Azərbaycan dilinin izahlı lüğəti

  • ZİRİNCÇİÇƏKLİLƏR

    cəm bot. Zirinc və başqa kol və ya çoxillik bitkilərin daxil olduğu bitki fəsiləsi

    Tam oxu »
  • ZİRİŞ

    bax zirinc. Dağda ziriş kolları; Çapar tutub yolları; Yar dərdin necə yazsın; Bağlanıbdır qolları. (Bayatı)

    Tam oxu »
  • ZİRİŞK

    bax zirinc. Dağda ziriş kolları; Çapar tutub yolları; Yar dərdin necə yazsın; Bağlanıbdır qolları. (Bayatı)

    Tam oxu »
  • ZİRÜ ZƏBƏR

    klas. bax zir-zəbər. Qəm kişvəri könlüm kimi zirü zəbər olmuş. Qövsi. [Məstəli şah:] Qaldırın Pariji yerindən, vurun yerə, bu saatda necə ki, mən bu h

    Tam oxu »
  • ZİRVƏ

    is. [ər.] Dağın ən yüksək nöqtəsi, təpəsi. Dağın zirvələri qarla örtülüdür. – Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən; Tutmuşam, tək uçurum qarl

    Tam oxu »
  • ZİRZƏMİ

    is. [fars.] Yer altında olan ev, anbar və s. Zirzəmidə oturub balaxana yuxusu görür. (Ata. sözü). İçərişəhərdə, Yuxarı bazarda, Qoşa karvansaranın alt

    Tam oxu »
  • ZİŞAN

    sif. [ər.] klas. Şanlı. Kişidən istənilən işdir, iş; Kim ki, iş yapdı o, zişan oldu. M.Ə.Sabir. Baş qoşma, o cür alimi-zişana dolaşma

    Tam oxu »
  • ZİŞT

    sif. [fars.] klas. Çirkin. Vaqifəm, göz yum, cahanın baxma xubü ziştinə. M.P.Vaqif

    Tam oxu »
  • ZİVANA

    is. 1. Dəyirman daşının ortasındakı qazıq, oyuq. 2. Bir şeyin iki parçasını bir-birinə rəbt edən içiboş mil; bir-birinin içinə keçən iki şeyə açılan o

    Tam oxu »
  • ZİVƏ

    is. məh. Paltar asmaq üçün çəkilən ip. Zivəyə paltar sərmək

    Tam oxu »
  • ZİVƏR

    is. [fars.] klas. Zinət, bəzək, süs. Qəribə-qəribə zinət və zivərləri şaha göstərirdilər. M.F.Axundzadə

    Tam oxu »
  • ZİYA

    is. [ər.] İşıq, aydınlıq, nur. Mən onun dərdinə oldum mübtəla; Şəmi-xəyalıma o verir ziya. M.P.Vaqif

    Tam oxu »
  • ZİYAD₁

    zərf [ər.] klas. Çox, artıq. Kirvə Məhəmmədxan bəy! Dövlətin ziyad; Həm evin abad, sümüyün polad. Aşıq Piri

    Tam oxu »
  • ZİYAD₂

    is. Kütüm balığının xalq arasında işlənən adı

    Tam oxu »
  • ZİYADAR

    sif. [ər. ziya və fars. …dar] klas. İşıqlı, nurlu. Əsarət bərqi xurşidi-ziyadarınla məhv oldu. M.Hadi

    Tam oxu »
  • ZİYADƏ

    zərf [ər.] 1. Çox, artıq, çoxlu. Dağdan endim piyada; Dərdim vardır ziyada; Biz xəlvətdə görüşdük; Aləmə düşdü səda

    Tam oxu »
  • ZİYADƏLƏNDİRMƏ

    “Ziyadələndirmək”dən f.is

    Tam oxu »
  • ZİYADƏLƏNDİRMƏK

    bax ziyadələşdirmək

    Tam oxu »
  • ZİYADƏLƏNMƏ

    “Ziyadələnmək”dən f.is

    Tam oxu »
  • ZİYADƏLƏNMƏK

    f. Ziyadə olmaq, çoxalmaq, artmaq, bollanmaq. Atlı piyadalandı; Dərdi ziyadələndi… (Bayatı). Şahın vəhşəti qayətdə ziyadələnməyə başladı

    Tam oxu »
  • ZİYADƏLƏŞDİRMƏ

    “Ziyadələşdirmək”dən f.is

    Tam oxu »
  • ZİYADƏLƏŞDİRMƏK

    f. Artırmaq, çoxaltmaq, daha da artırmaq, bollaşdırmaq

    Tam oxu »
  • ZİYADƏLƏŞMƏ

    “Ziyadələşmək”dən f.is

    Tam oxu »
  • ZİYADƏLƏŞMƏK

    f. Artmaq, çoxalmaq, daha da artmaq, bollaşmaq. [Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o ni

