CƏBR₁

is. [ ər. ] Zor, zor işlətmə, zülm.
Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü. Aşıq Ələsgər.
[Sönməz:] Xalq ərəblərin cəbrindən qurtarmaq üçün odlardan kömək istəyir. C.Cabbarlı.
Əvvəl gündən sevmədim cəbri və belə cəbrli şeyləri xoşlamadım. R.Rza.

□ Cəbr çəkmək – cəzasını çəkmək.
Zeynal [Qadir üçün] cəbrindir çək (dedi)… Ə.Əbülhəsən.

Cəbr etmək (eləmək) – zor işlətmək, zülm etmək. Əzizim cəbr eylədi; Yar yara cəbr eylədi.
Sağ olsun ürəyim ki; Bir belə səbr eylədi. (Bayatı).

// Zorla məcbur etmək.
[Tarverdi:] Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə, görürsən ki, qorxurlar, dəxi niyə qısnayırsan? M.F.Axundzadə.

Cəbrə düşmək – zora düşmək, əziyyət çəkmək.
[Muxtar Firəngizə:] Arvad kişinin yanında olsa, iş də bu qədər artmaz, arvad da bir belə cəbrə düşməz… B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏBR I CƏBR (riyaz.), HESAB II cəbr bax güc
  • CƏBR zor — güc

Omonimlər

  • CƏBR CƏBR I is. [ ər. ] riyaz. Riyaziyyat elmlərindən birinin adı. Bu cəbr, həndəsə bilməm nə demək? Uğraşan beynini incitmiş olur (H

