƏYYƏNLİK

    is. Qeyri-müəyyənlik, müəyyən olmama

    Tam oxu »
  • NAMÜMKÜN

    sif. [fars. na… və ər. mümkün] Mümkün olmayan, qeyri-mümkün. [Vasif:] Onu qandırmış o xain, lakin; Mən sağ olduqca bu iş namümkün

    Tam oxu »
  • NAMÜNASİB

    sif. [fars. na… və ər. münasib] 1. Münasib olmayan, qeyri-münasib, yersiz. …İlin belə bir namünasib fəslinə baxmayaraq, təbiblərin əmrinə görə azarlın

    Tam oxu »
  • NAMÜNASİBLİK

    is. Münasib olmama, qeyri-münasiblik, yersizlik

    Tam oxu »
  • NAMÜRÜVVƏT

    sif. [fars. na… və ər. mürüvvət] Mürüvvəti olmayan, mürüvvətsiz, mərhəmətsiz. [Qədir:] Bu namürüvvət uşağını tanımırsanmı? Mir Cəlal

    Tam oxu »
  • NAMÜTƏNAHİ

    sif. [fars. na… və ər. mütənahi] İntəhasız, nəhayətsiz, sonsuz, bitməyən, ucu-bucağı olmayan. [Əbülhəsən bəy:] Mənim varlığım, təbiri-cayizsə, təbiət

    Tam oxu »
  • NAMVAR

    sif. [fars.] köhn. 1. İgid, qəhrəman, pəhləvan. 2. Adlı, sanlı

    Tam oxu »
  • NAN

    is. [fars.] klas. Çörək. Kəl qoşub kotan əkməyən; Nanın süfrəyə tökməyən; Arının qəhrin çəkməyən; Balın qədrini nə bilir? “Koroğlu”

    Tam oxu »
  • NANAY

    is. Uzaq Şərqdə yaşayan xalq; həmin xalqa mənsub olan adam

    Tam oxu »
  • NANDİ

    is. Afrikada yaşayan qohum xalqlar qrupu

    Tam oxu »
  • NÁNDU

    is. Uça bilməyən quşlar qrupu; Amerika dəvəquşuları

    Tam oxu »
  • NANƏ

    [ər.] bot. Yeyilən çoxillik ətirli göyərti növü. Nanə qurutmaq. Üç dəstə nanə. □ Nanə cövhəri (arağı) – nanədən çəkilən araq, cövhər (təbabətdə işlədi

    Tam oxu »