    Tam oxu »
  • ZİYADƏSİNCƏ

    zərf Artıqlaması ilə, çoxlu. Səkinə oğlunun qeyrət və hümmətini görüb ziyadəsincə şad idi. “Məktəb”

    Tam oxu »
  • ZİYAFƏT

    is. [ər.] Təntənəli qonaqlıq. Qazax bəylərindən qonağı gəldi; Bir həftə ziyafət göyə yüksəldi. Aşıq Ələsgər

    Tam oxu »
  • ZİYALANDIRILMA

    “Ziyalandırılmaq”dan f.is

    Tam oxu »
  • ZİYALANDIRILMAQ

    məch. 1. İşıqlandırılmaq, nurlandırılmaq. 2. məc. Maarifləndirilmək

    Tam oxu »
  • ZİYALANDIRMA

    “Ziyalandırmaq”dan f.is

    Tam oxu »
  • ZİYALANDIRMAQ

    f. 1. İşıqlandırmaq, nurlandırmaq. Milləti ayıldan və onun ruhani və cismani qüvvələrini hərəkətə gətirən, qəlbini ziyalandırıb, ruhunu təzələndirən g

    Tam oxu »
  • ZİYALANMA

    “Ziyalanmaq”dan f.is

    Tam oxu »
  • ZİYALANMAQ

    f. 1. İşıqlanmaq, nurlanmaq. Günəş çıxdı, ziyalandı yer üzü; Cilalandı səfalandı yer üzü. A.Səhhət. Ziyalanır bütün evlər, cahan olur rövşən

    Tam oxu »
  • ZİYALI

    1. is. Elm, texnika, mədəniyyət sahəsində təhsilə və xüsusi biliyə malik olan və əqli əməklə məşğul olan adam

    Tam oxu »
  • ZİYALILAŞMA

    “Ziyalılaşmaq”dan f.is

    Tam oxu »
  • ZİYALILAŞMAQ

    f. Ziyalı olmaq, mədəni olmaq, mədəniləşmək. Kənd məktəbində dərs deyirdi, fikrən də Mirzə Kərim ziyalılaşmışdı

    Tam oxu »
  • ZİYALILIQ

    is. Mədənilik, fikri-açıqlıq

    Tam oxu »
  • ZİYAN

    is. [fars.] Zərər. Ziyan vermək. Ziyan vurmaq. Ziyan dəymək. Ziyana düşmək. Ziyan gətirmək. Ziyan görmək

    Tam oxu »
  • ZİYANÇI

    is. və sif. Cinayət məqsədi ilə xalqa, dövlətə ziyan vuran, pislik edən (adam); ziyankar. // Zərərli, zərərverən

    Tam oxu »
  • ZİYANÇILIQ

    is. Ziyançının gördüyü cinayət işi; cinayət məqsədi ilə xalqa, dövlətə ziyan vurma, pislik etmək məqsədi ilə görülən iş

    Tam oxu »
  • ZİYANXOR

    [fars.] bax ziyankar. Siçan ziyanxor heyvandır

    Tam oxu »
  • ZİYANXORLUQ

    bax ziyankarlıq

    Tam oxu »
  • ZİYANKAR

    sif. [fars.] Ziyan verən, ziyan toxunduran, ziyançı, zərərverən; ziyan və zərərə səbəb olan, müzür. [Kərim baba:] Baxın o, ilan quyruğu kimi qara bulu

    Tam oxu »
  • ZİYANKARLIQ

    bax ziyançılıq

    Tam oxu »
  • ZİYANLI

    bax zərərli. Acıqlı qalxan, ziyanlı oturar. (Ata. sözü). Mən onun qəsdən ziyanlı bir addım atdığına inanmıram

    Tam oxu »
  • ZİYANLIQ

    is. Zərər, itki, tələfat, xəsarət, zərər. Zəf eylədi aciz məni, qaldım əməlimdən; Çəkdim nə ziyanlıq

    Tam oxu »
  • ZİYANLILIQ

    bax zərərlilik

    Tam oxu »
  • ZİYANSIZ

    1. sif. bax zərərsiz. Ziyansız dərman. Ziyansız adam. 2. zərf Heç bir zərərə, ziyana uğramadan; xətərsiz, xəsarətsiz, sağ-salamat

    Tam oxu »
  • ZİYANSIZLIQ

    bax zərərsizlik

    Tam oxu »
  • ZİYANVERƏN

    sif. Zərər gətirən, zərərverici. Abşeronda çoxdan kökü kəsilmiş canavar, tülkü, çaqqal kimi ziyanverən heyvanlar haradansa peyda olub

    Tam oxu »
  • ZİYANVERİCİ

    bax zərərverici. Ziyanvericilərlə mübarizə

    Tam oxu »