DİLFİRİB

sif.is. [ fars. ] klas. Məftunedici, valehedici, canalıcı, füsunkar; gözəl.
Billah ki, bu dilfirib mənzil; Öylə mənə verdi rahəti-dil. Füzuli.
[Şeyx Sənan:] O buludlar nə öylə rəngarəng? Bu nə qüdrət, nə dilfirib ahəng? H.Cavid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DİLFİRİB dilfirib bax məftunedici, cazibəli
DİLFİKAR
DİLGİR
OBASTAN VİKİ
Dilfirib xanım
Dilfirib xanım (d. 1890 — ö. 1952) — 35. Osmanlı sultanı V Mehmedin beşinci xanımı. == Həyatı == Əslən çərkəz olan Dilfirib xanım 1890-cı ildə İstanbulda dünyaya gəlmişdir. Çox gənc yaşda saraya verilmiş, burada saray təhsili almışdır. Xidmət etdiyi illərdə Şahzadə Mehmed Rəşadın nəzərini cəlb etdi və 1907-ci ildə onunla vəliəhd sarayında evləndi. Sultan Mehmed Rəşadın 1918-ci ildə vəfatından sonra bir müddət sarayda qaldı və daha sonra Ərənköydəki bir villaya köçdü. Bir müddət sonra bir həkimlə evlənən Dilfirib xanımın bu evlilikdən bir oğlu dünyaya gəldi. Uzun müddət burada yaşadıqdan sonra, Vaniköydəki villasında 1952-ci ildə xərçəng xəstəliyindən vəfat etdi.

Digər lüğətlərdə