DƏNİZ QARANQUŞU

is. zool. Zirehli kiçik dəniz balığı.
DƏNİZ
DƏNİZARIDAN
OBASTAN VİKİ
Dağ qaranquşu
Dağ qaranquşu (lat. Ptyonoprogne) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Kənd qaranquşu
Kənd qaranquşu (lat. Hirundo rustica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin əsl qaranquş cinsinə aid heyvan növü.
Qaya qaranquşu
Dağ qaranquşu (lat. Ptyonoprogne) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Sahil qaranquşu
Sahil qaranquşu (lat. Riparia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Şəhər qaranquşu
Şəhər qaranquşu (lat. Delichon) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinə aid heyvan cinsi.
Dəniz
Dəniz — Sualtı dağlar, okeanın cərəyanları və ya adalar qövsü ilə sərhədlənmiş su hövzəsi == Haqqında == Dənizlər okeanın bir parçasıdır və onunla birbaşa və ya boğaz vasitəsilə əlaqələnir. Dənizlər qismən quru ilə, qismən də sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. Dənizin əsas xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir neçə boğazla) birləşmiş olmasıdır. Dünyanın ən böyük dənizləri Aralıq dənizi, Berinq dənizi, Karib dənizi, Filippin dənizi və s. sayılır. Onlardan ən böyüyü Flippin dənizidir. Duzluluğuna görə isə birinci yerdə Qırmızı dəniz durur. Dənizlər yerləşdikləri ərazi və ya sərhədlərinə görə üç yerə bölünüb: Daxili dənizlər Kənar dənizlər Adalar arası dənizlər == Dəniz suyu == Dəniz suyunun əsasını duz və xloridlər təşkil edir. 1l dəniz suyunun tərkibində orta hesapla 35 qr. duz vardır.
Adi sahil qaranquşu
Adi sahil qaranquşu (lat. Riparia riparia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin sahil qaranquşu cinsinə aid heyvan növü. == Yarımnövləri == R. r. dolgushini R. r. eilata R. r. ijimae R. r. innominata R. r. kolymensis R. r. riparia R. r. shelleyi R. r.
Kiçik qaya qaranquşu
Kiçik qaya qaranquşu (Ptyonoprogne fuligula), Pakistana Afrikada və cənub-qərb Asiya şərqində iqamətgah salan qaranquşkimilər (Hirundinidae) fəsiləsindən olan bir qaranquş növüdür. O, əsasən dağlarda çoxalır, lakin həmçinin daha aşağı ucalıqlarda, xüsusilə qayalı ərazilərdə və şəhərlərin ətrafında və əksər qaranquşlardan fərqli olaraq, sudan uzaqlarda da tez-tez tapılır . Kiçik qaya qaranquşu əsasən qəhvəyi lələklər ilə, daha solğun yuxarı sinədə köklənən və qanad sığınacaqlarının və uçuşda yayılma quyruğunda ağ "pəncərələr" ilə 12–15 sm uzunluğundadır. CCinslər (sekslər) xarici görünüşünə görə oxşardır, ancaq yeniyetmələr yuxarı hissələrə və uçuş lələklərinə solğun saçaqlara malikdir. Şimali yarımnövlər daha kiçikdir, cənubi Afrikadan daha solğun və ağ rəng formalaşır və daha ayrı növlər, "Solğun dağ qaranquşu" kimi bəzi növlərə parçalanır. Qaya qaranquşu sürüşərək yavaş uçuşdan istifadə edən uçan həşəratlar üçün sıldırım qaya üzləri boyu ovlayır . Onun çağırışı yumşaq cikkiltidir.
Kiçik sahil qaranquşu
Kiçik sahil qaranquşu (lat. Riparia paludicola) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin sahil qaranquşu cinsinə aid heyvan növü.
Adi dağ qaranquşu
Adi dağ qaranquşu (lat. Ptyonoprogne rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin dağ qaranquşu cinsinə aid heyvan növü.
Adi şəhər qaranquşu
Adi şəhər qaranquşu (lat. Delichon urbicum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaranquşlar fəsiləsinin şəhər qaranquşu cinsinə aid heyvan növü.