Etimologiya

  • CƏBR Ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, “əziyyət” anlamında işlə­di­lir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əz
CƏBHƏÇİ
CƏBR₂
OBASTAN VİKİ
Kub(cəbr)
Kub — ədədi 3 dəfə özünə vurduqda alınan hasilə deyilir. n3 = n × n × n. Ədədin kubu cədvəli: 0³=0. 1³=1. 2³=8. 3³=27. 4³=64. 5³=125. 6³=216. 7³=343.
Kvadrat (cəbr)
Kvadrat ədəd - ədədin özü-özünə vurulmasından alınan hasil. Kvadrat dərəcəsi 2 olan qüvvət şəklində göstərilir. Kvadrat sırası: 0, 1, 4, 9, 16, 25, 36, 49, 64, 81, 100, 121, 144, 169, 196, 225, 256, 289, 324, 361, 400, 441, 484, 529, 576, 625, 676, 729, 784, 841, 900, 961, 1024, 1089, 1156, 1225, 1296, 1369, 1444, 1521, 1600, 1681, 1764, 1849... Tarixən bu ardıcıllıqlar həqiqi ədədlərin "kvadratı" adlandırılır. == Göstərilmə üsulları == n {\displaystyle n} həqiqi ədədinin kvadratını n-ə qədər olan ilk tək ədədlərin cəmi şəklində göstərmək olar: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 3 {\displaystyle 4=1+3} … 7: 49 = 1 + 3 + 5 + 7 + 9 + 11 + 13 {\displaystyle 49=1+3+5+7+9+11+13} … Həqiqi ədədin kvadratının göstərilməsinin daha bir üsulu: n 2 = 1 + 1 + 2 + 2 + . . . + ( n − 1 ) + ( n − 1 ) + n {\displaystyle n^{2}=1+1+2+2+...+(n-1)+(n-1)+n} Nümunə: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 1 + 2 {\displaystyle 4=1+1+2} … 4: 16 = 1 + 1 + 2 + 2 + 3 + 3 + 4 {\displaystyle 16=1+1+2+2+3+3+4} … == Kompleks ədədin kvadratı == Cəbri formada olan kompleks ədədin kvadratını aşağıdakı düstur ilə hesablamaq olar: ( a + b i ) 2 = ( a 2 − b 2 ) + 2 a b i . {\displaystyle \left(a+bi\right)^{2}=\left(a^{2}-b^{2}\right)+2abi.} Triqonometrik formada kompleks ədəd üçün analoji düstur: r ( cos ⁡ ϕ + i sin ⁡ ϕ ) 2 = r 2 ( cos ⁡ 2 ϕ + i sin ⁡ 2 ϕ ) .
Cəbr
Cəbr — ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, "əziyyət" anlamında işlədilir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əziyyət verdiyinə görə) belə adlanıb. Müxtəlif cəbr sistemlərinin adlarında istifadə edilir. Daha geniş mənada cəbrdə toplamanın və sayların vurulmasının adi əməliyyatlarını ümumiləşdirən bir çox sərbəst təbiətin elementlərinin üstündə əməliyyatların öyrənilməsinə həsr edilmiş riyaziyyatın bölməsini anladır. == Tarixi == Cəbrin mənbələri dərin qədimliyin vaxtlarına gedir. Həqiqi sayların və kəsrlərin üstündə hesab hərəkətləri — ən sadə cəbr əməliyyatlarıdır. Güman edilir ki, məsələlərin həlli yanlış vəziyyətin qaydasına əsaslandırılmışdı. Babilistan riyaziyyatçıları kvadrat tənlikləri həll edə bilirdi. Onlar yalnız müsbət əmsallarla və tənliyin kökləriylə işləyirdilər, çünki mənfi rəqəmləri bilmirdilər. Babilistanda müxtəlif yenidən qurmalar üzrə işlər bilirdilər.
Relyasiyalı cəbr
Əlaqələr cəbri və ya relyasiyalı cəbr (ing. Relational algebra) — verilənlər bazalarının idarə olunmasında: əlaqələri (cədvəlləri) emal etməyə imkan verən qaydalar və deyimlər toplusu. Əlaqələr cəbrində, adətən, aşağıdakı deyimlərdən istifadə olunur: SELECT, PROJECT, PRODUCT, UNION, INTERSEC, DIFFERENCE, JOIN (yaxud INNER JOIN) və DIVIDE; onların köməyilə verilənlər bazasında olan əlaqələrə əsaslanan yeni əlaqələr qurmaq üçün prosedurlar işlənib hazırlanır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uzunluq (Cəbr)
Uzunluq — cəbrdə verilmiş modulun ölçüsünü göstərir. == Təyini == Əgər A {\displaystyle A} üzüyü üzrə M {\displaystyle M} modulu verilibsə, onda M {\displaystyle M} -in uzunluğu alt modulların cəmindən ibarət olur: 0 = N 0 ⊊ N 1 ⊊ N 2 ⊊ … ⊊ N n = M . {\displaystyle 0=N_{0}\subsetneq N_{1}\subsetneq N_{2}\subsetneq \ldots \subsetneq N_{n}=M.} Buradakı uzunluq çox vaxt ℓ A ( M ) {\displaystyle \ell _{A}(M)} və ya ℓ ( M ) {\displaystyle \ell (M)} ilə işarə edilir.
