DONMUŞ

f.sif.
1. Buz halına gəlmiş, buz olmuş. Donmuş su.
// Donuq hala gəlmiş, soyuğun təsirinə məruz qalmış. Donmuş ət. Donmuş meyvə.
// Buzla örtülmüş. Donmuş göl. Donmuş pəncərə.
– Hələ xatirimdən heç getməmişdir; Donmuş çay üstündə seyrə çıxdığım. M.Rahim.

2. Soyuğun təsirindən bərkləşmiş, qəliz (qatı) hala gəlmiş, kəsifləşmiş. Donmuş yağ.
DONMAQ
DONOR
OBASTAN VİKİ
Donmuş 2 (cizgi filmi, 2019)
Donmuş 2 (Frozen II) — Walt Disney Animation Studios tərəfindən 2019-cu ildə istehsal olunmuş Amerika animasiya filmi. 58-ci Disney cizgi filmi, 2013-cü il Donmuş cizgi filminin ikinci hissəsi. Filmin rejissoru Chris Buck və Cennifer Lee, onlar da ssenari müəllifi, prodüseri isə Peter Del Vechodur. Əsas personajları Kristen Bell, İdina Menzel, Coş Qad və Conatan Qroff səsləndirirlər. Birinci filmdəki hadisələrdən sonra Elza, bacısı Anna, Kristoff, maral Sven və qar adamı Olaf Sehrli meşəyə yollanır və burada Arendelle krallığının keçmişi ilə bağlı sirri açmalıdırlar. Premyerası 7 noyabr 2019-cu ildə Hollivudda baş tutmuşdur. ABŞ-də cizgi filmi 22 noyabr 2019-cu ildə ekranlara buraxıldı. Film tənqidçilərdən ümumiyyətlə müsbət rəylər aldı. Onlar animasiyanı, mahnıları, vizualları və səs oyununu tərifləsələr də, süjeti tənqid ediblər. Premyera həftəsonu üçün 358 milyon dollar gəlir əldə edən Donmuş II cizgi filmləri arasında yayılmasının ən uğurlu başlanğıcını göstərdi.

Digər lüğətlərdə