CÖVR-CƏFA

is. [ ər. ] klas. Bax cövr.
Bən nə təriqü vəchlə cövrü cəfadən usanım; Çünki həmişə yarımın cövrü cəfası yarədi. Nəsimi.
Ey bivəfa, məni cana yetirdin; Bunca cövrü cəfa birdən olurmu? Q.Zakir.

□ Cövr-cəfa etmək (eləmək) – zülm etmək, əzab vermək, incitmək.
Hər qədər eyləyəsən cövrü-cəfa; Mən sənə eyləməzəm qeyri-vəfa. S.Ə.Şirvani.

CÖVR
CÖVÜZ

Digər lüğətlərdə

баро́метр беспоща́дный мелколе́сье не бо́г весть где не́мощь ни́клый обтека́ть позы́вистость прочу́хаться разноцве́тье сушь так и е́сть транжи́рство тре́пел филотайми́ст бо́же упаси наполо́ть подбо́рка расстёгиваться углеки́слый газ close corporation myrmidon poky soil formation tic-tac-toe