Atiyə Dəniz
Atiyə Dəniz (22 noyabr 1988, Bremen) — türk-holland milliyətli müğənni və bəstəkar. == Həyat və Karyerası == Uşaq yaşlarından etibarən musiqiyə bağlı olan müğənni, 6 yaşında piano dərsləri almağa başlamışdır. Səs təhsilinə opera sənətçisi və İzmir Dövlət Opera və Baleti Şan pedoqoqu Bariton Aşkın Metiner ilə başlayan Atiyə hələ də bu məşqlərinə davam edir. Ailəsindən gələn musiqi mədəniyyəti və atasının çaldığı tembr nağaraları ilə bərabər musiqi məşqlərini sürətləndirməş və hələ 19 yaşında ikən, 2007-ci ilin Mart ayında ilk studiya albomu "Gözyaşlarım"ı çıxarmışdır. Albomda həm ingiliscə həm də türkcə mahnıları olan Atiye, çıxış mahnısı "Don't think" mahhnısı ilə internetdə qısa zaman kəsiyində populyarlaşmağı bacarmışdır. Bu mahnısıyla 2007-ci ildə qurulan beynəlxalq "Kral Tv Video Musiqi Mükafatları"nda "Ən yaxşı çıxış edən qadın sənətiçi" mükafatını almışdır.
Ağ dəniz
Ağ dəniz — Şimal Buzlu Okeanda dəniz. Əsasən Rusiyanın ərazisi ilə əhatələndiyi üçün daxili dəniz hesab olunur. Ən əhəmiyyətli limanı Arxangelskdir.
Barens dəniz
Barens dənizi (norv. Barentshavet; 1853-cü ilə qədər Murman dənizi) — Şimal Buzlu okeanın ucqar dənizidir. O Rusiyanın və Norveçin sahillərini əhatə edir. Holland səyyah Vilyam Barensin şərəfinə belə adlandırılmışdır. Dəniz Avropanın şimal sahili və Şpisbergen, Frans İosifin torpağı və Novaya Zemlya arxipelaqları ilə məhdudlaşmışdır. Dənizin sahəsi 1424 min km²-dir. 600 m-a qədər dərinliyə malikdir. Dəniz kontinental şelfdə yerləşmişdir. Dənizin cənub-qərb hissəsi qışda Şimali-Atlantika cərəyanının təsirinə görə donmur. Cənub-şərq hissəsi Peçora dənizi adlanır.
Dəniz respublikaları
Dəniz respublikaları (it. Repubbliche marinare) — İtaliyada Orta əsrlərdə yaranmış və inkişaf etməyə başlamış şəhər dövlətlərinə verilən ümumi ad. Şəhər dövlətlərindən ən tanınmışları Piza, Genuya və Venesiya şəhər dövlətləri olmuşdur. Bu dövlətlər bir-biri ilə istər iqtisadi istərsədə siyasi baxımdan rəqabət aparır və biri-digərini özündən aslı vəziyyətə salmağa çalışırdı. X-XIII əsrlərdə İtaliya şəhər dövlətləri Aralıq dənizində yerləşən ticarət yollarına nəzarət etmək və ərazidə daha da güclənmək üçün öz hərbi donanmalarını formalaşdırmağa başlamışdılar. Bu baxımdan şəhər dövlətlərinin donanmaları Səlib yürüşlərində iştirak edən hərbi birliklərə çox kömək etmişdir. Səlibçilərin dənizdən dəstəyini Venesiya şəhər dövləti başda olmaqla digər şəhər dövlətləri qarşılayırdı. Dəniz respublikaları öz mövcudluqlarını qoruyub saxlaya bilmək üçün müxtəlif zamanlarda böyük imperiyalar ilə vassal müqavilələri imzalamış və ya bir-birlərinə qarşı aparılan döyüşlərdə müttəfiqlərini hərbi donanma ilə təmin etmişdilər. == Ümumi mənzərə == Dəniz respublikaları şəhər dövlətləri idi. Əsasən müstəqil dövlət olaraq formalaşmış və daxili-xarici siyasətdə müstəqil qərarlar qəbul etməkdə sərbəst idilər.
Dəniz samuru
Dəniz samuru (lat. Enhydra lutris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin enhydra cinsinə aid heyvan növü. Dəniz samurları dəniz mühitinə uyğunlaşan, üstəlik silahdan istifadə etməyi bacaran, primat olmayan nadir və unikal canlılardan biridir. Dəniz samurları Sakit okeanın Rusiya, Yaponiya, ABŞ və Kanada kimi ölkələrin sahil ərazilərində yayılmışlar. XVIII–XIX əsrlərdə dəniz samurları qiymətli xəzlərinə görə kütləvi ovlanmaya məruz qalmışdır. Nəticədə sayları olduqca azalmış və nəsli kəsilmək həddinə çatmışdır. Dəniz samurları SSRİ qırmızı kitabına daxil edilmişdir. Eynilə bu canlıların yayıldığı digər ölkələrdə də onlar qırmızı kitaba əlavə edilib. 2009-cu il məlumatına görə dünyanın hər yerində bu canlıların ovuna qadağa qoyulmuşdur. Onların ovlanmasına bircə Alyaskanın köklü əhalisi olan aleutlara icazə verilir.
