DAİ

ə. 1) dua edən, duaçı; 2) səbəbkar, bais; 3) iddia, tələb; 4) arzu, dilək.

DAXİLİYYƏ
DAİM
OBASTAN VİKİ
Dai (İslam)
Dai (ərəb. داعي‎, "dəvət edən") — bir qayda olaraq, insanların İslama dəvəti ilə məşğul olan şəxs. Fatimilər xilafəti dövründə dai termini irsi imamlardan başqa mühüm dini rəhbərlərə istinad etmək üçün istifadə olunurdu, "dəvət" isə ruhani xarakterli bir təşkilat idi. "Mütləq dai" indiki dövrdə Davudi ismaili icmasının rəhbərinin tituludur.
Dai Yonqjun
Dai Yonqjun (d. 10 dekabr 1984) — Çini təmsil edən bədii gimnast. Dai Yonqjun, 2004-cü ildə Çini XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Dai Yonqjun, 2004-cü ildə Çin bayrağı altında Yunanıstannın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Hu Mei, Li Jia, Lu Yinqna, Lü Yuanyanq və Janq Şuo ilə birgə finalda 46.500 xal toplayaq 6-cı yeri tutdu.
Əbdürrəhman Dai
Əbdülrəhman Əbdülrəhman oğlu Əbdülov (1898, Bülbülə - 1937) — şair. Əbdül Rəhman Dai 1898-ci ildə Bakı yaxınlığındakı Bülbülə kəndində Əbdül Rəhman və Gülsüm xanım Əbdülovların ailəsində dünyaya göz açıb. Rəhman ailənin yeganə oğul övladı idi və anadan olanda atasının 58, anasının isə 40 yaşı vardı. XX əsrin əvvəllərində Əbdülovlar Bülbülə kəndindən Bakıya köçmüş, Bondarnaya (indiki Şəmsi Bədəlbəyli) küçəsi, 92 saylı ünvanda yaşayıb. Rəhman Əbdül Rəhman oğlu Əbdülov 1905-ci ildə Bakıda Ali-ibtidai məktəbin 1-ci sinfinə daxil olub, 1908-ci ildə yüksək qiymətlərlə bu ibtidai təhsil ocağını bitirib. Bir müddət qoca atasına təsərrüfat işlərində kömək edən gənc Rəhman mətbəə sahəsində çalışmağa daha böyük həvəs göstərirdi. O 1914-cü ildə zəmanəsinin ziyalısı və xeyirxahı kimi tanınan Qasım bəy Qasımbəyovun redaktorluğu ilə nəşrə başlayan "Bəsirət" qəzeti ilə əməkdaşlıq edir, "Məktəb" elektrik mətbəəsində mürəttib peşəsinə yiyələnirdi. İlk yazı nümunələri "Bəsirət", "Açıq söz" qəzetlərində işıq üzü görən Əbdül Rəhman Dainin uşaqların rəvan qiraəti üçün yazdığı "Rəhimli səyyah" adlı ilk nəsr kitabı Kazım Vəlizadənin naşirliyi ilə 1917-ci ildə "Məktəb" elektrik mətbəəsində nəşr edilib. Dai o vaxt 5 kitabın müəllifi idi. Həmçinin komsomol orqanı olan “Gənc işçi”də çalışırdı.
Ao dai
Ao dai (vietnamca. Áo dài) — ipək şalvarların üzərinə geyilən uzun yarıqlı tunikadan ibarət modernləşdirilmiş Vyetnam milli geyimi. Həm kişilər, həm də qadınlar üçün rəsmi geyim kimi xidmət edə bilər. History of the Vietnamese Long Dress The Evolution of the Ao Dai Through Many Eras, Gia Long Alumni Association of Seattle, 2000 Vietnam: Mini-Skirts & Ao-Dais.
