əd. “Bəs” mənasında olub təəccüb bildirir, yaxud sualı gücləndirmək üçün işlənir.
Bə, nə dedin? Bə, sən orada yox idinmi? – Bə, həkim soruşsa ki, niyə mənim davamı içmədin, mən ona nə cavab verim? C.Məmmədquluzadə.
[Səlmə:] Bə nə, özbaşınadı? Uşqoldakıların geyinib-kecinməyini görmürsən. Mir Cəlal.
bə bax ba.
BEZMƏK
...BƏ...
OBASTAN VİKİ
Əmir Bəhlul
Əmir Şeyx Bəhlul Dərbəndi — Şirvanşah şahzadəsi, Sultan Məhəmməd Dərbəndinin oğlu, I İbrahimin qardaşı, Şirvan ordusunun baş komandanı. == Həyatı == Bəhlulun doğum tarixi məlum deyil. Uşaqlığı atası və qardaşı ilə Şəkidə gizlənərək keçmişdir. Qardaşı I İbrahimin dövründə Şirvan ordusunun baş komandanı təyin olunmuşdur. Çalağan döyüşündə Şirvan ordularına başçılıq etmiş, məğlub olduqdan sonra 200 tümən can bahası tələb olunmuşdu. Bəhlulun ölüm tarixi məlum deyil. Oğlu Əmir Təhmuras daha sonralar onun kimi sərkərdə olmuşdur.
Əmir bəy Armani
Əmir bəy Armani — 17-ci əsrdə Səfəvilərdə olan erməni mənşəli qulam. I Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) şahlıq etdiyi dövrdə xidmət etmiş və bir neçə il şah somelyesi (şirehçi başı), habelə Qaskar bəylərbəyi (1633-1643) kimi fəaliyyət göstərmişdir. Əmir bəy Armani sələfi Mənuçöhr xan bir müddət əvvəl taxt-taca çıxan şah Səfinin təmizlənmə siyasətinin qurbanı olandan sonra Qaskar bəylərbəyliyinə təyin olundu. Şirehçi başı kimi onun yerinə gələn Səfiqulu adlı bir oğlu var idi. == Mənbələr == Baghdiantz-McCabe, Ina. Caucasian Elites and Modern State-Building in Safavid Iran // Chaudhury, Shushil; Kévonian, Kéram (redaktorlar ). Les Arméniens dans le commerce asiatique au début de l'ère moderne. Maison des Sciences de l'Homme. 2008. səh.
Əmir bəy Aslanov
Əmir bəy Aslanov (1892, Şuşa-10.06.1942, Bakı) — həkim, tibb elmləri namizədi. == Həyatı == 1896-1900-də Bakıda türk məktəbində oxuyub; 1910-da Bakı real məktəbini bitirib; 1916-da Kiyev Universitetinin tibb fakültəsini başa vurub, dəri-zöhrəvi həkimidir. AJ DİN Bakı qradonaçalnikliyinin həkimi (AR, 551); sovet dönəmində bir çox mühüm vəztfələrdə, o sıradan ASSR Səhiyyə Nazirliyi Klinik İnstitutunun direktoru (1930-1933) olub. 1938-dən ömrünün sonunadək ATİ-də dəri-zöhrəvi xəstəliklər kavedrasında assistent işləyib. Nigar xanım Aslanova-Vəlibəyovanın əridir.
Əmir bəy Ağayev
Əmir bəy Ağayev — maarif xadimi, müəllim. == Həyatı və fəaliyyəti == Əmir bəy Ağayev 1886-cı ildə Gəncədə anadan olmuşdur. Atası Məşədi Əlibala ticarətlə məşğul olmuş, Gəncədə indiki Cavadxan və Mirəli Qaşqay küçələrinin kəsişdiyi yerdə parça dükanları vardı. Məşədi Əlibala 1879-cu ildə Nərgiz xanımla evlənmiş, onun Həcər, Kübra, Zəki, Abdulla, Əmir adlı övladları olmuşdur. Əmir bəy Ağayevin böyük qardaşı Abdulla bəy Gəncənin ilk əczaçılarından biri olmuş, 1917-ci ildə Xarkov Universitetinin tibb fakültəsinin əczacılıq şöbəsini bitirərək Gəncəyə qayıtmışdır. Burada atasının dükanlarından birini özünə aptek edərək ixtisası üzrə işləmişdir. Abdulla bəy Ağayevin əmisi oğlu Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından Həsən bəy Ağayev Gəncənin ilk azərbaycanlı general-qubernatoru olmuş Xudadat bəy Rəfibəylilə birlikdə Yelizovetpol Tibb Cəmiyyətini yaradaraq imkansız insanlara dərman yazdıqda reseptə işarə qoyarmışlar. Xəstələri Abdulla bəy Ağayevin aptekinə göndərər, o da reseptəki işarəyə görə dərmanı pulsuz verərmiş. Həkimlər dərmanın dəyərini sonra özləri ödəyərmişlər. Abdulla bəy Ağayev XI qızıl ordu tərəfindən öldürülmüşdür.
