CAVABSIZ

sif.zərf Cavabı olmayan, cavabı verilməyən. Cavabsız məktub. Cavabsız suallar. Bir dənə ərizə cavabsız qalmamalıdır.
// Məc. mənada.
Ellər talan olur, vergilər ağır; Göylər cavabsızdır, buludlar sağır. S.Vurğun.
Cavabsız eşqinin təlatümündə; Aylar, illər boyu aşıb-daşdı o. B.Vahabzadə.

□ Cavabsız buraxmaq (qoymaq) – cavab verməmək. Sualı cavabsız qoymaq.
– Lalə də, fəhlələr də [Qüdrəti] cavabsız buraxdılar. M.Hüseyn.

CAVABLI
CAVAHİR

Digər lüğətlərdə