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya
Azərbaycan Xalq Cümhuriyyəti məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya - Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti üçün məhkəmə işlərinə dair qanun layihələri hazırlayan komissiya. 1919-cu il fevralın 11-də Ədliyyə Nazirliyi nəzdində yaradılmışdı. Komissiyaya ədliyyə naziri (sədr), əkinçilik nazirinin müavini, hüquq məsləhətçisi, ədliyyə nazirliyi dəftərxanasının Azərbaycan Məhkəmə Palatasının böyük sədri və prokroru, palatanın 2 üzvü, palata prokurorunun müavini Dairə Məhkəməsinin prokuroru, 3 vəkil və komissya sədrinin dəvət etdiyi digər şəxslər daxil idi. Komissiya də parlamentin, məhkəmə palatasının üzvləri, nazirliklərin hüquq məsləhətçiləri iştirak edirdilər. Komissiyanın cəmi üç iclası keçirilmişdir. İclaslarda mahalında, Quba qəzasında ədalət məhkəməsi ilə yaranmış vəziyyət müzakirə olunmuşdu. Zaqatala mahalı sakinlərinin quraltayı Zaqatala barışıq şöbəsini ləğv etmiş, keçmiş Qafqaz canişini dəftərxanasının hərbi idarəsinə tabe olan xalq məhkəmələri deyilən məhkəmələr də fəaliyyətlərini dayandırmışdı. Qurultayın qərarı şəriət məhkəməsi tətbiq olunmuşdu. Mahalda ədalət məhkəməsi ilə bağlı yaranmış vəziyyəti aydınlaşdırmaq üçün Parlamentin Zaqatala olan deputatları -Aslan bəy Qardaşov, Kiçikxanlı Niyazi və Abdulla əfəndi Əfəndiyev komissiyasının dəvət edilmişdilər. Ətraflı müzakirədən sonra komissiya bütün məsələləri yerində aydmlaşdırmaqdan ötrü nümayəndələr göndərmək barədə qərar qəbul etmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Fəhlə məsələsinə dair məşvərət şurası
Azərbaycan Xalq Cümhuriyyətində fəhlə məsələsi — Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ən mürəkkəb məsələlərindən biri. Azərbaycanda fəhlələr müstəqil sosial zümrə kimi 19-cu əsrin son qərinəsində formalaşmışdır. Əsas hissəsi Bakı neft mədənlərində çalışanlar idi. 1901-ci ildə onların sayı 28 minə çatmışdı, Bakının bütün sənaye sahələrində çalışan fəhlələrin sayı, bütövlükdə 65–70 min nəfər idi. Fəhlələrin sayı qəzalarda da artırdı. Azərbaycan fəhlələrinin tərkibi çoxmillətli, əsas fərqli cəhətlərindən biri isə yüksək dərəcədə təmərküzləşməsi idi. Bəzi hesablamalara görə, Birinci dünya müharibəsi ərəfəsində (1913) Azərbaycanda bütün fəhlələrin sayı 570 min nəfərə çataraq, əhalinin 14,3%-ni, digər bir hesablamaya görə isə 305 min nəfər olmaqla, əhalinin 12,4%-ni təşkil etmişdir. Fəhlələrin tərkibində azərbaycanlıların sayı üstünlüyə malik idi. Müharibə ərəfəsində Bakı fəhlələrinin 37,6%-i (42,4 min nəfər) azərbaycanlılar, 24,7%-i ruslar və digər millət və xalqların nümayəndələri idi. Birinci dünya müharibəsi fəhlələrin say və tərkibində ciddi dəyişikliklər yaratdı.
Azərbaycan seçki dairələri
Azərbaycan Respublikası seçki dairələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin hər hansı seçkili orqana (prezident, parlament və bələdiyyələr) nümayəndə (nümayəndələr) seçməsi üçün Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilmiş ərazi vahidi. Əhali sayına görə təşkil olunmuş dairələr öz növbəsində məntəqələrdən ibarətdir. 2010-cu ilin əvvəlinə ölkə üzrə 5367 məntəqə var.[mənbə göstərin] 2022-ci ilin iyul ayına olan məlumata görə Azərbaycan üzrə 6274 seçki məntəqəsi var. Azərbaycanda 1995–2002-ci illərdə 100 birmandatlı seçki dairəsi və 25 deputatlıq vahid çoxmandatlı seçki dairəsi mövcud olmuşdur. 2002-ci il konstitusiya referendumu ilə proporsional seçki sistemi tamamilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 19 sentyabr 2023-cü il tarixli iclasında alınan qərarla qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə seçki dairələrinin siyahısında dəyişiklik edilmişdir.
