BALAHƏSƏN

bax: Bala və Həsən; balaca Həsən, kiçik Həsən.
BALAĞA
BALAHÜSEYN
OBASTAN VİKİ
Balahəsənli
Balahəsənli — Azərbaycan Respublikasının Qubadlı rayonunun ərazisində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == Balahəsənli etimologiyası, bu kəndin əsasını qoyan Balahəsənlilər nəslinin adı ilə bağlıdır (nəsil şəcərəsi; Həsən bəy Sultanov, Məşədi Paşa Sultanov, Səlim Həsənov, Murad Həsənov, Turabxan Həsənli). Həsən bəyin nəvəsi Səlim kişinin sözlərinə görə, bu nəslin ailə başçısı olan Həsən bəyin adı ilə kənd Həsənin yurdu mənasında Balahəsənli, kəndin ətrafındakı dağlar isə bəyin bacısı Şərəfağanın adına hörmət əlaməti olaraq Şərəfağa dağları adlandırılmışdır. Yaşlı kənd sakinlərinin sözlərinə görə, bu kəndin əsasını 1918-ci ildə Qərbi Azərbaycanın Ağvani kəndində didərgin salınmış Azərbaycanlı ailələr salmışdır. Arıq dərə, Kor bulaq, Şurreyin şəlaləsi, Çinarlı dərə, Qarluq, Ocaq dərəsi, Novlar, Ağzı gen, Daranlar, Quru dərə, Sulu dərə, Hüseyin dərəsi, Gödək dərə, Çəvlik, Çəmənli, Pərinc quzeyi, Taxta yol, Bərələr, Haqq kahası, Bacalı, Çəmənli, Yazı düzü, Yazı bulağı, Şor bulaq, Sarı qaya və.s. kimi yer adlarının bu gün belə Balahəsənlilər arasında xatırlanması, bir daha daş yaddaşımızın unudulmadığına dəlalət edir. == Ərazisi == Balahəsənli kəndi Bərgüşad çayının sahilində, Qarabağ yaylasının ətəyində yerləşir. Balahəsənli kənd yolunun altından burulan Bazarçay, bu ərazidən başlayaraq Bərgüşad adı altında axmaya başlayır. Kəndin ortasından keçən ana yolla qonşu kəndlərlə əlaqə saxlayan bu kiçik dağ kəndinin insanları, rayon mərkəzi ilə olan gediş-gəlişdə hər hansı ciddi bir problem yaşamırdılar.