CƏSARƏTLƏNMƏK

f. Cəsarət etmək, qorxusu gedib cürətlənmək, ürəklənmək; özündə cəsarət hiss etmək; ruhlanmaq; daha heç şeydən qorxmamaq.
[Qaçaqlar] elə şiddətli cəsarətlənmişdilər ki, nəinki kəndlərə, hətta balaca şəhərlərə də hücum edirdilər… E.Sultanov.
[Qadın mərsiyəxana:] Nəhayət, cəsarətləndim; mənə xudbin hisslər gəldi, o səs mənim olacaq – dedim. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏSARƏTLƏNMƏK cürətlənmək — şücaətlənmək — hünərlənmək — qoçaqlaşmaq — mərdləşmək — ürəkləşmək — igidləşmək

Antonimlər (əks mənalı sözlər)

  • CƏSARƏTLƏNMƏK CƏSARƏTLƏNMƏK – QORXMAQ Emin guya cəsarətlənmişdi (S.Qədirzadə); Ancaq açılmayır o qorxur ki, sən; Onu birdəfəlik rədd eləyəsən (S
CƏSARƏTLƏNMƏ
CƏSARƏTLİ

Digər lüğətlərdə