Dəniz sinerariyası
Dəniz sinerariyası — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Aralıq dənizi ölkələrində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-60 sm olan,çoxillik koldur.Ağ-gümüşü rəngli yarpaqları bitkiyə dekorativ görünüş verir.Lələkvari bölünmüş yarpaqlarının aşağı hissəsi gümüşü tüklərlə örtülmüşdür.Apreı-may aylarında çiçəkləyir.Çiçəkləri sarı rəngdədir.Toxum və qələmlərlə çoxaldılır. == Ekologiyası == Torpağa tələbkar deyil,lakin,yüngül torpaqlarda daha yaxşı inkişaf edir. == Azərbaycanda yayılması == Mədəni şəraitdə Bakıda,Gəncədə,Balakəndə,Qubada və s. şəhər və rayonlarda becərilir. == İstifadəsi == Bağ və parklarda canlı çəpərlərin salınmasında,bordür və müxtəlif dekorativ kompozisiyaların yaradılmasında geniş istifadə olunur. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Dəniz suyu
Dəniz suyu — dəniz və okeandakı su. Dəniz suyunun duzluluğu 35 % təşkil edir, dəyişiklik 34–36 % arası ola bilər. Dəniz suyunun hər litrində 35 qram duz həll edilib (əsasən xlorid natri). == Dəniz suyunun xüsusiyyətləri == Suyun duzluluq dərəcəsi quru qalıq, ionların mq-ekv çəkisinin cəmi və ya Bome dərəcilərilə ifadə olunur. Duzluluq, suyun Palmer təsnifatında istifadə olunan göstəricilərdən biridir. Bu təsnifata görə, suyun ekv- %-lə ifadə olunmuş birinci, ikinci və üçüncü duzluluğa ayrılır. Güclü turşu anionlarının güclü əsaslar (K, Na və b.) ilə birləşmələri birinci, zəif əsaslarla (Ca, Mg və b.) birləşmələri ikinci və çox zəif əsaslarla (Fe, Cu, Al və b.) və hidrogenlə birləşmələri isə suyun üçüncü duzluluğunu verir. Okeanlarda suyun duzluluğu hər yerdə təqribən 35 ‰-ə yaxındır, ancaq dənizlərdə duzluluq bərabər paylanmayıb. Ən az duzluluq Fin körfəzidədir. Ən çox duzluluq isə Qırmızı dəniz və Aralıq dənizinin şərq hissəsindədir.
Dəniz sıfı
Dəniz sıfı (lat. Sander marinus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Təsviri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulcuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bədəninin rəngi açıq bozdur, üzərində tünd rəngli 12-13 köndələn ləkə olur. Birinci bel üzgəcində 12-14 şaxəsiz, ikinci bel üzgəcində 1-3 şaxəsiz, 14-16 şaxəli, anal üzgəcində isə 2 şaxəsiz, 11-12 şaxəli şüa vardır. Yan xətt pulcuqlarının sayı 78-84 arasında dəyişir. == Yayılması == Xəzər dənizinin orta və cənub hissələrində yayılmışdır.
Dəniz səviyyəsi
Dəniz səviyyəsi — okean və dənizlərdə sərbəst su səthinin şərti qəbul edilmiş başlanğıça nisbətən şaquli xətt üzrə vəziyyəti. Dəniz səviyyəsi ağırlıq qüvvəsinin, həmçinin qabarma və çəkilmə, atmosfer təzyiqi, günəş radiasiyası, materik axını və s. təsiri nəticəsində daim dəyişir. Dəniz səviyyəsi orta çoxillik, orta illik, orta aylıq, orta günlük və "ani" olur. Orta çoxillik dəniz səviyyəsi dənizin sakit vaxtındakı səviyyəsinə uyğundur. Bu səviyyə quruda mütləq yüksəklik və dənizdə dərinliklər hesablanarkən başlanğıç səviyyə kimi qəbul edilir. Müxtəlif dəniz və okeanlarda suyun səviyyəsi küləyin istiqamətindən və gücündən, qabarma və çəkilmədən, buzların əriməsindən, çayların gətirdiyi sulardan asılı olaraq dəyişilir. Lakin dənizlərin orta səviyyəsi isə hər yerdə eynidir. == İstinadlar == == Xarici keçidlər == Sea level rise - How much and how fast will sea level rise over the coming centuries? Past.
