BÜTÖV
BÜTÖVLÜK
OBASTAN VİKİ
Bütöv Azərbaycan
Bütöv Azərbaycan — hazırda azərbaycanlıların yaşadığı və tarixən azərbaycanlılar yaşadıqları ərazilərin birləşdirilməsini nəzərdə tutan ideologiya. == Ərazi == Bütöv Azərbaycana bu ərazilər daxildir: Cənubi Azərbaycan — İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Qəzvin, Həmədan ostanları. Əlavə olaraq isə Qum, Mərkəzi, Əlburz, Tehran ostanları və Astara, Talış, Bicar, Qürvə, Sonqur şəhristanları da aid edilir. Qərbi Azərbaycan — Ermənistanın bütün ərazisi. Dərbənd — Rusiyanın (Dağıstanın) Dərbənd, Tabasaran, Məhərrəmkənd, Rutul rayonları və Dərbənd, Dağıstan İşıqları şəhərləri. Borçalı— Gürcüstanın Aşağı Kartli diyarı. Türkmən eli — İraqın Mosul, Ərbil, Kərkük, Diyala və s. vilayətləri. Türkiyənin Qars və İğdır vilayətləri bütöv Azərbaycanın tərkib hissəsi hesab edilsə də, Türkiyə və Azərbaycan xalqları arasında konflikt mənbəyi olmamışdır. Bütöv Azərbaycan ideyasının ideoloqlarından biri Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəy hesab olunur.
Bütöv Qadın
Bütöv Qadın — 1973-cü ildə Marabel Morgan tərəfindən yazılmış, evli qadınlar üçün nəzərdə tutulmuş özünəkömək kitabıd. Kitab nəşr olunduğu ilk il ərzində 500.000-dən çox nüsxə sataraq, 1974-cü ildə ABŞ-də ən uğurlu qeyri-bədii kitab olmuşdur. Ümumilikdə, kitabın on milyondan çox nüsxəsi satılmışdır. Xristianlıq prinsiplərinə əsaslanan bu kitab "Tam Qadın ərinin xüsusi istəklərinə uyğunlaşmalıdır, istər salatlar, cinsiyyət, ya da idmanla bağlı olsun" fikrini öyrədirdi. Kitab, bəlkə də, ən çox qadınlara, ərlərini ön qapıda seksual geyimlərdə qarşılamağı tövsiyə etməsi ilə yadda qalmışdır; bu geyimlər arasında "kovboy qızı və ya şou qızı" kimi variantlar yer alırdı. Morgan yazırdı: "Bir qadın yalnız həyatını ərinə təslim edib, onu ehtiramla sevib və ona xidmət etməyə hazır olduqda, onun üçün həqiqətən gözəl olur." == Tarixi == 1970-ci ildə, Marabel Morgan "Total Woman, Inc." adlı bir şirkət qurdu, bu şirkət bu ideyanın bazarını araşdırmağa yönəlmişdi. Bundan sonra, o, xristian yönümlü evli qadınlara ərlərinə hörmətlə yanaşma yolları barədə seminarlar verdi. Seminarlar hər biri iki saat davam edən dörd sessiyadan ibarət olub və qiyməti 15 dollar idi. Bir neçə il ərzində, Marabel Morgan 100-dən çox təlimçi yetişdirdi, onlar daha sonra 28 ştat və Kanadada əlavə kurslar keçdilər. 1975-ci ilə qədər 15,000-dən çox məzun olmuşdu, bunlar arasında müğənni Anita Bryant, golfçu Jack Nicklaus və boksaçı Joe Frazier'in həyat yoldaşları, habelə Miami Dolphins futbol komandasında oynayan 12 oyunçunun həyat yoldaşı da var idi.
"Bütöv Azərbaycan" qəzeti
Bütöv Azərbaycan — qəzet. == Haqqında == Qəzetin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlu, redaktor isə İlham Məmmədlidir. Qəzet 21 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qeydiyyat sayı 2599. 2008-ci ildə "Bütöv Azərbaycan" qəzeti təsis edilib. Qəzetin ilk nömrəsi sentyabrın 15-də Bakının erməni-rus hərbi birləşmələrindən azad olunmasının ildönümündə işıq üzü görüb. Nəşr günü kimi məhz bu tarixi seçməsi həm də onun Azərbaycanın mütləq bütövləşəcəyinə inamının ifadəsidir. Qəzet təsiçiləri hesab edirlər ki, "Bütöv Azərbaycan ünvanlı müqəddəs yolun yolçuluğuna redaksiya heyəti olaraq özümüzə inanaraq, cəfakeş ziyalılara, adı vətənlə qoşa çəkilən analara, vətənpərvər oğullara, ərlərə, ərənlərə güvənərək çıxmışıq. Məqsədimiz parça-parça bölüklənmiş, bölünə-bölünə yağmalanmış məmləkətimizin iki yüzillik yaralarına məlhəm qoymaqdır. Bir vətəndaş olaraq hamımızın, hər birimizin əsas vəzifəsi hürr bayrağımızı uca tutmaq, dünyanın bütün azərbaycanlılarını bu bayraq ətrafında birləşdirməkdir ".
