BALABABA

bax: Bala və Baba; bala baba, balaca baba; babanı əvəz edən.
BALAAĞA
BALABAN
OBASTAN VİKİ
Balababa Rzayev
Balababa Hüseynağa oğlu Rzayev (10 iyun 1957, Zirə) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Əməkdar mühəndis. == Həyatı == Balababa Hüseynağa oğlu Rzayev 10 iyun 1957-ci ildə Bakı şəhəri Zirə qəsəbəsində fəhlə ailəsində anadan olub. 1964–1974-cü illərdə Bakı şəhəri 120 №-li orta məktəbə daxil olub və 168 №-li orta məktəbi bitirərək 1974-cü ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinin əyani şöbəsinə qəbul olunub. 1979-cu ildə bu institutu bitirərək "Elektrik şəbəkə və sistemləri" ixtisası üzrə mühəndis-elektrik ixtisasına yiyələnib. Ailəlidir, iki övladı — bir qızı, bir oğlu, dörd nəvəsi var. == Əmək fəaliyyəti == 4 sentyabr 1979-cu ildən "Melorasiya və Su Təsərrüfatı" Nazirliyinin "Abşeron Mexaniki Suvarma" İdarəsinə mühəndis-elektrik vəzifəsinə təyin edilib. 17 dekabr 1979-cu ildən "Azərsənayeelektrikquraşdırma" trestinin 1 №-li Bakı Elektrik Quraşdırma İdarəsinə mühəndis-elektrik, usta (10.1980–02.1981), iş icraçısı (02.1981–04.1985), sahə rəisi (02.1985–07.1986), baş mühəndis (07.1986–04.1988), idarə rəisi (04.1988–05.1998) vəzifələrində işləyib. 1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə — "Bakıelektro" ATSC-yə çevrildikdən sonra 10 avqust 2006-cı il tarixinədək İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 10 avqust 2006-cı il tarixdə "Bakıelektrikşəbəkə" ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunub və B. Rzayevin rəhbərliyi dövründə Bakı şəhərinin elektrik şəbəkəsi müasir texnalogiyalar tətbiq olunmaqla beynəlxalq standartlara uyğun tamamilə yenidən qurulub. Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli 1046 saylı sərəncamına əsasən Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.
Balababa Məcidov
Balababa Fərəc oğlu Məcidov (12 mart 1912, Bakı – 3 iyul 1975, Bakı) — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, tibb sahəsində tanınmış alim. == Həyatı == Məcidov Balababa Fərəc oğlu 12 mart 1912-ci ildə Bakıda anadan olmuşdur. 1930-1935-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutu Müalicə fakültəsində təhsil almışdır. B.Məcidov həkimlik fəaliyyətinə vəba ilə mübarizə kompaniyası ilə başlayır: 1935-ci ildə Saratovdakı vəba əleyhinə institutda dörd aylıq təlim kursu keçmiş, sonra Azərbaycan SSR-nin Puşkin bölgəsinə (indiki Biləsuvar) vəba əleyhinə məntəqənin müdiri olaraq göndərilmişdir. 1937-ci ildə Balababa Məcidov Bakıya Epidemiologiya, Mikrobiologiya və Gigiyena Elmi-Tədqiqat İnstitutunda Bakterial preparatların istehsalı üzrə direktor müavini vəzifəsində işləməyə göndərilir. 1940-cı ildə həmin institutun direktoru təyin edilir və 1946-cı ilə qədər bu vəzifədə çalışır. 1946-48-ci illərdə Balababa Məcidov Azərbaycan SSR Səhiyyə nazirinin birinci müavini, 1948-50-ci illərdə isə SSRİ Səhiyyə Nazirliyinin Azərbaycanda vəbaya qarşı mübarizə stansiyasının elmi hissə üzrə rəis müavini olmuşdur. 1950-ci ildə o, Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun Epidemiologiya şöbəsinin müdiri, 1953-cü ildə isə yenidən həmin institutun direktoru təyin edilir və ömrünün sonunadək burada çalışır. Bağırsaq infeksiyası sahəsində tədqiqat işlərini davam etdirən Balababa Məcidov 1957-ci ildə “Azərbaycan SSR-də bakterial dizenteriya” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1958-ci ildə isə professor adını almışdır.