Dəniz tısbağaları
Dəniz tısbağaları (lat. Chelonioidea) — tısbağalar dəstəsinə aid heyvan fəsiləüstü. == Xüsusiyyətləri == Daim su mühitində yaşamağa uyğunlaşmış iri sürünənlər (zirehinin uz. 1,4 m-ədək, kütləsi 400 kq-a qədər olur). Zirehi hündür deyil, sürüşgən qərni qalxancıqlarla örtülüdür. Sümükdən olan bel qalxanı qabırğalar və kənar qatlar arasında deşiklərin əmələ gəlməsi hesabına yüngülləşmişdir. İri başı və kürəkşəkilli ətrafları çanağa yığılmır, yoğun və qısa boynu isə qismən yığılır. Dəniz tısbağaları ətrafların (xüsusilə arxa ətraflara nisbətən çox iri ön ətrafların) kürəkvarı hərəkəti ilə yaxşı üzür və suya baş vururlar. Yalnız birləşmiş vəziyyətdə olan 1-3-cü barmaqlarda qısa caynaqlar var. Əksəriyyəti balıqlar, mollyusklar, dərisitikanlılar, xərçəngkimilər, bağırsaqboşluqlular və süngərlərlə qidalanır; ən irisi sayılan yaşıl tısbağa (Cheloniamydas) yosunlarla qidalanır.
Dəniz ulduzları
Dəniz ulduzları (lat. Asteroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Təqribən 1600 müasir növü var. Ulduz şəkilli və ya beşguşəli dərisitikanlıdır. Əksəriyyətinin uzunluğu 12–25 sm olsa da, sinfin nümayəndələrinin ölçüləri 2 sm-lə 1 m arasında dəyişir. == Həyat tərzi və xarici quruluşu == Dəniz ulduzu dənizdə yaşayır. Suyu nisbətən az duzlu olan dənizlərdə yaşaya bilmir. Dəniz ulduzu sahilə yaxın yerlərdə dənizin dibində sürünür, dəniz çəkildikdə isə çox zaman daşların yosunların altında qalır. Bədən formaca beşguşəli ulduza oxşayır. Bədən mərkəzi diskdən və ondan çıxan beş şüadan təşkil olunmuşdur ki, bu şüalara qollar da deyirlər.
Dəniz ulduzu
Dəniz ulduzları (lat. Asteroidea) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Təqribən 1600 müasir növü var. Ulduz şəkilli və ya beşguşəli dərisitikanlıdır. Əksəriyyətinin uzunluğu 12–25 sm olsa da, sinfin nümayəndələrinin ölçüləri 2 sm-lə 1 m arasında dəyişir. == Həyat tərzi və xarici quruluşu == Dəniz ulduzu dənizdə yaşayır. Suyu nisbətən az duzlu olan dənizlərdə yaşaya bilmir. Dəniz ulduzu sahilə yaxın yerlərdə dənizin dibində sürünür, dəniz çəkildikdə isə çox zaman daşların yosunların altında qalır. Bədən formaca beşguşəli ulduza oxşayır. Bədən mərkəzi diskdən və ondan çıxan beş şüadan təşkil olunmuşdur ki, bu şüalara qollar da deyirlər.
Dəniz xalqları
Dəniz xalqı — Tunc dövrünün sonunda, e.ə. XIII əsrdə Şərqi Anadolu bölgəsi bölgəsi, Suriya, Fələstin, Kipr və Misiri işğal edən, Aralıq dənizində yaranmış xalqlardır. Misir ərazisinə 2 dəfə hücum etmişdilər. Birinci hücumları nisbətən uğurlu olsa da, ikinci hücumunda Misir fironu III Ramzes onları məğlub etmişdir. Bu məğlubiyyətdən sonra onlar Aralıq dənizinə köç etmişlər. Dəniz xalqı tərəfindən Het dövləti süquta uğradılmışdır. Dəniz xalqı təxminən e.ə. 1450 və e.ə. 1150-ci illər arasında mövcud olmuşdu. == Kontekst == XX əsrdə "Dəniz xalqı"nın vətənini Dorilər tərəfindən süqut edən "Mikeniya sivilizasiyası"nı hesab edirdilər: "Beləliklə, XIII və XI əsrlər arasına Mikeniya sivilizasiyası ağır məğlubiyyətə uğradıldı, hansı ki, bu məğlubiyyətdən sonra bir daha qüdrətini bərpa edə bilmədi".
Dəniz xan
Dəniz Xan - türk və altay mifologiyasında dəniz xaqanı. Tengiz (Dengiz, Teniz) Xan olaraq da deyilir. Monqollar isə Tengis Xan şəklində xatırlayarlar. Oğuz xanın ilk yoldaşından olan oğullarından biri. Türk Dövlətinin dənizlərdəki suverenliyinə və genişliyinə işarədir. Onqonu "tetraçalan" kuşudur. Bu quş maviyə çalan rəngi səbəbiylə dənizi xatırladar. Bundan başqa dastandakı göydən enən qurd mavi bir işığın içindədir və bu eyni zamanda göyün rəngidir. Çingiz Xanın adını bu söylenceye (və ya bu anlayışdan) ilhamlanaraq etdiyi deyilər. Çünki Çingiz gerçək adı deyil, bir ünvan olaraq verilmişdir.