BİÇİMSİZ

sif.
1. Bədən quruluşu, görünüşü pis; bədəni qeyri-mütənasib, eybəcər, yöndəmsiz. Biçimsiz adam. Biçimsiz bədən.
– Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi. A.Şaiq.

2. Pis biçilmiş, pis tikilmiş, yaraşıqsız, səliqəsiz, tənasübsüz. Biçimsiz paltar.
– Şəkildə görünən zatın … əynindəki gen və biçimsiz şalvar, onun ayağındakı qıvraq çarıq qızın diqqətini özünə cəlb etmişdi. M.S.Ordubadi.

3. Ümumiyyətlə, pis, çirkin, kobud mənasında.
[Jenya:] Biçimsiz və tez-tez dəyişib, başqa rəng alan düşüncələr səni tez-tez o tərəf-bu tərəfə çırparaq yormaqdadır. M.S.Ordubadi.
Vaxtı ilə musiqidə formalizm tərəfdarları da melodiyanı nizamsız və biçimsiz kobud səslər yığını ilə əvəz etmişdilər. Ə.Bədəlbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİÇİMSİZ biçimsiz bax eybəcər
  • BİÇİMSİZ yöndəmsiz — eybəcər
  • BİÇİMSİZ tənasübsüz — səliqəsiz

Antonimlər (əks mənalı sözlər)

  • BİÇİMSİZ BİÇİMSİZ – YÖNDƏMLİ Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi (A.Şaiq); Heç olmasa, sir-sifəti yöndəmli idi (“Ulduz”)
BİÇİMLİ
BİÇİMSİZLƏŞDİRİLMƏK

Digər lüğətlərdə