Ağcabədi seçki dairəsi
Ağdam kənd seçki dairəsi
Ağdam şəhər seçki dairəsi
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya (Vyana Konvensiyası 1980-ci il, CISG) — beynəlxalq ticarət qaydalarını birləşdirməyə yönəlmiş çoxtərəfli beynəlxalq müqavilə. 1980-ci il Vyana Konvensiyasının, beynəlxalq mal satışında vahid qanunlara dair iki 1964-cü il Haaqa Konvensiyasını əvəz etməsi nəzərdə tutulur. Bu Konvensiyaya Tərəf olan Dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının altıncı xüsusi sessiyasının qəbul etdiyi Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında qətnamələrdəki geniş məqsədləri nəzərə alaraq, beynəlxalq ticarətin bərabərlik və qarşılıqlı fayda əsasında inkişafının dövlətlər arasında dostluq münasibətlərinin təşviqində vacib element olduğunu hesab edərək, malların beynəlxalq alğı-satqısı üzrə müqavilələri tənzimləyən və müxtəlif sosial, iqtisadi və hüquqi sistemləri nəzərə alan vahid normaların qəbul edilməsinin beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına töhfə verdiyi və beynəlxalq ticarətin inkişafını təşviq etdiyi qənaətinə gəldilər. Konvensiya 1980-ci ilin aprelində Avstriyanın paytaxtı Vyanada, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Malların Satışına dair Müqavilələr Konfransında qəbul edildi. Vyanadakı konfransa 62 dövlətin nümayəndələri qatıldı: Avstraliya, Avstriya, Argentina, Belarus Sovet Sosialist Respublikası, Belçika, Birma, Bolqarıstan, Boliviya, Braziliya, Macarıstan, Qana, Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası, Yunanıstan, Danimarka, Misir, Zair, İsrail, Hindistan, İraq, İran, İrlandiya, İspaniya, İtaliya, Kanada, Kenya, Kipr, Çin, Kolumbiya, Koreya Respublikası, Kosta Rika, Liviya Ərəb Cəmahiriyyesi, Lüksemburq, Meksika, Nigeriya, Hollandiya, Norveç, Pakistan , Panama, Peru, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Sovet Sosialist Respublikaları Birliyi, Tayland, Tunis, Türkiyə, Ukrayna Sovet Sosialist Respublikası, Uruqvay, Filippin, Finlandiya, Fransa, Çexoslovakiya, Çili, İsveçrə, İsveç, Ekvador, Yuqoslaviya, Yaponiya. Venesuela Konfransa müşahidəçi göndərmişdir. Konfrans 1980 Vyana Konvensiyasının mətninin əlavə olunduğu Yekun Aktı (BMT sənədi A / CONF.97 / 18) qəbul etdi. Vyana Konvensiyası 1 yanvar 1988-ci ildə qüvvəyə minmişdir. 8 yanvar 2017-ci il tarixinə qədər Konvensiya 85 dövlət tərəfindən imzalanmışdır (qoşulmuşdur): Ingeborg Schwenzer (ed.), Schlechtriem & Schwenzer, Commentary on the UN Convention on the International Sale of Goods (CISG), 3rd ed., Oxford 2010 Венская конвенция о договорах международной купли-продажи товаров. Комментарии.
Babək-Kəngərli-Naxçıvan seçki dairəsi
Balaka dairəsi
Balaka — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. Balaka ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Balaka şəhəridir. Dairə şərqdə Maçinqa, cənubda Mvanza və Zomba, şimalda Manqoçi, qərbdə Ntçeu dairələri ilə qonşudur. Balaka dairəsində 316,748 nəfər yaşayır.
Balakən seçki dairəsi
Bandiaqara (dairə)
Bandiaqara — Malinin Mopti bölgəsinə daxil olan dairə. İnzibati mərkəzi Bandiaqara şəhəridir. Dairə 21 kommunaya bölünür.
