DOLANBAC


1. sif. Çox dolaşıq, əyri-üyrü.
Cığır dolanbac yol kimi əyri idi. M.İbrahimov.
Oğul! – deyə Güllü arvad, dolanbac yollarla yox, öz ana ürəyi ilə duyub-anladığı kimi açıq-açığına sözə başladı. Ə.Əbülhəsən.

// Düz olmayan, əyri, dolaşıq. Dolanbac iş.
2. is. məc. Çıxmaz, çıxılmaz vəziyyət, çətin vəziyyət.
Bakı dərsləri olmasa, bizim kəndistan dolanbacda qalar. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOLANBAC dolaşıq — əyri-üyrü
  • DOLANBAC dolanma — bilavasitə

Antonimlər (əks mənalı sözlər)

  • DOLANBAC DOLANBAC – DÜZ Mahmud Zəncanın dolanbac küçələrində gözdən itdi (A.Makulu); İndi şəhərimizdə salınan küçələr düzdür

Etimologiya

  • DOLANBAC Dolanmac kimi də işlədilir, “dolanan” mənasını əks etdirir. Çevrə qəlibi üzrədola ismi əmələ gəlib. -an şəkilçisi onu feilə çevirib, bac isə qaranlıq
DOLANACAQ
DOLANBACI

Digər lüğətlərdə