CİLVƏ

is. [ ər. ] Dilbərcəsinə hərəkət, naz, qəmzə, işvə; hərəkətdə, davranışda, danışıqda incəlik, zəriflik, gözəllik, lətafət.
Sığallama hərdəm tərlan quş kimi; Tamam sümüyündə cilvə gərəkdir. M.P.Vaqif.
[Xəyyam:] Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban; Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? H.Cavid.
Bütün varlıq … füsunkar bir cilvədə [şairin] gözlərində işıqlanırdı. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİLVƏ bax: cila
CİLOVSUZ
CİLVƏKAR

Digər lüğətlərdə