BEHZAD

xoşbəxt, ağgün doğulmuş.
BEHRUZƏ
BEKDAŞ
OBASTAN VİKİ
Behzad Behzadi
Behzad Behzadi (1927, Astara, Gilan ostanı – 27 fevral 2008, Kaliforniya) — Azərbaycanlı alim, yazıçı, tərcüməçi və Azərbaycan dili üzrə tədqiqatçı. O, hüquq sahəsində təhsil almış hüquqşünas, 2000-ci illərdə Tehranda nəşr olunan "Azəri" jurnalının redaktoru idi.
Kəmaləddin Behzad
Kəmaləddin Behzad (1455-1536) — Şərqin görkəmli ustad rəssamlarından biri, Səfəvilər saray kitabxanasının rəisi. == Həyatı == Kəmaləddin 1455-ci ildə Orta Asiyanın Xocənd şəhərində anadan olmuşdu. 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Təbrizə gələrək, Şah İsmayılın sarayına daxil olmuşdu. Üç hökmdarın sarayında yaşamış Behzad Şah İsmayılın hakimiyyəti zamanı daha çox şöhrət qazanmışdır. Şah İsmayıl Xətainin istedadlı sənət adamlarına necə yüksək qiymət verdiyini XVI əsr Bağdad sənətşünaslarından Mustafa Çələbi Əlinin 1578-ci ildə yazdığı "Mənaqibi hünərvəra" adlı əsərində görmək olar. Müəllif göstərir ki, Şah İsmayıl 1514-cü ildə I Sultan Səlim ilə müharibədən bir qədər əvvəl, məşhur rəssam Behzad və öz şəxsi saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə, onların salamat saxlanması barədə tədbir görmüşdür. Bu tarixi həqiqət haqqında Şah İsmayılın dilindən deyilmiş sözlərin sadələşdirilmiş şəklini misal gətiririk: "...Sultan Səlim Şah İsmayıl ilə Çaldıran səhrasında yaxın bir məsafadə idi... "Kim bilir, bəlkə müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi", - deyərək, Sultan Səlim xan Ruminin əlinə əsir düşməmək üçün əvvəl Şah Mahmud Nəjadi və ikincisi misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmişdi. Və "Sizin hifsinizi Allaha tapşırdım" deyib müharibəyə getmişdi. Ol zaman ki, müharibədə məğlub olub geriyə qayıtdı, cümlədən əvvəl yuxarıda adları zikr olunanları tapmaq üçün həmin məhəlləyə varıb diqqətlə axtardı.
Hacı Behzad (Qoşaçay)
Hacı Behzad (fars. حاجي بهزاد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,458 nəfər yaşayır (340 ailə).
Kərim Tahirzadə Behzad
Kərim Tahirzadə Behzad (1888-1963) - Təbrizdə Məşrutə hərəkatının fəal iştirakçılarından biri, mühəndis və memar. O, İctimaiyyun-Amiyyun (İran Sosial-Demokrat Partiyası) təşkilatının üzvü idi. İstanbul və Berlində memarlıq sahəsində təhsil almışdır. Elmi ədəbiyyatda cənubi Azərbaycanın “Molla Nəsrəddin”-i adlandırılan “Azərbaycan” (1907) satirik jurnalında, eyni zamanda “Əncümən”, “Həşərtül ərz” və digər satirik mətbuatda məhsuldar şəkildə çalışmış azərbaycanlı rəssam Hüseyn Behzad Tahirzadə və onun qardaşı Kərim Behzad haqqında hər hansı bir məlumat, yazılmış elmi və ya publisistik məqalə, demək olar ki yoxdur. == Əsərləri == Kərim Tahirzadə Behzad, Azərbaycan dər Ninzəte Azərbaycan, Tehran (tarixsiz). == Mənbə == "Kərim Tahirzadə Behzad". Dövrün memarlığı. 2012-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2012. Eta, Əli.
Ərcümənd Behzad Lav
Ərcümənd Behzad Lav(1903–1983)—Türkiyə şairi. == Həyatı == Bu dövrdə aşağıdakı şeir kitablarını yayınlayır: "S. O. S." (1931), "Xaos" (1934), "Açıl, kilidim, açıl" (1940). İlk şeirlərini ənənəvi şeir tərzində yazır. Sonradan Nazim Hikmətin təsiri ilə sərbəst tərzdə şeirlər yazmağa başlamışdır. Daha çox sürrealizmin təsiri altına düşmüşdür.