BARDAQ

is. Su və ya başqa mayelər tökmək, yaxud içində piti bişirmək üçün saxsıdan, çinidən və s.-dən qayrılmış qulplu və ya qulpsuz darboğaz qab; səhəng, cürdək.
Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval [durmuşdur]. C.Məmmədquluzadə.
Gülnaz saxsı bardaqdakı qatıqdan mis kasaya töküb, ucu yeyilmiş taxta qaşıqla çalxalamağa başladı. M.İbrahimov.
Adama belə gəlirdi ki, bu qız su ilə dolu bir bardağı başında aparsa, bardaq yırğalanmaz… Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BARDAQ BARDAQ (su və ya başqa maye tökmək üçün qulplu, yaxud qulpsuz darboğaz qab) Adama belə gəlirdi ki, bu qız su ilə dolu bir bardağı başında aparsa, bard

Etimologiya

  • BARDAQ Tatar dilində “içki, şərab” mənalarını verən burda kəlməsi var. Sözün əsli bor şəklində olub. Bardaq –“şərab qabı” (şərab tuluğu) deməkdir
BARBARLIQ
BARDAN
OBASTAN VİKİ
Bardaqdan nə tökülə bilər (film, 1988)
Bardaqdan nə tökülə bilər qısametrajlı sənədli televiziya filmi rejissor M. Ağayev tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir.
Bardaqlar vadisi
Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil. Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var. Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər.

Digər lüğətlərdə

германофо́бский жри́ца издо́льщина недоска́занный огрызну́ться перегримиро́вка пережале́ть разоря́я свечни́к флягомо́ечный шля́па зашвы́риваться звук плутова́тый подбалтываться посо́л стучаться в дверь нешутушка arbalist cataloguist diaspore Mae West recultivation whirlybird бритвенный