Bütöv Azərbaycan (qəzet)

Bütöv Azərbaycan ideyasi
Bütöv Azərbaycan — hazırda azərbaycanlıların yaşadığı və tarixən azərbaycanlılar yaşadıqları ərazilərin birləşdirilməsini nəzərdə tutan ideologiya. == Ərazi == Bütöv Azərbaycana bu ərazilər daxildir: Cənubi Azərbaycan — İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Qəzvin, Həmədan ostanları. Əlavə olaraq isə Qum, Mərkəzi, Əlburz, Tehran ostanları və Astara, Talış, Bicar, Qürvə, Sonqur şəhristanları da aid edilir. Qərbi Azərbaycan — Ermənistanın bütün ərazisi. Dərbənd — Rusiyanın (Dağıstanın) Dərbənd, Tabasaran, Məhərrəmkənd, Rutul rayonları və Dərbənd, Dağıstan İşıqları şəhərləri. Borçalı— Gürcüstanın Aşağı Kartli diyarı. Türkmən eli — İraqın Mosul, Ərbil, Kərkük, Diyala və s. vilayətləri. Türkiyənin Qars və İğdır vilayətləri bütöv Azərbaycanın tərkib hissəsi hesab edilsə də, Türkiyə və Azərbaycan xalqları arasında konflikt mənbəyi olmamışdır. Bütöv Azərbaycan ideyasının ideoloqlarından biri Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəy hesab olunur.
Bütöv Azərbaycan qəzeti
Bütöv Azərbaycan — qəzet. == Haqqında == Qəzetin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğlu, redaktor isə İlham Məmmədlidir. Qəzet 21 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Qeydiyyat sayı 2599. 2008-ci ildə "Bütöv Azərbaycan" qəzeti təsis edilib. Qəzetin ilk nömrəsi sentyabrın 15-də Bakının erməni-rus hərbi birləşmələrindən azad olunmasının ildönümündə işıq üzü görüb. Nəşr günü kimi məhz bu tarixi seçməsi həm də onun Azərbaycanın mütləq bütövləşəcəyinə inamının ifadəsidir. Qəzet təsiçiləri hesab edirlər ki, "Bütöv Azərbaycan ünvanlı müqəddəs yolun yolçuluğuna redaksiya heyəti olaraq özümüzə inanaraq, cəfakeş ziyalılara, adı vətənlə qoşa çəkilən analara, vətənpərvər oğullara, ərlərə, ərənlərə güvənərək çıxmışıq. Məqsədimiz parça-parça bölüklənmiş, bölünə-bölünə yağmalanmış məmləkətimizin iki yüzillik yaralarına məlhəm qoymaqdır. Bir vətəndaş olaraq hamımızın, hər birimizin əsas vəzifəsi hürr bayrağımızı uca tutmaq, dünyanın bütün azərbaycanlılarını bu bayraq ətrafında birləşdirməkdir ".