Xətti cəbr
Xətti cəbr — riyaziyyat elminin bir sahəsidir, vektorları və vektor məkanlarını, xətti köçürmələri və məhdud ölçülərdə xətti tənlik sistemlərini öyrənir. İndiki riyaziyyatda vektor fəzaları vacib bir rol oynayır. Buna görə, xətti cəbr abstrakt cəbrdə və funksional analizdə genişliklə istifadə olunur. Xətti cəbr, həm də, analitik həndəsədə işlənilir, ümumiləşdirimiş formada xətti cəbri operator nəzəriyyədə görmək olar.
Hüseyn Cəbrayıloğlu
İsmayılov Hüseyn Cəbrayıloğlu (27 noyabr 1975, Lənkəran) — idman jurnalisti == Həyatı == Hüseyn Cəbrayıloğlu İsmayılov 1975-ci ildə Lənkaran şəhərində anadan olub. Lənkaran şəhər 10 saylı orta məktəbini bitirib. Mətbuatda ilk addımlarını 14-yaşında "Çeşmə", "Elin səsi" qəzetlərində atıb.1990-cı ildə Dünya Uşaqlarının Hüquqlarının Müdafiə Liqasının keçirdiyi inşa müsabiqəsinin qalibidir.1996-cı ildə Hərbi Tibb Məktəbini bitirib.1996–2003-cü illərdə cəbhənin Murovdağ bölgəsində zabit kimi xidmət edib, hərbi təqaüdçüdür.2008-ci ildən 2013-cü ilə qədər ölkənin ən nüfuzlu və çoxtirajlı Futbol + qəzetinin əməkdaşı olmuşdur. 2016-cı ildən "Xəzər Lənkəran" klubunun əsas sponsoru olan "Palmali"nin Bakı ofisinin, eləcə də həmin quruma daxil olan şirkətlərin mətbuatla əlaqələrinə nəzarət edəir Cənub Bölgəsində Futbolun İnkişaf Tarixi adlı elmi kitabın müəllifidir bir çox mükafatlara layiq görülüb tanınmış jurnalist Etibar Cəbrayıloğlunun qardaşıdır.
Hüseynallar (Cəbrayıl)
Hüseynalılar, Hüseynallar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Hüseynalılar (Cəbrayıl)
Hüseynalılar, Hüseynallar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsi inqilabdan əvvəl Cəbrayıl qəzasının hacılı icmasına mənsub hüseynalılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Həkim Cəbrayil
Həkim Cəbrayil(vəfatı 1616). == Həyatı == Həkim Cəbrayil Həkim Məhəmməd Bəqərin oğlu. Tibb elmini Qəzvin və İsfahan şəhərlərində öyrənmişdi, mehriban xasiyyəti və səhavətinə görə şöhrət tapmışdı. Təhsilini başa vurandan sonra, şahın əmri ilə Ərdəbilin "Darül-İrşad" mədrəsəsinə dərs deməyə göndərilmişdi. Müəyyən müddətdən sonra, o, Ərdəbili tərk edib, Hindistana yollanır və Əbdürrəhim Hani-Hanan adında xeyriyyəçinin sarayına yol tapır. Lakin Həkim Cəbrayıl orada çox qalmır və Hindistanın Dekkan əmirliyinə üz tutur. Orada, o, Qolkunda şəhərinin hökmdarı Məhəmmədqulu Qütb Şahın himayəsini qazanır və ölümünə qədər orada yaşayır.
Həsən Cəbrayılov
Həsən Xəlil oğlu Cəbrayılov (Ahəngi) (1 may 1949, Tehran – 31 iyul 2019, Bakı) — tanımış parodiyaçı, aktyor, müğənni, yazıçı, jurnalist, publisist və şair-qəzəlxan. == Həyatı == Həsən Cəbrayılov, əslən Ərdəbil şəhərindən olsa da, 1949 ilin mayın 1-də İranın paytaxtı olan Tehran şəhərində dünyaya göz açmışdır. 1953-cü ildə ailəsi ilə birgə Bakıya köçüb. Bakı şəhəri 39 nömrəli tam orta məktəbini (1964), Rabitə Texnikumunu (1968) və Azərbaycan Politexnik İnstitutunu (hazırda AzTU) bitirib. Moskva Teatr İnstitutunun nəzdindəki estrada rejissorları fakültəsində 3 kursu bitirmişdir. 1970-ci illərin əvvəlində Bakı Elektrik Maşınqayırma Zavodunda işləyib. 1977-ci ildən Azərbaycan Televiziyasının elektromexaniki, 1994-cü ildən omrünün sonuna kimi Azərbaycan Televiziyasının videotekasında arxivarius kimi çalışıb. Verilişlərin bərpası ilə məşğul olub, arxivi əzbər bilirdi, fenomenal yaddaşa malik olub və günün istənilən anında tələb olunan materialı tapa bilirdi. 1970-ci illərin əvvəlindən çalışdığı zavodun bədii özfəaliyyət ansamblında müğənni, parodiyaçı və konfransye kimi çalışıb, Şərq xalqlarının populyar mahnı və təranələri ifa edirdi. O vaxtdan da özünəməxsus parodiya ustalığını geniş tamaşaçı kütləsinə təqdim etdi.
