DAŞQƏLBLİ

sif. Rəhmsiz, sərt, mərhəmətsiz; ürəyi çox bərk, amansız.
Daşqəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! M.Ə.Sabir.
Lakin daşqəlbli qaniçən kazaklar, buna baxmayaraq, zavallı işçiləri bacardıqca qılıncdan keçirirdilər. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DAŞQƏLBLİ daşqəlbli bax daşürəkli
  • DAŞQƏLBLİ rəhmsiz — sərt — mərhəmətsiz

Antonimlər (əks mənalı sözlər)

  • DAŞQƏLBLİ DAŞQƏLBLİ – MƏRHƏMƏTLİ Daşqəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! (M
DAŞQALAQ
DAŞQƏLBLİLİK

Digər lüğətlərdə