I
(Ağcabədi, Ağdam, Ağdərə, Basarkeçər, Bərdə, Cəbrayıl, Gəncə, Xocavənd, Qafan, Qazax, Laçın, Şəki, Zəngilan)
1. kəsərti alətlərini itiləmək üçün polad alət. – Satılnan kərənti, pıçağ itiliyirdilər (Ağdərə); – Satılım harda qaldı, isde:rəm bıçağı çəkəm (Qazax); – Satılını ver, karantini itili:m (Basarkeçər); – Ə, satılı ver mə:, orağımı itiliyim (Cəbrayıl); – Mə:llim, Həbif satılımı aldı (Gəncə)
2. çaxmaq daşından od almaq üçün polad alət. – A bala, satılı civinən al, ma: ver (Şəki)
II
(Zaqatala)
cəftə
III
(Salyan, Tabasaran)
qulplu mis suqabı. – Qabağ bizim də satılımız vardı (Salyan)