BOĞANAQ


1. is. Boğucu hava, havası boğuq olan yer. Bu otaq yaman boğanaqdır. Bu boğanaqda necə oturubsunuz?
// sif. Çox isti və boğucu, bürkü. Boğanaq hava. Boğanaq otaq.
– İyul ayına məxsus boğanaq bir gün idi. A.Şaiq.
Hava olduqca boğanaq və hünülər qədərindən ziyadə idi .H.Nəzərli.
Ventilyasiya xarab olduğu üçün, zirzəmi çox boğanaqdı. Ə.Əbülhəsən.

2. Tozlu hava, toz, tufan.
[Güllələrin] zərbəsindən biçarə ayı, boğanaqdan yıxılan ağac kimi yerə sərildi. S.S.Axundov.
Kənd yolundan qalxan boğanaqlar … burula-burula Araz çayına doğru yüyürüşürdü. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BOĞANAQ boğanaq bax isti 2
  • BOĞANAQ toz — tufan
  • BOĞANAQ bürkü

Etimologiya

  • BOĞANAQ Dadanaq, bağanaq, tozanaq (toz –a –anaq), çəkənək (çəkələt kimi də işlədilir), qasnaq (qatlanmış), qayğanaq, biçənək, sızanaq, soğanaq tipli sözlərin
BOÇKAÇILIQ
BOĞAZ₂

Digər lüğətlərdə

без- жи́денький йе́менский лейкеми́я мопе́д неаппети́тно открахма́лить потребля́ть пятиу́стка крутёжка милови́дный неро́вно оприхо́довать подгры́зть разве́дывать разноси́ться гам гнуть birthmark buggy camera operator specular sun-dance репчатый слобода