DƏYİŞMƏ
DƏYİŞMƏ
OBASTAN VİKİ
Dəyişmə (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Dəyişmə müqaviləsi
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Azərbaycanda iqlim dəyişmələri
Azərbaycanda iqlim dəyişmələri − Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.
BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (ing. Framework Convention on Climate Change, UN FCCC) — Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında beynəlxalq müqavilədir. 1992-ci ildə Rio-de-Janeyroda keçirilən BMT-nin Ətraf Mühit və İnkişaf üzrə Konfransında (UNCED) 154 dövlət tərəfindən imzalanıb. Katibliyi öncə Cenevrədə olsa da, 1996-cı ildə Bonna köçüb. Müqavilə 21 mart 1994-cü ildə qüvvəyə minmişdir. “UN FCCC” həm də Almaniyanın Bonn şəhərindəki BMT Kampusunda ofisləri olan, konvensiyanın fəaliyyətinə dəstək verməklə məsul Katibliyin adıdır. Çərçivə Konvensiyasının son məqsədi onun 2-ci maddəsində:"atmosferdə istixana qazlarının konsentrasiyalarının iqlim sisteminə təhlükəli antropogen [yəni insan səbəbli] müdaxiləsinin qarşısını alacaq səviyyədə sabitləşdirilməlidir" şəklində göstərilib. Müqavilə, ekosistemlərin iqlim dəyişikliyinə təbii şəkildə uyğunlaşmasına, qida istehsalının gücləndirilməsini təmin etməyə, iqtisadi inkişafın davamlı şəkildə davam etməsinə imkan verən davamlı elmi araşdırmalara və müntəzəm görüşlərə, danışıqlara və gələcək siyasət sazişlərinə çağırırdı. 1997-ci ildə imzalanmış və 2005-2020-ci illəri əhatə edən Kioto protokolu UNFCCC çərçivəsində tədbirlərin ilk icrası olmuşdur. Kioto protokolu 2016-cı ildə qüvvəyə minən Paris sazişi ilə əvəz olundu.
Dəyişməyən cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. == Həmçinin bax == Dəyişən cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Faza dəyişməsi
Faza dəyişməsi - amplitudda verilən istənilən zamanda sistemin dəyişməsini təyin edən fazadır. Əgər faza dəyişməsi sinusoid, kosinusoid və eksponensial qanunları ilə izah edilirsə: A cos ⁡ ( ω t + φ 0 ) {\displaystyle A\cos(\omega t+\varphi _{0})} , A sin ⁡ ( ω t + φ 0 ) {\displaystyle A\sin(\omega t+\varphi _{0})} , e i ( ω t + φ 0 ) {\displaystyle e^{i(\omega t+\varphi _{0})}} , Onda faza dəyişməsi harmonik dəyişməsini izah edən periodik funksiyanın arqumenti sayılır. == Faza dəyişməsinin hesablanması == Faza dəyişməsi aşağıdakı düsturlarla təyin olunur: T = 1 f → [ f = 50 H z ] {\displaystyle \ T={\frac {1}{f}}\to [f=50Hz]} T = 1 50 = 20 m s → [ 360 ∘ V a x t ] {\displaystyle \ T={\frac {1}{50}}=20ms\to [360^{\circ }Vaxt]} ϕ = t ⋅ 360 ∘ T → [ t = 5 ] {\displaystyle \ \phi ={\frac {t\cdot 360^{\circ }}{T}}\to [t=5]} ϕ = 5 ⋅ 360 ∘ 20 = 90 ∘ {\displaystyle \ \phi ={\frac {5\cdot 360^{\circ }}{20}}=90^{\circ }} == İstinadlar == == Xarici keçidlər == Relationship of phase difference and time-delay Phase angle, phase difference, time delay, and frequency ECE 209: Sources of Phase Shift — Discusses the time-domain sources of phase shift in simple linear time-invariant circuits.
Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. == Məzmun == Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.
Yaddaşın dəyişməzliyi
Yaddaşın dəyişməzliyi (kat. La persistència de la memòria) 1931-ci ildə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dali tərəfindən çəkilmiş sürrealist rəsm əsəri. 1932-ci ildə 250 ABŞ Dolları qarşılığında satılan tablo,1934-cü ildən etibarən Nyu-Yorkdaki National Museum of Art'da sərgilənməkdədir. Sürrealistik əsər əriyən cib saatlarını mövzu almaqdadır.Bu,Dalinin o illərdəki "yumuşaqlıq" və "sərtlik" anlayışına işıq tutmaqdadır. Əsər hər nə qədər Dalinin sənət yaşamındakı Freyudçu mühitin bir nümunəsi olsa da, sənətcinin elmi mərhələyə keçişindən 14 il əvvəl yaradılmışıdır. Dalinin elmi təməlli əsərlər yaratmağa başlaması 1945-ci il Nüvə silahı istifadəsi ilə əlaqədardır. Geniş bir qum çölü təsvir olunan əsərdə ki, əriyən saatlar ideyasını Dali avqust günəşi altında əriyən kamamber pendirindən götürüb. Əsəri zamanın dəyişməzliyi anlayışına protesto kimi də yozmaq mümkündür. Rəsmin mərkəzi hissəsində canavar və insan obrazının sintezini görürük. Tablonun sol hissəsində olan saatın üzərində isə ölümü və qadın cinsiyyət orqanını simvollaşdıran qarışqaları görmək mümkündü.
İqlim Dəyişmələri
Azərbaycanda iqlim dəyişmələri − Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb.

Digər lüğətlərdə