DƏHŞƏTLİ

sif.
1. Dəhşət doğuran, son dərəcə qorxunc; müdhiş.
Əgər bu, həqiqətə çevrilsəydi, gör Müqim bəy Cavanşir üçün necə dəhşətli faciə üz vermiş olardı. S.Rəhimov.
Kambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rəhman.

// İnsanı dəhşətə salan, dəhşət hissi oyadan, faciəli, çox ağır. Dəhşətli mənzərə.
– “Nadir şah” faciəsində yazıçı … saray intriqalarının ən dəhşətli səhnələrini təsvir edir. M.Arif.

2. Çox pis. Dəhşətli hava. Dəhşətli külək.
3. Çox güclü, şiddətli, dözülməz. Dəhşətli ağrı.
– Kül rəngli havada toz-duman var; Dəhşətli soyuq, ayaz, boran var. A.Şaiq.
Xavər dörd aylıq dəhşətli əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü sarıqlı gözündən çəkə bilmirdi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏHŞƏTLİ dəhşətli bax qorxulu 1
  • DƏHŞƏTLİ küclü — şiddətli — dözülməz
  • DƏHŞƏTLİ qorxunc — müdhiş

Antonimlər (əks mənalı sözlər)

  • DƏHŞƏTLİ DƏHŞƏTLİ – FƏRƏHLİ Tiflisdəki dəhşətli Metex qalasına köçürtdülər (S.Rəhman); İndi biz fərəhli günlər keçiririk
DƏHŞƏTLƏNMƏK
DƏHŞƏTNAK

Digər lüğətlərdə

внуши́тельность втолко́вываться зодиа́к клавиату́рный мясти́сь приукраша́ть разви́лочка счастли́вица все жилы вы́тянуть диахрони́ческий добро́тный навя́зчивый побрюзжа́ть прошепта́ться пусково́й растере́ть старый стиль bullring Em hurry off nurseryman peach-brandy pin-up psychodynamic theory