CIĞCIĞA₁

is. etnoq.
1. Gəlin gedən qızların başına salınan qızıl parıltılı bəzək şeyi.
Gəlinin və yengələrin duvaqları aşağı salındı, üzlərinə duvağın üstündən cığcığa taxılmışdı. Çəmənzəminli.

// Bəzək üçün gəlinlərin başına səpilən parıltılı, ala-bəzək pərəklər.
Gəlinin üzünə ağ-sarı pərəklər yapışdırıb, başına parlaq cığcığa tökdüklərindən onun hər tərəfi parıldayırdı. M.S.Ordubadi.

2. Cığcığa kimi şax şey haqqında.
[Hacı Novruz:] Cığcığa əsginazlar vermişəm, sarı qızıllar sayıb işlətmişəm. Ə.Haqverdiyev.

CIĞARA
CIĞCIĞA₂
OBASTAN VİKİ
Cığcığa
Şax-şax və ya Cığcığa — körpələrə əyləncə üçün xüsusi olaraq istehsal edilmiş səsli oyuncaq.

Digər lüğətlərdə