Bütöv mühit mexanikası
Bütöv mühit mexanikası mexanikanın bir bölməsi olub materialların mexaniki xassəsini və kinematik analizini öyrənir. Materiallar diskret paylanmış hissəciklər şəklində yox, bütöv (arasıkəsilməz paylanmış) kütlə şəklində modelləşdirilir. Belə bir model ilk dəfə XIX əsrdə Fransız riyaziyyatçısı Auqusto Koşi (fr. Augustin Louis Cauchy) tərəfindən ifadə edilmişdir, amma tədqiqatlar bu gün də davam etdirilir. == Qısa şərh == Bir obyektin bütöv cisim şəklində modelləşdirilməsi dedikdə obyekti təşkil edən cismin obyektin tutduğu fəzanı tamamilə doldurması fərziyyəsi nəzərdə tutulur. Obyektin belə modelləşdirilməsi maddənin atomlardan təşkil olunmasını və beləliklə bütöv olmamasını nəzərə almır. Buna baxmayaraq atomlar arası məsafələrdən qat-qat böyük ölçü miqyaslarında belə modellər olduqca dəqiqdir. Belə obyektlərin xassəsini təsvir edən differensial tənliklərin çıxarılması üçün kütlənin saxlanması, momentin müvazinəti və enerjinin müvazinəti kimi özül fizika qanunlarını belə modellərə tətbiq etmək olar. Bütöv mühit mexanikası bərk, maye və qazların fiziki xassələrini onların müşahidə edildiyi istənilən xüsusi koordinat sistemindən asılı olmadan öyrənir. Beləliklə, bu fiziki xassələr tenzorlarla ifadə edilir ki, tenzorlar tələb olunan xassəyə malik riyazi predmet olub koordinat sistemindən asılı deyildir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Ədalət, Hüquq, Demokratiya Partiyası və ya qısaca ƏHD Partiyası, həmçinin, 16 mart 2024-cü il tarixinədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca BAXCP — Azərbaycanda fəaliyyət göstərən milliyətçi, sağ mərkəzçi siyasi partiya. Partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının xələfi olduğunu iddia edir. Qurucusu və hazırkı sədri Qüdrət Həsənquliyevdir. Ədalət, Hüquq, Demokratiya Partiyası qurulduğu gündən bəri bütün bələdiyyə və parlament seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Milli Məclisinin II, III, IV, V və VI çağırışlarında 1 deputatla — Qüdrət Həsənquliyev ilə təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyasını Mərkəzi Seçki Komissiyasında 2010-cu ildən bəri Mikayıl Rəhimov təmsil edir. O, həmçinin, 2011-ci ildən bəri komissiya katibi vəzifəsini də daşıyır. 2006–2010-cu illərdə isə partiya Demokratik İslahatlar Partiyası nümayəndəsi Tamam Cəfərovanın üzvlüyünə dəstək vermiş və beləcə Tamam Cəfərova həm də keçmiş adı ilə BAXCP-ni təmsil etmişdir. Partiyanın sıralarında indiyədək Azərbaycan Milli Qəhrəmanı Maşallah Abdullayev, keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri Arif Paşa, jurnalist Elçin Mirzəbəyli, Ali Məclisin sabiq deputatları Bünyamin Qəmbərli, Fərəc Yusifbəyli və Mikayıl Rəhimov, hüquqşünas, professor Məhəmməd İmanlı kimi şəxslər təmsil olunmuşdur. Ədalət, Hüquq, Demokratiya Partiyası indiyədək 7 qurultay keçirmiş və 1 sədr seçmişdir.
Bütövbaşkimilər
Bütövbaşkimilər (lat. Holocephali) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan yarımsinfi.
Bütövyarpaq banksiya
Bütövyarpaq banksiya (lat. Banksia integrifolia) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü. == Yarımnövləri == B. integrifolia subsp. integrifolia B. integrifolia subsp. compar B. integrifolia subsp.
Bütövyarpaq ilanbaşı
Bütövyarpaq ilanbaşı (lat. Dracocephalum integrifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin i̇lanbaşı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dracontocephalum integrifolium (Bunge) St.-Lag. Ruyschiana integrifolia (Bunge) House === Heterotipik sinonimləri === Dracocephalum integrifolium var.
Bütövyarpaq yovşan
Bütövyarpaq yovşan (lat. Artemisia integrifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Ərazi bütövlüyü
Ərazi bütövlüyü — dövlətləri başqa dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyi əleyhinə güc tətbiq etməkdən çəkindirən beynəlxalq hüququn prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Son zamanlar bu prinsiplə BMT Nizamanməsinin 73 (b) maddəsində qeyd olunmuş və "özünüidarəni inkişaf etdirmək, həmin xalqların siyasi səylərini lazımi qaydada nəzərə almaq və hər bir əraziyə və onun xalqlarına xas olan spesifik hallara və müxtəlif inkişaf səviyyələrinə uyğun olaraq, onlann azad siyasi institutlarının mütərəqqi inkişafına kömək etmək" kimi məqsədləri özündə ehtiva edən humanitar müdaxilə konsepsiyası arasında gərginlik yaranmışdır. Məlum olduğu kimi, tarixən müəyyən bir əraziyə iddia edən siyasi qurumlar olmuşdur. Bu ərazilərə sahiblənmək çox vaxt müharibə hesabına olurdu və adətən döyüşlə nəticələnirdi. Bəzən də eyni ərazidə mövcud bir neçə ali hakimiyyət qüvvəsi bir-biri ilə müharibə vəziyyətində olurdu. Qədim və orta əsrlərdə zadəganlar hələ də eyni kralı və ya imperatoru qəbul etsələr də, vətəndaş müharibələri baş verirdi. Məsələn, qədim Çində Şərqi Çjou sülaləsinin formal olaraq hakimiyyətdə olduğu dövrü əhatə edən Çunçyu dövrünü nümunə göstərmək olar. Eləcə də katolik monarxları eyni Papanın dini hakimiyyətini tanısalar da, tez-tez bir-biriləri ilə mübarizə aparırdılar.

Digər lüğətlərdə