BƏKMƏZ

BƏKMƏZ (şirin meyvələrdən, xüsusən tutdan hazırlanmış şirə) Könül çay süzüb gətirdi. Süfrəyə bəkməz riçalı, əncir qurusu, qoz və qura meyvə qoydu (X.Hasilova); DOŞAB (dan.) [Dostəli:] Bəxtəvər başına, ay Eynəli, doşab almısan, bal çıxıb! (Ə.Vəliyev).

BƏKLƏMƏK
BƏQA
OBASTAN VİKİ
Bəkməz
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.

Digər lüğətlərdə