DOVŞANDODAQ₁

sif. dan. Dodağının ortası yarıq. Dovşandodaq uşaq.
DOVŞANÇILIQ
DOVŞANDODAQ₂
OBASTAN VİKİ
Dovşandodaq
Dovşandodaq (lat. Lagochilus) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi.Dovşandodağı geniş yayılmış bitki növüdür. Bu bitki min bir dərdin dərmanı hesab edilir. Dovşandodağı[lat] “dovşandodaq” cinsinə aid bir bitki növüdür.Bu bitki növü “Dərman bitkiləri ”siyahısına aid edilmişdir == Növləri == == İstinadlar == Dovşandodaq:The Plant List saytında takson barədə məlumat.
Bihuşedici dovşandodaq
Bihuşedici dovşandodaq (lat. Lagochilus inebrians) - dovşandodaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Çoxşaxəli yarımkol bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm-dir. Oduncaq gövdəli, sadə və ya budaqlanan, yuxarı hissəsi sıx yarpaqlı, aşağı hissəsi parlaq ağ gövdəlidir. Yarpaqlarının üzəri tükcüklərlə örtülü olub, geniş yumurtavaridir. Əsası pazşəkilli, 3-5 bölümlü, geniş yumurtavari bütövkənarlı və ya dişcikli-kənarlıdır. Aşağı yarpaqlarının uzunluğu 1,5-2 sm, yuxarısı 2,5 mm-dir. Çiçəyi oturaq, kasayarpağı möhkəm, horizontal, üçtərəfli-bizəbənzər olub, tüklüdür. Kasacığı uzunsov-zəngşəkilli, geniş qıfabənzərdir. Tacı ağ və ya solğun - çəhrayı olmaqla qəhvəyi damarlanmışdır.

Digər lüğətlərdə