DİLXAH

is. [ fars. ] köhn.
1. Arzu, istək, könlün istədiyi şey.
[Güləndam:] İndi buna kələk qur, onun başın piylə, dilxahını əmələ gətir, özün qal aralıqda avara, sərgərdan. N.Vəzirov.
[Nadir bəy:] …Bir qızı sərvəti üçün deyil, dilxah və tərbiyəli olduğu üçün alırlar. H.Cavid.

2. Dilxahdan şəklində – ürəyi(n) istədiyi şeydən. – Nədən mərcləşmək? – Dilxahdan! (belə deyəndə uduzan adam udanın ürəyi istədiyi şeyi verməlidir).
DİLGÜŞA
DİLXƏSTƏ

Digər lüğətlərdə