Beyləqan seçki dairəsi
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri (həmçinin, Daimi Beşlik, Böyük Beşlik olaraq da tanınır) — 1945-ci il tarixli BMT Nizamnaməsinin BMT Təhlükəsizlik Şurasında daimi yer verdiyi beş suveren dövlətdir: Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları. Daimi üzvlərin hamısı II Dünya Müharibəsindəki müttəfiqlərdir (və bu müharibənin qalibləri) və eyni zamanda nüvə silahı olan dövlətlərdir (baxmayaraq ki, Birləşmiş Millətlər Təşkilatının qurulmasından əvvəl beşinin də nüvə silahı yox idi). Ümumilikdə 15 üzvü olan şuranın qalan 10 üzvü Baş Assambleya tərəfindən seçilir. Beş daimi üzvün hamısı veto hüququna malikdir, bu da onlardan hər hansı birinin beynəlxalq dəstək səviyyəsindən asılı olmayaraq Şuranın hər hansı bir həlledici qərarının qəbul edilməsinin qarşısını almağa imkan verir. BMT Təhlükəsizlik Şurasının hazırkı daimi üzvləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir. Böyük beşliyə daxil olan ölkələr ilk dəfə sülhün qoru­nub saxlanması kimi məsuliyyətli bir işi öz üzərlərinə götürə­rək Təhlükəsizlik Şurasının daimi nümayəndəsi olan və müəyyən üstünlük təşkil edən dövlətlərdən tələb edirdilər ki, onlar üçün lazım olan məsələyə veto qoysunlar. BMT-yə yeni üzv qəbul edilən za­man, BMT hərəkətlərinə zidd olan, sülhə təhlükə yaradan müna­qişələrin sülh yolu ilə həll edilməsində, Nizamnaməyə ediləcək əlavələrin müzakirəsində, Baş Katibin seçilməsində veto qoymaq hüququ verilir. Bundan başqa, Böyük Beşlik müzakirə olunan məsə­lənin səsə qoyulmasının prinsipial xa­rakter daşıyacağını tələb edir və veto qoymaq hüququnun təsiri altına düşür. Şura Konsepsus təmin etmək və Qətnaməni yumşaltmaq üçün veto hüququ tətbiq edə bilir. SSRİ hər şeydən əvvəl başlanğıc illərində bir qayda olaraq BMT-yə nəzərdə tutulan qərbyönümlü dövlətlərin qəbuluna mane olmaq üçün vetodan istifadə etdi.
Blantire dairəsi
Blantire — Afrika ölkəsi olan Malavinin 28 dairəsindən biri. Cənub regionuna aiddir. Blantire ölkənin üç regionundan biri olan Cənub regionuna aiddir. Dairənin mərkəz şəhəri dairə ilə eyni adı daşıyan Blantire şəhəridir. Dairə şərqdə Çiradzulu, cənubda Tayolo, şimal-şərqdə Zomba, şimal-qərbdə Mvanza, cənub-şərqdə Çikvava dairələri ilə qonşudur. Blantire dairəsində 999,491 nəfər yaşayır.
Bolduin dairəsi (Alabama)
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Brevard dairəsi (Florida)
Brevard dairəsi (ing. Brevard County) — ABŞ-nin Florida ştatında yerləşən bir dairədir. Brevard dairəsinin əhalisi 2010-cu ilə görə 543.376 nəfərdir və Floridanın ən sıx əhalisi olan X dairəsidir. Brevard əyalətinin mərkəzi 1894-cü ildən bəri Titusville şəhərində yerləşir.
Culfa-Babək seçki dairəsi
Daihatsu
Daihatsu (yap. ダイハツ) — 1907-də qurulan Yapon avtomobil markası. 1907 Hatsudoki Seizo Co., Ltd. daxildən yanma mühərriklərin istehsal və satışı üçün quruldu. 1930 3 təkərli vasitə istehsalı başladı. 1939 İkeda Fabriki istehsala başladı. 1951 Şirkət adı Daihatsu Motor Co., Ltd. olaraq dəyişdirildi. 1957 3 təkərli yığcam "Midget" modelinin istehsalı başladı. 1961 Ikeda II fabriki istehsala başladı.
