COŞMAQ

f.
1. Şiddətlənmək, çox güclənmək, gurlamaq, tüğyan etmək; daşmaq, kükrəmək (təbiət hadisələri haqqında). Tufan getdikcə coşur. Dəniz coşmuşdu.
– Bu çaylar coşar indi; Qaynayıb daşar indi; Gözüm dağlarda qalıb; Yar gəlib aşar indi. (Bayatı).
Kükrəsin şəlalə; Coşsun, çağlasın; Dağların ərköyün balasıdır o. N.Xəzri.
…Dəniz Ümidin xəyalları kimi coşub çaxnaşırdı. B.Bayramov.

// məc. Qızışmaq, qaynamaq, cuşa gəlmək.
…Məhəbbət coşdu, məni bürüdü, “Ruqiyyə, Ruqiyyə” dedirtdi. A.Divanbəyoğlu.
[Qubernator:] İnsan qan yığdıqca coşar, qan verdikcə susar. C.Cabbarlı.

2. məc. Özündən çıxmaq, hirslənmək, qızışmaq, qəzəblənmək. Coşub, qabağını saxlamaq mümkün deyil.
Niyə belə coşmusan? – Tahir istər-istəməz təmkinini pozaraq coşdu. S.Rəhimov.
[Usta:] Ay arvad, ay Gülpəri, coşma görək, axır nə olub ki? M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • COŞMAQ 1. COŞMAQ, DAŞMAQ, KÜKRƏMƏK, ŞİDDƏTLƏNMƏK (təbiət hadisələri haqqında) 2. COŞMAQ (özündən çıxmaq) Qaraca qız elə coşmuşdu ki, orada olan adamlar onun
  • COŞMAQ qızışmaq — əsəbiləşmək — hirslənmək
  • COŞMAQ dalğalanmaq — ləpələnmək
  • COŞMAQ guruldamaq — vıyıldamaq

Etimologiya

  • COŞMAQ Cuşə gəlmək sözü ilə qohumdur. Fars dilində cuşidən feili var və cuş sözü onun qrammatik əsasıdır.Söz bizdən keçib
COŞQUNLUQ
COŞUB-DAŞMA

Digər lüğətlərdə

вытека́ние дезорганизо́ванно затверде́ние первопрису́тствовать селяни́н благоро́дие видеомагнитофо́н дика́рь ки́слость монго́льский обмота́ться осведоми́ть семигра́нный венгр distune incorrigible mutator gene nosopoietic piece of eight sticky superfortress toponymical wirewalker иллюстратор константный