Əmir bəy Mosullu
Əmir bəy Mosullu — Səfəvilər dövlətində hərbi və siyasi xadim. I Təhmasibin lələsi, əmir, Xorasanın bəylərbəyi. == Haqqında == Əmir bəy türkmanların mosullu tayfasındandır. Onun atası və babası Ağqoyunlular dövlətində yüksək vəzifələr tutublar. 1505-ci ildə Əlvənd Mirzə öldükdən sonra Diyarbəkir hakimi olub. Sonradan Dulqədiroğulları bəyliyi hökmdarı Əlaüddövlə Bozqurd bəyin qızı Diyarbəkir qalasını ələ keçirir. 1507-ci ildə Şah ismayıl Xətai Əlbistanı aldıqdan sonra Əmir bəy Diyarbəkirin açarını və bir çox zinət əşyalarını şaha gətirərək tayfasından olan əksəriyyət kimi o da, Səfəvilər dövlətinin xidmətinə keçir. Səfəvilər dövlətində tezliklə yüksəklərə doğru irəliləyir. Əvvəlcə o mərkəzi idarəetmədə möhrdar vəzifəsini tutur. 1510-cu ildə Xorasanı özbəklərdən almış orduya komandan təyin edilir.
Əmir bəy Nərimanbəyov
Əmir bəy Nərimanbəyov (1871, Şuşa) — Bakı quberniyasının qubernatoru, Araz Türk Cümhuriyyəti Nazirlər Şurasının sədri. == Həyatı == Əmir bəy Nərimanbəyov 1871-ci ildə Şuşada anadan olmuşdur. Xarkov Universitetinin Hüquq fakültəsini bitirmişdir. == Siyasi fəaliyyəti == Əmir bəy Nərimanbəyov 3 noyabr 1918-ci il tarixindən 1919-cu ilin yaz fəslinədək Araz Türk Cümhuriyyəti Nazirlər Şurasının sədri olmuşdur. Bəzi mənbələrdə Araz Türk Cümhuriyyəti Nazirlər Şurası sədrinin adl Əmir bəy Nərimanbəyov kimi göstərilmiş, bəzilərində isə onun soyadı Vəzirov, Zamanbəyov və Ələkbərov kimi müxtəlif formalarda işlənmişdir. Lakin, Mirzə Bağır Əliyev xatirələrində müstəqillik aktında bu postun hərbi diktator adlandırdıldığını qeyd edib. Həmçinin hərbi diktator postunun da Əmir bəy Nərimanbəyov tərəfindən tutulduğunu yazmışdır. Azərbaycan hökumətinin 25 avqust 1919-cu il tarixli qərarına əsasən Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsinin işlər idarəsinin rəisi Əmir bəy Nərimanbəyov Bakı qubernatoru təyin olunmuşdur. == Ailəsi == == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı.
Əmirarx bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmircan bələdiyyəsi
Əmircan bələdiyyəsi (Suraxanı) — Suraxanıda bələdiyyə
Əmircan bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmircan bələdiyyəsi (Suraxanı)
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmircan bələdiyyəsi (dəqiqləşdirmə)
Əmircan bələdiyyəsi (Suraxanı) — Suraxanıda bələdiyyə
Əmirli (Bərdə)
Əmirli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Əmirli kəndi Xanərəb kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əmirli kənd Soveti yaradılmışdır. == Tarixi == Yaşayış məntəqəsi 1948-ci ildə dağıdılmışdı. 1951–1952-ci illərdə Ermənistandan qanunsuz olaraq köçürülmüş azərbaycanlı ailələri orada məskunlaşdıqdan sonra dağılmış kəndin adı yeni yaşayış məntəqəsinə verilmişdi. Əmirli əfşar tayfasının bir qolu olan eymurların adının yerli tələffüzə uyğunlaşmış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir. == Əhalisi == Kəndin əhalisi əsasən Göyçə mahalının Aşağı Qaranlıq rayonunun Mollalı kəndindəndirlər. İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda olan Sallı və Çivə kəndindən SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə kəndin azərbaycanlı sakinləri zorla Azərbaycanın Salyan rayonuna köçürülmüşdür. Burada əhalinin bir hissəsi Bərdənin Əmirli kəndinə gəlmiş, oradan da bəziləri yenidən Sallıya — ata-baba yurdlarına qayıtmışdır.
