BİLDİRMƏK

BİLDİRMƏK [Pyotr Anisimoviç:] Bura gəlməyini özün bizə niyə yazıb bildirməmisən? (H.Abbaszadə); AGAH ETMƏK Zamanı eşikağası işdən agah etdi, biçarə xanın ayağına yıxıldı və gözlərinin yaşını tökdü (Çəmənzəminli); BƏLLƏTMƏK Nəriman təkrar güllə atıb yerini bəllətməkdən qorxdu (Mir Cəlal); ELAN ETMƏK (ELƏMƏK) (elan vasitəsilə bildirmək) Elan edib qeyzini aləmə türk dövləti; Çıxarmış təbəəlikdən şair Nazim Hikməti (M.Rahim); XƏBƏR VERMƏK Heybət: Bir de mümkün etsən anamgilə xəbər verərsən... (S.Rəhimov); XƏBƏRDAR ETMƏK Şölə xanım: ..əgər vəzir görünsə, tez bizi xəbərdar etsin (M.F.Axundzadə); MƏLUM ETMƏK Zöhrə xanım: O səfərki kimi Züleyxa xalama qonaq getmək bəhanəsi ilə dönüb məlum etmək lazımdır (S.S.Axundov).

BİLDİRİŞ
BİLET

Digər lüğətlərdə