BAŞIDAŞLI

sif.is. dan. Bədbəxt, başıbəlalı, biçarə, yazıq, məzlum (bəzən qarğış, məzəmmət yerində işlənir).
Məgər gözlüyün ixtirası və onun işlədilməsi də başıdaşlı kafirlərin işi deyilmi? M.F.Axundzadə.
Ay başıdaşlı kişi, dinmə, uşaqdır uşağım. M.Ə.Sabir.
Bir kənddə camaat ağlaşaağlaşa yüzbaşının ayağına yıxılıb: “Bəs toxumluğu aparırsınız, biz başıdaşlı nə əkək?” – deyirdi. Çəmənzəminli.
[Arvad:] Arabaçı başıdaşlı səhər gedə bilməzdi? H.Sarabski.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BAŞIDAŞLI başıdaşlı bax bədbəxt, yazıq 1
  • BAŞIDAŞLI bədbəxt — başıbəlalı — biçarə — yazıq — məzlum

Antonimlər (əks mənalı sözlər)

  • BAŞIDAŞLI BAŞIDAŞLI – XOŞBƏXT Ay başıdaşlı kişi, dinmə, uşaqdır, uşağım (M.Ə.Sabir); Xoşbəxt həyat onu sevindirirdi
BAŞIBÜTÜN
BAŞIDOLU

Digər lüğətlərdə