Dailin Belmonte
Dailin Belmonte (15 oktyabr 1985, Santiaqo de Kuba, Kuba) — Kubalı marafonçu. Dailin Belmonte Kubanı 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Dailin Belmonte birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 38 dəqiqə 8 saniyəyə qət edərək 118 marafonçu sırasında 70-ci yeri tutdu. Dailin Belmonte növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 58 saniyəyə qət edərək 157 marafonçu sırasında 102-ci yeri tutdu.
Daily Lives of High School Boys
Daily Lives of High School Boys (yaponca: 男子高校生の日常, Hepbörn: Danshi Kōkōsei no Nichijō, azərb. Orta məktəb oğlanlarının gündəlik həyatları‎) — 2009-2012 illərin arasında GANGAN ONLINE jurnalında çap olunan Yasunobu Yamauçinin manqa serialı və onun eyni adlı anime serial və film adaptasiyaları. Məzmun məktəbin son illəri yaşayan Tadakuni, Hidenori və Yoşitake və onların ətrafdakıların gündəlik həyatından bəhs edir. Manqa seriayası əvvəlcə Gangan Online internet jurnalında 2009-cu ilin mayın 21-dən, 2012-ci ilin sentyabrın 27-nə dək nəşr olunurdu. Sonra isə, o yeddi tankobon cildə toplanılıb. Onlar 2010-cu ilin fevralın 22-dən, 2012-ci ilin sentyabrın 27-nə dək üzə çıxırdı. Sunrise studiyası tərəfindən Şinci Takamatsu tərəfindən rejissorluğu ilə istehsal olunan anime adaptasiyası 2011-ci ilin oktyabrında anons edilmiş, ilk yayımı isə TV Tokyo-da 2012-ci ilin yanvarın 9-da baş tutmuşdur. Sonra o, AT-X, Bandai Channel, TVA, TVO kanallarında və onlayn şəkildə Niconico-da yayımlamışdır. Anime serialının seriyaları 6 Blu-ray və DVD cildində toplanmış, Yaponiyada 2012-ci ilin aprelin 3-ün və sentyabrın 4-dün arasında bu şəkildə buraxılmışdır. Bu disklərdə həmçinin bonus seriyalar və televiziyadakı ilk nümayişindən əvvəl Niconico-da çıxan seriyalar var idi.
Daily Mail
Daily Mail (tərcümədə — "Gündəlik Poçt") — kütləvi İngilis gündəlik qəzeti. 1896-cı ildən bəri nəşr edilmişdir. İngiltərədə The Sun sonra ikinci ən böyük gündəlik qəzet. 2013-cü ilin sonunda Daily Mail-in şənbə günləri The Sun-un şənbə buraxılışlarını üstələdi. Orta sinif üçün ilk İngilis qəzetlərindən biri idi və bu gün oxucularının 50% -dən çoxunu — qadınları olan yeganə qəzetdir. Daily Mail-in bir neçə "milli" — İrlandiya, Şotlandiya, Hindistan versiyaları var idi. 1975-ci ildən bəri kompakt formatda çap olunur. Daily Mail 1886-cı ildə Alfred Harmsvort və Rotermir Lordu olan qardaşı Harold tərəfindən quruldu. 1902-ci ildə gündəlik tirajı milyonu keçərək dünyanın ən tirajlı qəzeti oldu. 1939–1969-cu illərdə tanınmış sənətçi Lesli Qilbert İllinqvort, nəşrin baş karikaturaçı rəssamı olaraq çalışdı.
Dakar dairəsi
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir. Meydanın mərkəzində mozaikalarla, göyərçin və salamlaşma təsvirləri ilə bəzədilmiş türbəşəkilli abidə, şərq tərəfində isə iki şəhərin gerblərini əks etdirən və fransızca "Cités Unies" (azərb. "Qardaşlaşmış şəhərlər"‎) sözləri yazılmış mozaikalı panno yerləşir.
Dallas (Texas dairəsi)
Dallas (ing. Dallas County) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşir. ABŞ-nın 11 vitse-prezidenti Corc Mifflin Dallasın şərəfinə adlandırılıb. 2000-ci ildə əhalisi 2 218 899 nəfər olmuşdur. 2008-ci ildə əhalisi 2 412 827 nəfərə çatıb.