Əmirli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirvan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirvar bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirxanlı bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirzeydli bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmrə Bəlözoğlu
Əmrə Bəlözoğlu (ləzg. Белезрин Белезан хва Эмре, türk. Emre Belözoğlu; 7 sentyabr 1980[…], İstanbul) — Ləzgi əsilli keçmiş türkiyəli futbolçu. Əsli Trabzon şəhərindəndir. Fatih Şehremini Lisəsinin məzunudur. Son dövr Türkiyə futbolunun ən dəyərli futbolçularından biridir. Türkiyə milli futbol komandasının və Türkiyənin Fənərbaxça klubunun yarımmüdafiəçisidir. İnter Milan klubunda uğur qazana bilməsə də, 2004-cü ildə əfsanəvi braziliyalı futbolçu Pelenin tərtib etdiyi "Dünyanın ən böyük 125 futbolçusu" siyahısında yer almışdır.2005-ci ildə İngiltərənin Nyukasl Yunayted FK klubuna transfer olunmuşdur. Bu klubda da uğur qazana bilməyib və 30 may 2008-ci ildə yenidən Fənərbaxçaya geri dönüb. == Müvəffəqiyyətləri == Qalatasaray UEFA Süper Kuboku: 1 (2000) UEFA Kuboku: 1 (2000) 1.
Əməkdar bədən tərbiyəsi və idman xadimi
Əməkdar bədən tərbiyəsi və idman xadimi — fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin elmi-tədqiqat və müalicə-sağlamlaşdırma işində, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə verilir.
Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik (Azərbaycan)
Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik — Azərbaycan Respublikası Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. 2021-ci ildə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021 tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik ləğv edilib və agentliyin balansındakı əmlak ANAMA-nın balansına verilib. == Tarixi == === Direktorları === Məmmədоv Əli Abdulla оğlu — 1997-2021 == Missiyası == Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərə külli miqdarda maddi ziyanın vurulmasını, həmin ərazilərdə dinc əhalinin əmlaklarının talanmasının kütləvi xarakter daşıdığını və ölüm təhlükəsi nəticəsində ata-baba torpaqlarını tərk edən qaçqınlara gələcəkdə öz yerlərinə qayıtmaqları üçün normal şəraitin yaradılması zərurətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılmışdır. Dövlət Komissiyası üzərinə düşən vəzifələrin yerinə yetrilməsində Azərbaycan Respublikasının Prezidenti qarşısında cavabdehdir və fəaliyyəti haqqında mütəmadi olaraq ona hesabat verir. Dövlət Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrini, habelə bu Əsasnaməni rəhbər tutur. Dövlət Komissiyası öz fəaliyyətini müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqəli şəkildə həyata keçirir. Dövlət Komissiyasının əsas vəzifəsi hərbi işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasını təşkil etməkdir. Dövlət Komissiyası, müharibə nəticəsində Azərbaycan Respublikasının torpaqlarına, yaşayış məntəqələrinə və digər obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi, dağılmış obyektlərin bərpa edilməsi və yenidən qurulması proqramlarının layihələrinin tərtib edilməsi üçün müvafiq orqanlara tapşırıq verir. Komissiya, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarını, habelə aidiyyatı olan ictimai birlikləri cəlb etməklə, işçi orqan tərəfindən hazırlanmış bərpa və yenidənqurma proqramlarının layihələrini müzakirə edir və onları təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədi ilə vəsait toplanması üçün beynəlxalq təşkilatlar, xarici dövlət və qeyri-dövlət qurumları ilə ardıcıl iş aparılır.