Həsənli (Cəbrayıl)
Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cəbrayıl rayonunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Kürdlər (Cəbrayıl)
Kürdlər — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Kürdlər kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı Şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Mahmudlu (Cəbrayıl)
Mahmudlu (kənd, Cəbrayıl)
Mahmudlu (kənd, Cəbrayıl)
Mahmudlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == 1993-cü ildən Ermənistan silahlı qüvvələrinin işğalı altına düşmüşdür. 4 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur.
Mahmudlu (qəsəbə, Cəbrayıl)
Mahmudlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şükürbəyli kənd inzibati ərazi dairəsində qəsəbə. == Etimologiyası == Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. == Tarixi == 1993-cü ildən Ermənistan silahlı qüvvələrinin işğalı altına düşmüşdür. 4 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur.
Mehdili (Cəbrayıl)
Mehdili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kənd cənubdan İranla həmsərhəddir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Mehdili Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlik sahədədir. Yasayış məntəqəsi Qarabaglı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmus, Bərdə rayonunun Lənbəran kəndindən köçürülmüş Mehdili adli nəslin həmin xana məxsus torpaqda yerləşdirilməsi nəticəsində yaranmışdır. == Əhalisi == === Tanınmışları === Günel Mövlud — şair. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq, üzümçülük və baramaçılıq olmuşdur.
Mikayıl Cəbrayılov
Mikayıl Cəbrayılov (27 aprel 1952, Oxud, Nuxa rayonu – 15 dekabr 1990, Mikayıllı) — milis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir. Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir. == Döyüşlərdə iştirakı == 1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz,Nazim,Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini düşməndən müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda erməni döyüşçülər onları pusquya salır və onların olduğu maşını atəşə tuturlar.
Minbaşılı (Cəbrayıl)
Minbaşılı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib 2020-ci ilin 23 oktyabırında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Minbaşlı Cəbrayıl r-nunda kənd. Düzənlikdədir. XIX əsrdə kənd Köhnəqışlaq adlandırılan sahədə bir neçə oymaqdan ibarət olmuşdur. Sonralar Parayataq adlı indiki yerə köçmüşdür. Kənddə iki nəsil vardlr: minbaşılılar ve cəfəralılar. Kənd minbaşılı nəslinin adını daşıyır. == Əhalisi == İskəndər bəy Minbaşıyev-xeyriyyəçi == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Mirzə Cəbrayıl
Mirzə Cəbrayıl ( azərb. Mirzə Cəbrayıl‎ ; 1822, Ştul, Kyurinski rayonu, Dağıstan vilayəti, Rusiya İmperiyası - 1902, Dərbənd, Dağıstan vilayəti, Rusiya İmperiyası ) - XIX əsr ləzgi əsilli Azərbaycan şairi, Mirzə Kərimin qardaşı. == Həyatı == Mirzə Cəbrayıl 1822 -ci ildə Ştul kəndində anadan olmuşdur. O, şair Mirzə Kərimin qardaşıdır. Yaraqdan olan məşhur alim Məhəmmədin mədrəsəsində elm almışdır. Şairin ailəsi Dərbəndə köçdükdən sonra Dərbənd məktəbində müəllim işləmişdir. 1902 -ci ildə orada vəfat etmişdir . == Yaradıcılığı == Mirzə Cəbrayıl “Süpehri” təxəllüsü ilə mərsiya, qoşma, gəraylı, məsnəvi janrlarında çoxlu şeirlər yazmışdır . O, “Böyək” əsərini 19-cu əsrin ikinci yarısında Dağıstanda ağcaqayın yetişdirilməsinin faciəvi nəticələrinə həsr etmişdir. Cəmiyyət müxtəlif peşələrin nümayəndələrindən ibarətdir: dülgər, şumçu, çoban, dərzi, alim, müəllim, müğənni, hamam qulluqçusu, saç ustası, satıcı, həkim.
Molla Həsənli (Cəbrayıl)
