BİXUD

f. 1) özünü bilməmə, özündə olmama; 2) hissiz, ixtiyarsız; 3) əbəs, bihudə, nahaq yerə.

BİXİRƏD
BİXUMAR
OBASTAN VİKİ
Molla Ağa Bixud
Ağa Hacı Molla Tağızadə, Molla Ağa Bixud(1830, Şamaxı – 1892, Şamaxı) — Azərbaycan şairi. Molla Ağa Hacı Molla Tağızadə (Bixud) 1830-cu ildə Şamaxıda anadan olub. Şamaxıda məktəbi bitirib. Dövrünün bilikli adamlarından sayılıb, türk və fars dillərini mükəmməl bilib. Bixud İrana və Qafqaz şəhərlərinə səfərlər edib. Bununla belə ömrünün böyük bir hissəsini Şamaxıda yaşayıb. Ömrünün sonlarına yaxın ətriyyat satmaqla məşğul imiş. Qəzəllərindən ibarət cəmi bir kitabı qalıb. Ağa Hacı Molla Tağızadə 1892-ci ildə 62 yaşında vəba xəstəliyinə tutularaq vəfat edib. S. Ə. Şirvaninin müasirlərindən biri olan şair.