Ərbil bəyliyi
Ərbil bəyliyi, Ərbil Atabəyliyi və ya Bəytəkinlilər bəyliyi (1146–1232) — Ərbil Bəyliyi 1146–1233 illəri arası İraqın şimalındakı Ərbil və ətrafında mövcud olmuş suveren bir Türk Atabəyliyidir. == Tarixi == Dövlət adını qurucusu olan Zeynuddin Əli Kiçiyin atası Begtegindən almışdır. Begtegin Böyük Səlcuq Dövləti ordusunda bir komandir olmuşdur. Oğlu Zeynuddin Əli Kiçik 1144-cü ildə İmadəddin Zəngi tərəfindən Mosul valisi olaraq vəzifələndirilmişdir. 1146-cı ildə İmadəddin Zengi ölüncə Zeynnüddin Əli Kiçik Mosul valiliyi ilə birlikdə Şehrizor, Hakkari, Sincar, Əl-Hamidiye, Tikrit və Harranı əhatə edən bölgəni hakimiyyəti altına almışdır. Beləcə mərkəzi Ərbil olan Ərbil bəyliyi qurmuş və bu dövlətin ilk Atabəyi olmuşdur. == Mənbə == "Ana Britannica", c.5 sf.57.
Ərdəbil Bələdiyyə Futbol Klubu
Ərdəşir Mirzə Qovanlı-Qacar (Bəhmən Mirzə oğlu)
Ərdəşir Mirzə Qovanlı-Qacar (d. 2 sentyabr 1875, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası - ö. 1920-ci ildən sonra, ?) — Abbas Mirzə Qacarın oğlu Bəhmən Mirzə Qacarın ailəsində dünyaya gəlmiş Qacar şahzadəsi. Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşa şəhərinin polis idarəsinin işçisi və qəza pristavı kimi fəaliyyət göstərmişdir. == Həyatı == Şahzadə Ərdəşir Mirzə Qacar 2 sentyabr 1875-ci ildə Yelizavetpol quberniyasının Şuşa şəhərində dünyaya gəlmişdir. Onun atası bir zamanlar Cənubi Azərbaycanın general-qubernatoru olmuş, Abbas Mirzə oğlu Bəhmən Mirzə Qacar, anası isə Bərdə xanım olmuşdur. Dini etiqad baxımından müsəlman olmuşdur. İlk təhsilini xüsusi şəkildə evdə almışdır. Ərdəşir Mirzə Bəhmən Mirzənin 63 övladından ən kiçiyi idi. O, həmçinin 1872-ci ildə Şuşada dünyaya gələn Bəhmən Mirzənin ən böyük nəvəsi Feyzulla Mirzədən də yaş etibarilə kiçik idi.
Ərfaca əl-Bəriqi
Ərfaca əl-Bəriqi (592, Bariq[d], Əsir bölgəsi[d] – 654, Mosul, ərəb. عرفجة بن هرثمة البارقي‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun İslam tarixində yerinin önəmli olması bilinir. Ömərin xilafətində ordunun komandanı olmuşdur. == Ridde müharibələri == İkrimə Əbu Bəkrin göstərişi ilə Omanın ardınca Mahra üzərinə yürüş edir. Ona qoşulmalı olan Ərfaca ibn Harthama hələ gəlməsə də, yerli üsyanı təkbaşına yatırır. O, Abyana gedir və göstərişləri gözləməyə başlayır.
Ərmənşahlar bəyliyi
Əhlatşahlar bəyliyi (1100-1207) — Əhlatda (Xilatda) XII əsrin əvvəllərində qurulmuş olan bir türk dövləti. == Tarixi == Bu dövlətə Ərmənşahlar, Sökmənlilər də deyilir. Sultan Məlikşahın əmisi oğlu olan Qütbəddin İsmayıl 1080-ci ildə Azərbaycan ümumi valiliyinə təyin edilmişdi. Qütbəddin İsmayılın komandirlərindən olan Sökməyin Böyük Səlcuq Sultanı Məlikşahın əmisi Yakutinin oğlu olan Qütbəddin İsmayılın qulamı (köməkçi-xidmətlə) idi. Qısa zamanda özünü göstərmiş və sürətlə yüksələrək komandir olmuşdur. Ədalət və yaxşılığı ilə şöhrət qazanan Sökməyin Ahlatta dəvət edildi. Sökməyin əsgərləri ilə Əhlata gələrək şəhəri təslim aldı. Burada bir hökumət, yəni bəylik qurdu. Ailəyə də bundan sonra Ahlat Şahları (Ahlatşahlar) və Ərmənşahlar deyildi.

Digər lüğətlərdə