DARĞINLIQ

is.
1. Küskünlük, inciklik, ürəyisınıqlıq, pərişanlıq, pərtlik.
[Şərifzadə:] Aranızdakı darğınlıq və küdurətin tamamilə bərtərəf olması üçün bir-biriniz ilə ətraflı danışmaq və razılaşmaq lazımdır. S.Hüseyn.
Süsən Bünyadın darğınlığını, onunla danışmaq həvəsində olmadığını görürdü. Ə.Əbülhəsən.

2. Hiddət, qəzəb.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DARĞINLIQ inciklik — küskünlük — dərdlilik — pərişanlıq — pərtlik
  • DARĞINLIQ hiddət — qəzəb
DARĞIN
DARXƏTLİ

Digər lüğətlərdə