Molla Həsənli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Molla Həsənli kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs saldığına görə onun adı ilə aldandırılmışdır. Həmçinin bu adda Masallı və Daşkəsən rayonlarında kənd mövcuddur. == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Mollahəsənli (Cəbrayıl)
Molla Həsənli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Molla Həsənli kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan gəlmiş Molla Həsən adlı şəxs saldığına görə onun adı ilə aldandırılmışdır. Həmçinin bu adda Masallı və Daşkəsən rayonlarında kənd mövcuddur. == Tarixi == == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Məzrə (Cəbrayıl)
Məzrə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Məzrə kəndi Sarıcalı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından azad edilmişdir. == Toponimikası == == Tarixi == 1918–1920-ci illərdə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülmüşdür. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Nazim Cəbrayılov
Nazim İbrahim oğlu Cəbrayılov (2 mart 1949, Ağdam – 18 aprel 1994, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və fəaliyyəti == Nazim Cəbrayılov 1949-cu il martın 2-də Ağdam şəhərində anadan olub. Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirən Nazim Cəbrayılov 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Ali təhsilini bitirdikdən sonra təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib. Daha sonra Kalininqrad Milis Məktəbində oxuyan Nazim Cəbrayılov ikinci ixtisas diplomu alıb. Bir müddət işlədikdən sonra vətənə qayıdıb və 2711 nömrəli hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində çalışıb. == Hərbi xidməti == 1988-ci ilin Ermənistanın Azərbaycan torpaqlarına hücumundan sonra baş leytenant Nazim Cəbrayılov Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi üçün hərbi xidmətə yollanıb. O, Müdafiə Nazirliyinin əmri ilə taqım komandiri təyin edilib. 1994-cü il aprelin 13-də Nazim Cəbrayılov vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib.
Paxan Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Pərviz Cəbrayıl
Pərviz Şahbaz oğlu Cəbrayıl (18 yanvar 1971, Puşkin rayonu) — şair, yazıçı, publisist, "Azadlıq" qəzetinin redaktoru. == Həyatı == Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub. 2000-ci ildə "Millətin səsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2001–2006-cı Rusiyanın Novosibirsk şəhərində çalışıb. 2007-ci ildə yenidən "Azadlıq" qəzetinə qayıdıb, baş redaktorun müavini kimi fəaliyyətə başlayb.
Qalacıq (Cəbrayıl)
Qalacıq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 Noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qalacıq Cəbrayıl rayonunun Hovuslu inzibati ərazi vahidində kənddir. Çaxmaq çayının (Arazın qolu) sahilində, Qarabag silsiləsinin ətəyindədir. Keçmis adl Əhmədli olmuşdur. Yasayış məntəqəsi orta əsrlərə aid qədim qala xarabalığının yaxlnlığında salindığı üçün belə adlandırılmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qaraağac (Cəbrayıl)
Qaraağac — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cəbrayıl rayonunun eyni adlı i.ə.v-də kənd. Bu adda Cəlilabad, Qubadlı və Sabirabad rayonlarında qeydə alınmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Qurbantəpə (Cəbrayıl)
Qurbantəpə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qurbantəpə Cəbrayıl rayonunun Cəbrayıl qəsəbə inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Yerli məlumata görə, yaşayış məntəqəsini qonşu Hacılı kəndindən gəlmiş ailələr Qurban təpəsi adlı ərazidə saldığı üçün belə adlanmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.

Digər lüğətlərdə